MƏDƏNİYYƏT


AZƏRBAYCAN MUSİQİÇİLƏRİNİN VAŞİNQTONDA UĞURLARI

Türkiyə-ABŞ Assambleyasının fevralın 3-də Vaşinqton şəhərində başa çatmış 24-cü illik konfransının konsert proqramında Azərbaycanın musiqiçilərinin ifa etdikləri mahnılar və rəqslər hərarətli alqışlarla qarşılanmışdır.

Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, respublikanın xalq artisti Səkinə İsmayılova AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, bir həftəlik səfər müddətində keçirdiyimiz görüşlərdə dinləyicilər nümayəndə heyətimizin üzvlərini – Dövlət rəqs ansamblının solisti, xalq artisti, rəqqasə Təranə Muradovanın, Ə.Bakıxanov adına xalq çalğı alətləri ansamblının bədii rəbhəri, əməkdar artist, tarzən Möhlət Müslümovun, əməkdar artistlər, kamançaçalan Fəxrəddin Dadaşovun, müğənnilər Zülfiyyə Xanbabayevanın və Tünzalə Ağayevanın ifaçılığını yüksək qiymətləndirmişlər. Onlar milli musiqi mədəniyyətimizin incisi sayılan, yüksək sənətkarlıqla ifa olunan muğamlarımızı, xalq mahnılarımızı heyranlıqla dinləmiş, alqışlarla qarşılamışlar.

Müqəddəs Qurban bayramı günü muğam üçlüyünün üzvləri və xalq artisti, rəqqasə Təranə Muradova “Amerikanın səsi” radiosu ilə 30 dəqiqə canlı yayımlanan verilişdə çıxış etmişlər. Musiqiçilərimizin ifasında Azərbaycan muğamlarından parçalar, xalq mahnıları və təsniflər ifa olunmuşdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.