SİYASƏT


AZƏRBAYCAN NATO-YA ÜZV OLMAQ ƏZMİNDƏDİR

İyulun 24-də Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov Polşanın Şərqi Tədqiqatlar Mərkəzinin ölkəmizdə səfərdə olan ekspertləri ilə görüşmüşdür.

Qonaqlara Azərbaycanın dünya dövlətləri, beynəlxalq təşkilatlarla əlaqələri barədə ətraflı məlumat verən Z.Əsgərov demişdir ki, ölkəmiz NATO ilə də sıx əməkdaşlıq edir. Azərbaycan bu qurumun “Sülh naminə tərəfdaşlıq” Proqramı çərçivəsində keçirilən tədbirlərdə, təşkilatın Parlament Assambleyasının sessiyalarında müntəzəm və fəal iştirak edir. Ölkəmiz NATO-ya inteqrasiya edir və bu təşkilata üzv olmaq əzmindədir. Bu ilin noyabrında NATO Parlament Assambleyasının növbəti - Rouz-Rould seminarının Bakıda keçirilməsinə razılıq əldə edilməsi əlaqələrimizin istənilən səviyyəyə çatmasından xəbər verir.

Sonra Ziyafət Əsgərov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı demişdir ki, problemin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. BMT Təhlükəsizlik Şurası Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi ilə bağlı 4 qətnamə qəbul etmişdir. Bu qətnamələr bu günə qədər icra olunmur və bunun əsas səbəbi dünya dövlətlərinin, NATO və digər beynəlxalq təşkilatların təcavüzkara qarşı sərt mövqe nümayiş etdirməməsidir. Azərbaycanın NATO standartlarına cavab verən güclü ordusu vardır və bu ordu torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Buna baxmayaraq, rəsmi Bakı münaqişənin sülh yolu ilə həllinə tərəfdardır.

Səmimi qəbul üçün minnətdarlığını bildirən Polşanın ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Voysex Qureçkiy demişdir ki, ekspertlərin Azərbaycana səfərlərindən məqsəd ölkəmizin NATO ilə əlaqələrinin səviyyəsi və digər məsələlər barədə məlumat almaqdır.

Mərkəzin eksperti Leşek Şerepka demişdir ki, təmsil etdiyi qurum dövlət tərəfindən maliyyələşdirilir. Qurumun əsas məqsədi Şərq dövlətlərinin, xüsusən də MDB ölkələrinin NATO ilə münasibətlərini və Qərbə inteqrasiyasını öyrənməkdir.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.