ELM VƏ TƏHSİL


AZƏRBAYCAN NÜMAYƏNDƏ HEYƏTİ CENEVRƏDƏ BEYNƏLXALQ KONFRANSDA İŞTİRAK EDİR

Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyevin başçılığı ilə nümayəndə heyəti iyunun 5-dən 11-dək Cenevrədə keçirilən Beynəlxalq Əmək Təşkilatı Baş Konfransının 91-ci sessiyasında iştirak edirlər. Respublikamızın BMT-nin Cenevrə bölməsindəki nümayəndəliyindən AZƏRTAC-a bildirmişlər ki, Əli Nağıyev Beynəlxalq Əmək Təşkilatının baş katibi X.Somavia, təşkilatın Avropa üzrə regional direktoru F. Butler, onun müavini O. Xembrits, Türkiyənin əmək və sosial təminat naziri M. Başesgioğlu və Ukraynanın əmək və sosial siyasət naziri M. Papiyev ilə görüşlər keçirmişdir. X. Somavia ilə keçirilən görüş zamanı nazir Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Beynəlxalq Əmək Təşkilatı arasında mövcud olan əməkdaşlığı yüksək qiymətləndirmiş və bu əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəruriliyini vurğulamışdır. Nazir, həmçinin ölkəmizdə sosial sahədə aparılan islahatlar və əldə olunan nailiyyətlər haqqında məlumat vermişdir. Öz növbəsində cənab X. Somavia Beynəlxalq Əmək Təşkilatı və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında mövcud olan əməkdaşlığın səviyyəsinə yüksək qiymət verərək, 2004-cü ildə respublikamıza səfər etmək arzusunda olduğunu bildirmişdir. BƏT-in Avropa üzrə regional direktoru F. Butlerlə görüş zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Beynəlxalq Əmək Təşkilatı arasında aparılan 11 sahə üzrə əməkdaşlıq və imzalanmış proqramın həyata keçirilməsi məsələləri müzakirə olunmuşdur. Türkiyənin və Ukraynanın əmək nazirləri ilə görüşündə Əli Nağıyev başçılıq etdiyi qurumlar arasında mövcud əməkdaşlığı yüksək qiymətləndirmiş və bunun daha da inkişaf etdirilməsi yolları barədə fikir mübadiləsi aparmışdır. İyunun 10-da əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyev sessiyada çıxış edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.