Azərbaycan Dövlət İnformasiya Agentliyi

İDMAN

AZƏRBAYCAN MİLLİ OLİMPİYA KOMİTƏSİNİN PREZİDENTİ İLHAM ƏLİYEVİN RƏHBƏRLİYİ İLƏ SON 10 İLDƏ QAZANILMIŞ UĞURLAR DİGƏR ÖLKƏLƏR ÜÇÜN DƏ ÖRNƏKDİR

                                                                           Ölkəni, xalqı dünyada idman qədər 

                                                                           başqa heç nə tanıda bilmir. 

                                                                                                              Heydər Əliyev

AZƏRTAC xəbər verir ki, avqustun 3-də Park-İnn mehmanxanasında Azərbaycan Prezidenti İlham Əliyevin olimpiya hərəkatındakı fəaliyyətinin on illiyinə həsr olunmuş “10 il öncə başlanan yol” kitabının təqdimat mərasimi keçirilmişdir.

Mərasimin əvvəlində ümummilli liderimiz Heydər Əliyevin və Azərbaycan Prezidenti, MOK-un prezidenti İlham Əliyevin idmançılarla görüşlərini, idmançılarımızın müxtəlif beynəlxalq yarışlarda, olimpiadalarda çıxışlarını, ölkəmizin müxtəlif bölgələrində tikilib istifadəyə verilən olimpiya komplekslərinin açılışını əks etdirən sənədli film göstərilmişdir.

Tədbiri Azərbaycan Dövlət İdman Akademiyasının rektoru, Milli Məclisin üzvü Ağacan Abiyev açaraq, 1997-ci il iyulun 31-də respublikamızın idman ictimaiyyətinin çoxsaylı müraciətlərindən sonra o zaman Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti vəzifəsində işləyən İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsinin ölkə həyatının çox mühüm bir sahəsində əsl dönüşün başlanğıcını qoyduğunu, idman strukturlarındakı xaosu, ziddiyyətləri qısa müddətdə aradan qaldırdığını faktlarla diqqətə çatdırmış, əlamətdar hadisə münasibətilə çoxminlik idmançılar ordusunu, gəncləri təbrik etmişdir. Respublikamızın onillik idman həyatının salnaməsi olan belə bir nəfis tərtibatlı kitabın nəşrini yüksək qiymətləndirmişdir.

Gənclər və idman naziri Azad Rəhimov çıxışında Azərbaycan Prezidenti İlham Əliyevin Milli Olimpiya Komitəsinə rəhbərliyi dövründə ölkəmizin idman həyatındakı vüsətli inkişafdan, idman təşkilatlarının strukturlarında aparılmış uğurlu islahatlardan, on ildə görülmüş işlərdən, ölkəmizin beynəlxalq idman əlaqələrinin qurulması, respublikamızda idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, bədən tərbiyəsi və idmanın kütləviliyinə nail olunması sahəsində qazanılmış nailiyyətlərdən ətraflı danışmışdır. Dövlətimizin başçısının MOK prezidenti kimi olduqca məqsədyönlü fəaliyyəti nazirliyin nəşr etdirdiyi kitabda geniş işıqlandırılmışdır. Kitabın elektron versiyasının da hazırlanıb nazirliyin saytında yerləşdiriləcəyi, ingilis dilinə tərcümə olunub nəşr ediləcəyi bildirilmişdir.

Milli Məclis sədrinin müavini Valeh Ələsgərov ulu öndərimiz Heydər Əliyevin Azərbaycan idmanının inkişafına daim diqqət və qayğı göstərdiyini vurğulamışdır. O demişdir ki, İlham Əliyevin MOK-un prezidenti seçilməsi ilə respublikamızın idman həyatında yeni bir mərhələ başlanmışdır. Müasir dövrdə Azərbaycanda bədən tərbiyəsi və idmanın sürətli inkişafı onun adı ilə bağlıdır. İndi idman, bədən tərbiyəsi təkcə gənclərimizin yox, bütün cəmiyyətin diqqət mərkəzində olan bir sahədir. Milli Məclis sədrinin müavini dövlətimizin başçısının respublikanın sosial-iqtisadi inkişafını təmin etməklə yanaşı, Azərbaycanın idman ölkəsi kimi də tanınması üçün ardıcıl və səmərəli işlər gördüyünü, bütün bunlar barədə kitabda ətraflı məlumat verildiyini vurğulamışdır.

Azərbaycan Prezidentinin İcra Aparatının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çıxışında vurğulamışdır ki, dünyada dövlətin rəsmən tanınması onun Birləşmiş Millətlər Təşkilatına qəbul olunmasından sonra başlanır. Millətin tanınması üçün dövlət mütləq olimpiya hərəkatında iştirak etməlidir. Olimpiya hərəkatı dünyada yeganə sahədir ki, orada istisnasız olaraq, bütün dövlətlər iştirak hüququna malikdir. Lakin bu hüququ əldə etmək üçün müəyyən prosedurlar var və bunlar da ilk növbədə, olimpiya lisenziyasını almaq uğrunda yarışdan başlanır. Bu isə, ölkə daxilində dövlət səviyyəsində idman siyasətinin yürüdülməsindən və olimpiya hərəkatının formalaşdırılmasından başlayır. 1997-ci ildə cənab İlham Əliyev Milli Olimpiya Komitəsinə prezident seçiləndə mənə də xoşbəxtlik nəsib oldu ki, həmin iclasda Olimpiya Komitəsinin üzvlərindən biri seçildim. İnanın ki, o zaman Azərbaycanın, bəlkə də, ən bərbad sahəsi idman idi.

Ə.Həsənov xatırlatmışdır ki, ümummilli liderimiz Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıdandan sonra gənclər-idman siyasətini dövlət siyasəti səviyyəsinə qaldırmışdır. Onun 1994-cü ildə yaratdığı ilk yeni nazirlik Gənclər Nazirliyi olmuşdur. O vaxta qədər Azərbaycan hökuməti özünü elə aparırdı ki, öz gənclərinin qayğısına qalır, onların problemlərinin həlli, sağlam gəncliyin yetişdirilməsi ilə məşğul olurdu. Gənclik isə özünü elə aparırdı ki, Azərbaycan dövlətinə, millətinə gərəkli nəsil kimi inkişaf edir. Lakin, sözün həqiqi mənasında, nə dövlət gənclərlə məşğul olur, nə də gənclər Azərbaycan dövlətçiliyinə layiq şəkildə yetişirdi. Ona görə də Azərbaycanda əsl idmançıları barmaqla saymaq mümkün idi. Yaxşı idmançıların əksəriyyəti respublikanı tərk etmişdi, kənarda himayə axtarırdılar. 1997-ci ildə özünün həddən artıq məşğulluğuna, Azərbaycanın neft strategiyasının, yeni neft siyasətinin formalaşmasında aparıcı simalardan biri olmasına baxmayaraq, İlham Əliyev respublika idmançılarının dəvəti ilə Milli Olimpiya Komitəsinə rəhbərlik etməyi öz üzərinə götürdü. İlham Əliyev Azərbaycan idmanına nə gətirdi? İlk növbədə deməliyik ki, Azərbaycan idmanına özünə xas olan mərdlik, iradə və əzmkarlıq gətirdi. Biz Azərbaycan idmançılarının bu keyfiyyətləri 2000-ci ilin Sidney və 2004-cü ilin Afina olimpiadalarında nümayiş etdirmələrinin şahidi olduq. İlham Əliyev Azərbaycan idmanına inkişaf etmiş maddi-texniki baza gətirdi.

Bu gün Azərbaycan idmanının maddi-texniki bazası böyük dövlətlərin malik olduğundan qat-qat yüksək səviyyədədir. Azərbaycan idmanın maddi-texniki potensialı ilə dünyanın diqqət mərkəzindədir. Olimpiya çempionu Fərid Mansurov, Avarçəkmə federasiyasının prezidenti Elçin Zeynalov, cüdo üzrə məşqçi Ağayar Axundzadə, Təhsil Nazirliyi İdman mərkəzinin direktoru Cəfər Hümbətov çıxışlarında Prezident İlham Əliyevin idmançıların sosial, maddi vəziyyətinin yaxşılaşması, beynəlxalq yarışlarda uğurlu çıxışları, olimpiya hərəkatının genişlənməsi, bölgələrdə bədən tərbiyəsi və idmanın kütləviliyi, gənclərimizin fiziki cəhətdən sağlam böyüməsi üçün həyata keçirdiyi ardıcıl tədbirlərin cəmiyyətdə böyük razılıq hissi ilə qarşılandığını bildirmişlər. Onlar gələcəkdə uğurların daha da artacağına əminliklərini söyləyərək bildirmişlər ki, Azərbaycan idmançıları 2008-ci ilin prezident seçkilərində yenidən İlham Əliyevin namizədliyini dəstəkləyəcəklər.

Ağacan Abiyev mərasimə yekun vuraraq, Milli Olimpiya Komitəsinin ötən 10 ildəki fəaliyyətinin kitabda lazımınca əhatə olunduğunu bir daha vurğulamış və sözlərini dövlətimizin başçısı, MOK-un prezidenti İlham Əliyevin bu fikirləri ilə bitirmişdir: “Biz Azərbaycan idmanının şərəfini ləyaqətlə qorumağa, ölkənin şan-şöhrətini yüksəltməyə söz vermişdik. Biz bunu etdik. İndi idmançılarımız dünyanın ən mötəbər yarışlarında böyük qələbələr qazanırlar. Dünyanın müxtəlif ölkələrinin möhtəşəm idman saraylarında Azərbaycan himni səsləndirilir, Azərbaycan bayrağı qaldırılır”.

İdeya müəllifi gənclər və idman naziri Azad Rəhimov olan kitab İstanbulda nəfis şəkildə çap edilmişdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident İlham Əliyev: Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsi üzərində iş aparılır

Azərbaycan Prezidenti: Qarabağda və Şərqi Zəngəzurda gördüyümüz işlərin dünyada misli-bərabəri yoxdur

Prezident: Azərbaycanda bir çox infrastruktur layihələri öz həllini tapıb

“Lufthansa” bu gündən Təl-Əviv, Əmman və Ərbilə uçuşları bərpa edəcək

Növbəti illərdə Azərbaycan hökumətinin qarşısında duran əsas infrastruktur layihələri açıqlanıb

Prezident: Su ehtiyatlarından səmərəli şəkildə istifadə etmək bizim başlıca vəzifəmizdir

Taxıl biçini həyata keçirəcək mexanizatorlar üçün təlimlərə start verilir

İsrail XİN 32 ölkəni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırıb

Azərbaycan Prezidenti: Şirvan kanalı suyun həcminə və əkin sahələrinin əhatəsinə görə ən böyük layihəmiz olacaq

Azərbaycan gimnastları Çexiyada beynəlxalq turnirə qatılacaqlar

Yığmanın basketbolçusu: Parisdə fəxri kürsüyə qalxmaq üçün mübarizə aparacağıq

Prezident İlham Əliyev: Şirvan suvarma kanalı istifadəyə veriləndən sonra Hacıqabul gölü də dolacaq

Prezident: Son illər Azərbaycanda həyata keçirilən infrastruktur layihələri arasında Şirvan suvarma kanalının xüsusi əhəmiyyəti var

Prezident İlham Əliyev Hacıqabul rayonunda Şirvan suvarma kanalının təməlini qoyub
Dövlətimizin başçısı tədbirdə çıxış edib YENİLƏNİB VİDEO

FHN: Ötən sutka ərzində 26 halda yanğına çıxış olub

Dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin və psixotrop maddələrin siyahısında dəyişiklik edilir

Buraxılış imtahanlarının nəticələri açıqlanıb: 39 nəfər 300 bal toplayıb

Monqolustanda meşə yanğınları 70 min hektar əraziyə ziyan vurub

Federasiya prezidenti: Belə davam etsək, Azərbaycanda reqbiyə maraq kəskin artacaq - MÜSAHİBƏ

BDU-nun “SABAH” qruplarının tələbələri Fiziologiya İnstitutunda infosessiyada

Ölkə ərazisində əsl yaz havası olacaq...

Cəlilabadda kartof istehsalçıları və ixracatçıları ilə görüş olub

Baş Prokurorluq: Beynəlxalq axtarışa verilmiş şəxslər Rusiyadan ölkəmizə ekstradisiya edilib

Bu il pensiya, müavinət, təqaüd və ünvanlı yardımlar üzrə əhaliyə 2 milyard 183 milyon manat ödənilib

Yapon atlet turnikdə 24 saat ərzində 8940 dəfə dartınıb

“Birlikdə planetimizi yaşıllaşdıraq” adlı ekoloji layihənin icrasına başlanılıb

Nazir: Bu ilin sonunadək tranzaksiyaların əksəriyyəti elektron formata keçəcək

Azərbaycan Texniki Universitetində “Şəkəri azalt, ömrünü uzat!” kampaniyası çərçivəsində görüş olub

“Gilavar Foto Klubu” beynəlxalq mükafatlara layiq görülüb

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 27 sentyabr tarixli 423 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət Əməyin Mühafizəsi Fondunun Əsasnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Qarabağ Universitetində doktorantura səviyyəsi üzrə tədris aparılacaq

Saniyədə 156 trilyon kadr sürəti ilə çəkən kamera yaradılıb

Mütəxəssis: 45 yaşdan sonra kişilər ildə bir dəfə kardioloji “check-up” müayinəsindən keçməlidir

“Qarabağ Universitetinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 noyabr tarixli 4182 nömrəli Sərəncamının qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi, Azərbaycan SSR Nazirlər Sovetinin “Stepanakert şəhərində Pedaqoji İnstitutun yaradılması haqqında” 1973-cü il 28 noyabr tarixli 377 nömrəli və “Sovet Azərbaycanın 60-illiyi adına Stepanakert Pedaqoji İnstitutunun müvəqqəti bağlanılması haqqında” 1988-ci il 3 noyabr tarixli 393 nömrəli qərarlarının ləğv edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Paytaxtın abad məhəllələrində minifutbol yarışlarına start verilib

“Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyul tarixli 262 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetində Azərbaycan vətəndaşları üçün üç yer ayrılıb

AQTA soğan yetişdirilən təsərrüfatlarda monitorinqlər aparıb

Bakıda koronavirus xəstələrinə yardım göstərən tibb işçilərinin maaşına əlavənin müddəti uzadılıb

BMU 10 istiqamət üzrə doktoranturaya qəbul elan edir

Dövlət orqanlarının təsnifatı genişləndirilir

Botanika İnstitutunun alimləri İran ilankölgəsi bitkisinin köklərini fitokimyəvi tədqiq ediblər

“Şükriyyə” tamaşası yenidən Milli Dram Teatrının səhnəsində

Yeni tədqiqat: Qarşıdakı 20 ildə prostat xərçəngi xəstələrinin sayı iki dəfə artacaq

ABŞ prezidentinin köməkçisi Hindistana səfərini təxirə salıb

Xəzər dənizində süni torpaq sahələrinin yaradılmasında əsas məqsəd açıqlanıb

Azərbaycan ilə Türkiyə arasında hərbi informasiya sahəsində qarşılıqlı təcrübə mübadiləsi aparılıb

Azərbaycan minifutbol yığmasının Monteneqro toplanışı üçün heyəti açıqlanıb

Fəqan Şahverdiyev: Müsadirə olunan narkotik vasitələrin “qara bazar” qiyməti 116 milyon 815 min AZN təşkil edir

Banqladeşdə yol-nəqliyyat hadisəsində 13 nəfər ölüb

Bahar Muradova: Ailə dəyərlərimizi müxtəlif təhdidlərdən qorumalıyıq

“Sabahın alimləri” XIII respublika müsabiqəsi başlanır

Deputat: Süni adaların yaradılması beynəlxalq konvensiya əsasında yaradılır

Sidney kilsəsində insanlara bıçaqla hücum terror aktı elan edilib

ABŞ-da Donald Trampa qarşı məhkəmə prosesi başlayıb

Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbuluna başlanılıb

“Xəzər Hövzəsi Araşdırmaları” proqramı 18 ölkənin nümayəndələrini bir araya gətirib

İri və xırdabuynuzlu heyvanlar dabaq və qarayara xəstəliyinə qarşı peyvəndlənir

İKTA: Hesabatlılıqdan yayınan provayderlər cərimələnib

Türkiyə Qəzzaya daha bir humanitar yardım gəmisi göndərəcək

Basketbol Federasiyasının baş katibi: Qarşımıza qoyulan maksimum hədəfə çatdıq

“İnklüziv təhsildən inklüziv cəmiyyətə” mövzusunda beynəlxalq elmi-praktik konfrans işə başlayıb

DYP: Avtomobildən ixrac olunan qazın tərkibi normaya uyğun olmalıdır

NASA-nın Mars missiyası maliyyə çətinliyi ilə üzləşib

Şəkidə Ulu Öndərin xatirəsinə həsr olunan futzal turnirində 24 komanda mübarizə aparır

Xəzər dənizində yaradılacaq süni torpaqlarda tikinti fəaliyyəti məcəllənin tələblərinə uyğun həyata keçiriləcək

Xəzər dənizində süni torpaq sahəsinin yaradılması üçün icarə haqqı müəyyən ediləcək

Könüllülər üçün “Yaşıl düşüncə maarifləndirmə proqramı” layihəsinə start verilir

"Xalqın mədəni sərvəti" layihəsi Süleyman Ələsgərovun 100 illiyinə həsr olunub

Dövlət Komitəsi rəsmisi: Tikinti ilə bağlı tələblər baxımından qanunvericiliyin təkmilləşdirilməsi zərurətdir

Milli Kitabxanada “Xalq artisti Ramiz Mirişli” adlı kitab sərgisi açılıb

İrpen şəhərinin küçə və prospektlərinin birinə “Azərbaycan” adının verilməsi təklif edilib

“Zirə” klubunun sabiq futbolçusu vəfat edib

Mərkəzi Bankın sədri: Türkiyə digər sahələrdə olduğu kimi, sığorta sahəsində də əsas tərəfdaşımızdır

Əli Hüseynli: Xəzərdə süni torpaq sahələrinin yaradılması yeni imkanlar açacaq

Taleh Kazımov: Sığorta ödənişləri son üç ildə 26,3 faiz artaraq 587 milyon manata çatıb

Nazir: Azərbaycanda rəqəmsal siyasətə dair dövlət strategiyası 3 əsas istiqamət üzərində qurulub

Məhkəmələrin qərarları ilə müsadirə olunmuş 3 tondan çox narkotik vasitə məhv edilib

Sumqayıt Şəhər Prokurorluğunda “Açıq qapı günü”

Dövlət İdarəçilik Akademiyasında “ASAN xidmət” mərkəzlərinin əməkdaşları üçün təlim keçirilib

"Paris-2024"ə lisenziya qazanan Azərbaycanın 3x3 basketbol millisi Vətənə dönüb

“Yaradıcı müzakirələr” layihəsinə qeydiyyat başlayıb

Qazaxıstanlı politoloq: Cənubi Qafqaz regionunun əhəmiyyəti artır

Azərbaycanda narkotikdən yaranan davranış pozuntularına görə dispanser nəzarətində olanların sayı açıqlanıb

Qərbi Azərbaycan İcması professor Lemkinin adından sui-istifadə edilməsini sərt şəkildə qınayıb

İİTKM informasiya sistemlərini tam şəkildə “Hökumət buludu”na köçürüb

Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edəcək

Tahir Mirkişili: Azərbaycan son dövrlərdə kiberhücumlara ən çox məruz qalan ölkələr sırasındadır

Taleh Kazımov: Azərbaycanda sığorta sisteminin İT sahəsində kadr potensialının artırılması prioritet məsələlərdəndir

Katarakta əməliyyatı zamanı ABŞ istehsalı olan linzaların xərcləri icbari tibbi sığorta ilə qarşılanır

Bakıda ilk dəfə Azərbaycan İnsurtech Zirvəsi keçirilir

Rusiyalı qonaq Ədəbiyyat Muzeyində olub

BMT-nin Yerli Əhalinin Problemləri üzrə Daimi Forumu keçirilir

Naxçıvanda bu ilin yanvar-mart ayları ərzində 2052 çıxarış verilib

Çempionlar Liqası: “Barselona” PSJ-ni, “Borussiya” “Atletiko Madrid”i qəbul edəcək

Hərbi təhsil müəssisələrinə qəbulla bağlı maarifləndirici görüşlər keçirilib

Avtoyuma məntəqəsindən avtomobil qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb

Ötən illərlə müqayisədə yollarda ölüm və xəsarətlə nəticələnən qəzaların sayında kəskin azalma müşahidə edilib

İnterpol tərəfindən axtarışda olan şəxs İstanbulda saxlanılıb

Gənclər Kitabxanasında Ramiz Mirişliyə həsr olunan sərgi hazırlanıb