ELM VƏ TƏHSİL


AZƏRBAYCAN MİLLİ VALİDEYN-MÜƏLLİM ASSOSİASİYASININ TƏSİS KONFRANSI KEÇİRİLMİŞDİR

AZƏRTAC xəbər verir ki, oktyabrın 23-də Hyatt-Regency mehmanxanasında “Ümidli Gələcək” gənclər təşkilatı, YUNİSEF və Təhsil Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının (VMA) təsis konfransı keçirilmişdir.

Konfransda çıxış edən təhsil naziri Misir Mərdanov VMA-nın qarşısında mühüm vəzifələr dayandığını diqqətə çatdıraraq, yeni yaradılan bu qurumun təhsilin inkişafına yaxından kömək göstərəcəyinə inandığını bildirmiş, tövsiyələr vermişdir.

YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Hana Singer təhsilin inkişafında valideyn və müəllimlərin birgə fəaliyyətlərinin əhəmiyyətini vurğulamışdır.

Sonda VMA-nın nizamnaməsi qəbul olunmuş, idarə heyətinin üzvləri seçilmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.