ELM VƏ TƏHSİL
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI RƏYASƏT HEYƏTİNİN İCLASI KEÇİRİLMİŞDİR
Akademiyadan AZƏRTAC-a bildirmişlər ki, bu qurumun elmi müəssisələri rəhbərlərinin, alim və mütəxəssislərin dəvət olunduğu iclası AMEA-nın prezidenti, akademik Mahmud Kərimov açmışdır.
Sonra Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşı, fizika-riyaziyyat elmləri namizədi Əli Babayevin “N.Tusinin riyazi irsinin tədqiqi haqqında” elmi məruzəsi dinlənilmişdir.
Məruzədə bildirilmişdir ki, XII əsrdə yaşamış Azərbaycanın dahi alimi N.Tusinin riyaziyyat, astronomiya, fizika, iqtisadiyyat, fəlsəfə və s. elmlərə gətirdiyi yeniliklər bu elmlərin sonrakı inkişafına güclü təkan vermişdir.
Akademiklər Akif Hacıyev, Bəkir Nəbiyev, AMEA-nın Tarix İnstitutunun direktoru, tarix elmləri doktoru Yaqub Mahmudov, Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun direktoru, professor Yusif Rüstəmov və başqaları çıxış etmişlər.
İclasda kadr məsələsinə də baxılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]