Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

AZƏRBAYCAN POLİSİ DÖVLƏTÇİLİYİMİZƏ VƏ XALQIMIZA SƏDAQƏTLƏ XİDMƏT ƏNƏNƏSİNİ LAYİQİNCƏ DAVAM ETDİRƏCƏK

İyulun 30-da respublika Daxili İşlər Nazirliyində cari ilin birinci yarısında cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmini sahəsində görülmüş işlərin, xidməti fəaliyyətin yekunlarına, habelə qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirilmişdir.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, iclası giriş sözü ilə daxili işlər naziri, general-polkovnik Ramil Usubov açaraq dahi öndərimiz Heydər Əliyevin uğurlu daxili və xarici siyasət xəttini inamla davam etdirən Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə ictimai həyatımızın bütün sahələrində ölkəmizin dinamik inkişaf mərhələsinə qədəm qoyduğunu, yeni iş yerlərinin açılması, regionların sosial-iqtisadi inkişafı, əhalinin rifah halının yaxşılaşdırılması yönündə hazırda irimiqyaslı kompleks tədbirlərin həyata keçirildiyini vurğulamışdır.

Dövlət rəhbərimiz daxili işlər orqanlarının təqdirəlayiq fəaliyyətinə, şəxsi heyətin vətənə, xalqa, dövlətçiliyə sədaqətlə xidmətinə növbəti dəfə yüksək qiymət verərək Azərbaycan polisinin peşə bayramı ərəfəsində - iyunun 30-da hamımıza yaxşı məlum olan bir sıra mühüm əhəmiyyətli fərman və sərəncamlar imzalamışdır. Həmin sənədlərə əsasən, respublika daxili işlər orqanları əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşları 2 dəfə, xüsusi təyinatlı və çevik polis nizami hissələri əməkdaşlarının aylıq vəzifə maaşları 3 dəfə artırılmış, 44 əməkdaşımız dövlət mükafatlarına, üç baş idarə rəisi ali rəis heyəti rütbəsinə layiq görülmüşdür. Həmçinin, Daxili İşlər Nazirliyinin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsinə, şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsinə, maddi-texniki təchizatın yaxşılaşdırılmasına, cəmiyyətdə polisin rolunun artırılmasına xidmət edən Dövlət Proqramı qəbul olunmuşdur.

Nazir qeyd etmişdir ki, Prezident İlham Əliyevin bu yüksək etimadı, diqqət və qayğısı bütün şəxsi heyətin, onların ailə üzvlərinin, veteranlarımızın, şəhid ailələrinin, bütövlükdə xalqımızın böyük əksəriyyətinin hədsiz sevincinə səbəb olmaqla bərabər, üzərimizə daha böyük məsuliyyət qoymuş, bizi qanunvericiliklə müəyyən edilmiş, dövlətimizin başçısının qarşıya qoyduğu bütün vəzifələrin icrasında daha mübariz, daha fədakar və qətiyyətli olmağa səsləyir.

General-polkovnik Ramil Usubov iclasın iştirakçılarının nəzərinə çatdırmışdır ki, əvvəlki illərdə olduğu kimi, hesabat dövründə də Daxili İşlər Nazirliyi, onun orqan və hissələri üzərinə düşən mühüm vəzifələrin öhdəsindən layiqincə gəlmişdir. Müstəqilliyimizin, dövlətçiliyimizin və ölkəmizin tərəqqisinin başlıca qarantı olan sabitliyin dönməzliyi qorunub saxlanılmış, cinayətkarlıqla mübarizədə əldə olunmuş yüksək göstəricilər daha da inkişaf etdirilmişdir. Cinayətkarlığın bütün növlərinə, xüsusən onun ağır növlərinə qarşı ciddi, qətiyyətli mübarizə aparılmış, həm cinayətlərin üstünün açılmasının yüksək olması, həm də bu cinayətlərin başvermə səbəblərinin vaxtında aradan qaldırılması istiqamətində görülən tədbirlər təqdirəlayiq hesab edilməlidir.

Xüsusilə qeyd edilmişdir ki, cinayətkarlıqla mübarizə, ictimai təhlükəsizliyin və asayişin təmini sahəsindəki müsbət təmayüllər heç də təsadüfdən yaranmamışdır. Bu nailiyyətlər müstəqilliyimizin son on ilində Azərbaycana uğurla rəhbərlik etmiş, dünya şöhrətli siyasi və dövlət xadimi, ümummilli liderimiz Heydər Əliyevin möhtəşəm fəaliyyəti, müdrik daxili və xarici, hüquq mühafizə siyasəti və adı ilə bilavasitə bağlıdır. Fərəhləndirici haldır ki, bu gün həmin yolun layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyevin apardığı uğurlu islahatlar hüquq mühafizə siyasəti sahəsində də öz müsbət nəticələrini verməkdədir.

Bu gün respublikamız MDB məkanında cinayətkarlıqla mübarizədə öz öncül yerini qoruyub saxlamış, liderlik mövqeyini əldən verməmişdir.

Daxili işlər naziri cari ilin birinci yarısında cinayətkarlıqla mübarizədə, ictimai qaydanın təminində əldə olunmuş müsbət göstəricilərlə yanaşı, xidməti fəaliyyətdə bəzi nöqsan və çatışmazlıqların mövcudluğunu söyləmiş, onların təhlil olunması və qısa müddətdə aradan qaldırılmasının zəruriliyini bildirmişdir.

Daha sonra daxili işlər nazirinin müavini, polis general-leytenantı Zahid Dünyamalıyev hesabat dövründə görülmüş işlərin yekunları və qarşıda duran vəzifələr barədə geniş məruzə ilə çıxış etmişdir. O bildirmişdir ki, respublikanın mühüm dövlət təsisatlarından olan daxili işlər orqanları qanunvericiliklə müəyyən olunmuş vəzifələrini, ölkə Prezidentinin fərman və sərəncamlarını, tələb və tövsiyələrini uğurla yerinə yetirmiş, ictimai-siyasi sabitliyin dönməzliyini, son on ildə əldə olunmuş müsbət meylləri qoruyub saxlayaraq daha da inkişaf etdirmiş, 2004-cü ilin birinci yarısını da yaxşı göstəricilərlə başa çatdırmışdır, bu dövrdə müxtəlif cinayətlər törətmiş 6004 şəxs həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində məsuliyyətə cəlb edilmiş, keçmiş illərdən bağlı qalmış 280 cinayətin açılması təmin olunmuşdur. Əvvəlki hesabat dövrlərində olduğu kimi, 2004-cü ilin birinci yarısında da cinayətlərin açılma göstəriciləri yüksək olmaqla, 94,1 faiz təşkil etmişdir. Axtarışda olan 2583, o cümlədən MDB ölkələrində gizlənmiş 108, habelə ölkəmizin ərazisində həmin dövlətlər tərəfindən müxtəlif cinayətlərdə təqsirləndirilən 24 şəxs tutulmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə axtarış işinin göstəriciləri daha da yaxşılaşaraq, 57,8 faizədək yüksəlmiş, axtarışda olanların sayı 10,9 faiz azalmışdır. Qrup halında 684 cinayət törətmiş 1808 şəxs tutularaq məsuliyyətə cəlb edilmişdir. Vətəndaşlarda qanunsuz saxlanılan 1084 odlu silah, həmçinin 408 qumbara və 76 min ədədə yaxın patron götürülmüşdür. Altı ayda qanunsuz dövriyyədən 100 kiloqramdan çox narkotik vasitə götürülmüşdür ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,3 dəfə çoxdur. Narkotik vasitələrin satışı ilə bağlı müəyyən edilmiş faktlar isə 12,7 faiz artaraq 319-a çatmışdır. Ümumi çəkisi 74 tondan çox olan narkotik xassəli bitki aşkarlanaraq yaşıl kütlə halında məhv edilmişdir. İctimai mənəviyyat əleyhinə olan hüquqazidd əməllərlə bağlı 56 cinayət hadisəsi müəyyən edilmiş, bu növ hüquqpozmalara görə 176 nəfər inzibati məsuliyyətə cəlb olunmuşdur.

İqtisadi fəaliyyət sahəsində 78 cinayət faktı aşkar edilmiş, qanunsuz dövriyyədən satış məqsədi ilə hazırlanmış 2376 ədəd 100 nominallı saxta ABŞ dolları və 13 ədəd 100 nominallı Rusiya rublu, habelə 56 ədəd 50 minlik milli manat götürülmüşdür. Bundan başqa, Avropa dövlətlərində qaçqın statusu ilə sığınacaq alıb yaşamaq istəyən şəxslər üçün, habelə təhsil haqqında saxta sənədlər hazırlayıb satan bir neçə cinayətkar qrup ifşa edilmişdir.

Bildirilmişdir ki, ümummilli liderimiz Heydər Əliyevin, habelə onun ən layiqli davamçısı Prezidentimiz İlham Əliyevin qarşımızda qoyduğu mühüm vəzifələrdən biri də bütün dövlət qurumlarının, o cümlədən cinayətkarlıqla mübarizədə və asayişin təminində hüquq mühafizə orqanlarının qarşılıqlı əlaqəli iş prinsipidir. Bu baxımdan təkcə son üç ay ərzində nazirliyin Baş Cinayət Axtarışı, Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş idarələrinin və bir sıra ərazi polis qurumlarının respublikanın prokurorluq və milli təhlükəsizlik orqanları ilə həyata keçirdikləri birgə istintaq-əməliyyat tədbirləri nəticəsində 2001-2004-cü illər ərzində respublikamızda və Rusiya Federasiyasında odlu və soyuq silahın tətbiqi ilə çoxsaylı qətllər, adam oğurluğu, quldurluqlar və digər ağır cinayətlər törətmiş bir neçə mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilmişdir.

Müzakirələrdə Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-leytenantı M.Əliyev, Naxçıvan MR daxili işlər naziri, daxili xidmət general-mayoru Ə.Əhmədov, DİN İctimai Təhlükəsizlik Baş İdarəsinin rəisi, polis general-mayoru C.Məmmədov, Gəncə ŞPİ-nin rəisi, polis polkovniki Q.Həsənov və başqaları hesabat dövründə qazanılmış müsbət göstəricilər və xidməti fəaliyyətdə yol verilmiş çatışmazlıqlar barədə danışmış, buraxılan nöqsanları aradan qaldıracaqlarını söyləmişlər.

Kollegiya iclasına yekun vuran nazir general-polkovnik Ramil Usubov bir daha müşavirə iştirakçılarının nəzərinə çatdırmışdır ki, Azərbaycan polisinin son illər cinayətkarlıqla mübarizədə qazandığı müsbət nəticələr ölkəmizin Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən yüksək qiymətləndirilmişdir. Lakin, əldə edilmiş uğurlarla kifayətlənmək olmaz, qarşımızda həllini gözləyən çoxlu vəzifələr vardır. İşimizi daim təkmilləşdirmək, müasir, qabaqcıl beynəlxalq təcrübəni fəaliyyətimizdə tətbiq etmək, daim inkişafda olmaq, şəxsi heyətin peşəkar hazırlıq səviyyəsinin yüksəldilməsi, vətəndaşların ərizə və şikayətlərinə, müraciətlərinə vaxtında və diqqətlə yanaşılması, əməkdaşlar arasında nizam-intizamın gücləndirilməsi, mənfi hallara yol verənlər barəsində ən ciddi intizam tədbirlərinin görülməsi qarşımızda duran təxirəsalınmaz vəzifələrdəndir. Təsadüfi deyil ki, dövlətimizin rəhbərinin də tələbi müasirləşmə, yeniləşmə və dinamik inkişafdır. İndi istər ölkə, istərsə də nazirliyin rəhbərliyi tərəfindən şəxsi heyətin normal fəaliyyəti üçün hər cür şərait yaradılmış, zəruri qanunvericilik, digər hüquqi normativ aktlar qəbul edilmişdir. Əsas vəzifəmiz dövlətimizin tərəqqisi və qüdrətlənməsi, xalqımızın sosial rifahının yüksəldilməsi sahəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən dövlət siyasətinin reallaşmasına yardımçı olmaq, böyük zəhmətlər hesabına əldə edilmiş sabitliyin dönməzliyini təmin etmək, insanların həyatını, sağlamlığını, hüquq və azadlıqlarını hüquqazidd əməllərdən qətiyyətlə qorumaqdan ibarətdir.

Daxili işlər naziri əmin olduğunu bildirmişdir ki, şəxsi heyət ölkəmizin rəhbərinin qarşıya qoyduğu bütün vəzifələrin öhdəsindən bundan sonra da layiqincə gələcək, Vətənə, xalqa, ulu öndərimiz Heydər Əliyevin ideyalarına, Prezidentimizə sədaqətini bundan sonrakı xidməti fəaliyyətində də sübut edəcəkdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb

DİM sədri: Qəbul imtahanlarında tətbiq olunacaq yeniliklər azı iki il əvvəl elan edilir

Əməyin təhlükəsizliyi və gigiyenası sahəsində Türkiyə ilə təcrübə mübadiləsi aparılır

Keşlədə kustar üsullarla kütləvi saxta məhsullar hazırlayan sex aşkar edilib

Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir

Arzu Babayeva: Ağgöl Milli Parkında ceyran populyasıyası müsbət dinamika ilə inkişaf edir"

Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın qaldırdığı etirazlarla bağlı ictimai dinləmələr başa çatıb

Laləli çəmənlik görmək istəyənlər, Ağgöl Milli Parkına tələsin

ETX-nin məktəblərdə kibertəhlükəsizlik mövzusunda maarifləndirilmə layihəsi davam edir

“AzInTelecom” BMT-nin Qlobal Sazişinə qoşulub

Paytaxtda saxta alkoqollu içkilərin satışa çıxarılmasının qarşısı alınıb

Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır

Azərbaycan ilə Türkiyə muzeyləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

NASA ən maraqlı kosmik missiyanı təsdiqləyib

“Qəbələ” israilli futbolçu ilə vidalaşıb

Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar...

Daha iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib

PFL-in prezidenti: Qəzadan sonra 9 dəfə əməliyyat olundum - MÜSAHİBƏ

BMU tələbələri ev heyvanlarının məsafədən qidalanmasına imkan verən cihaz hazırlayıblar

Azərbaycanın Rumıniya ilə hazırladığı layihə NATO tərəfindən təsdiqlənib

Azərbaycanın Baş prokuroru Beynəlxalq Prokurorlar Assosiasiyasının vitse-prezidenti seçilib

BŞTİ: Bakı Fransız Liseyində təhsil alan uşaqların dövlət təhsil müəssisələrinə köçürülməsi təmin edilə bilər

Bakı hava limanı yenidən “Skytrax” mükafatına layiq görülüb

Ukraynada pilotsuz təyyarələr istehsal edən yeni zavod açılıb

Ali Məhkəmə: İnzibati orqan öz praktikasını inzibati məhkəmə qərarlarının məzmununa uyğunlaşdırmağa borcludur

Azərbaycanın xarici işlər naziri Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə edib

MOK-da Baham adaları Olimpiya Komitəsinin vitse-prezidenti ilə görüş olub

Mina təhlükəsi ilə bağlı təlimlərdə 1500-dən çox keçmiş məcburi köçkün iştirak edib

Nazir: Türkiyə mülki aviasiya sahəsində sürətlə inkişaf edən ölkələr sırasındadır

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yenilənmiş saytı istifadəyə verilib

Azərbaycan atıcıları lisenziya turnirində iştirak edəcəklər

IRENA Assambleyasının 14-cü sessiyasında Afrikada bərpa olunan enerji mənbələrinin tətbiqi müzakirə olunub

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaqatalada vətəndaşlarla görüşüb

Türkiyə XİN regiondakı son hadisələrlə bağlı bəyanat yayıb

® “Azercell” Böhran İdarəetmə Qrupu layihəsini elan edir

Nigeriya ordusu bir həftədə 192 terrorçunu məhv edib

“Aztelekom” tərəfindən Oğuz rayonunun 97 faizi yüksəksürətli internetlə əhatə olunub

Latviyada yeni xarici işlər naziri təyin edilib

Azərbaycan və Britaniya yaşıl enerjiyə keçidi reallaşdıracaq kadrları birgə hazırlayacaq

Türkmənistan nəqliyyat marşrutları layihələrində daha fəal iştirak edəcək

® “Rabitəbank” müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!

BDU tələbələri arasında “Ekologiya hüququ” mövzusunda məqalə müsabiqəsi elan edilir

Füzulidə keçirilən tibbi aksiyanın ilk günündə 100-dən çox sakin oftalmoloji müayinə olunub VİDEO

Məktəblilər uşaq yazıçısı Vüqar Haqverdiyevlə görüşüblər

Azərbaycan Rusiyadan ən çox taxta-şalban idxal edən 10 ölkə arasındadır

Bərdə, Ağcabədi, Ağdam və Tərtər rayonlarında dövlət qulluqçuları üçün təlimlər keçirilib

Qazaxıstan üç ayda 33 mindən çox avtomobil istehsal edib

Britaniyalı lord Azərbaycan-Britaniya əlaqələrindən danışıb

Xəzər dənizində tikinti məqsədləri üçün süni torpaq sahələri yaradılacaq

Ədliyyə işçilərinə və ailə üzvlərinə mənzil kirayəsi ilə bağlı pul kompensasiyası ödəniləcək

Hesablama Palatasının builki hesabatında Dayanıqlı İnkişaf Məqsədləri prioritet olub RƏY

Aİ Rusiyaya qarşı 14-cü sanksiyalar paketi üzərində işləyir

FHN: Sumqayıtda qanunsuz tikili sökülüb VİDEO

Türkiyə gələn il Somalidə neft kəşfiyyatına başlamağı planlaşdırır

“Netflix” bu il daha 9,3 milyon abunəçi qazanıb

“Ağ-qaralar”ın idman direktoru: Klubu sevən azarkeş hər zaman stadionda olmalıdır

Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb

İsveçli funksioner: Transfer işləri ilə skaut komandası maraqlansa da, son qərarı mən verirəm

Xocavənd rayonunda fermada xeyli sayda partlayıcı maddə aşkarlanıb

Tarix Muzeyində tədbir: Molla Nəsrəddin güldürür və düşündürür

Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinə yeni hüquq verilir

İnzibati xəta haqqında iş üzrə icraat zamanı foto və ya video çəkilişin mediaya təqdim edilməsi inzibati məsuliyyətə səbəb olacaq

Yen Andersson: Növbəti mövsümün əvvəlində "Neftçi" yeni bazasından istifadə edə biləcək

Ölkə ərazisində havanın temperaturu 30 dərəcəyə yüksələcək

Azərbaycan Təhsil Cəmiyyətinin İdarə Heyəti yeni tərkibdə təsdiqlənib

Qərbi Azərbaycanda milli maarifçilik tariximiz – Araşdırma

“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dən çıxarıb

Zərərli maddələrin miqdarı normadan çox olan avtomobillərin sürücülərinə qarşı tədbirlər görülüb VİDEO

“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir

ÜST quş qripi ilə bağlı həyəcan təbili çalır

“Science” jurnalı: Çinin iri şəhərlərinin təxminən yarısı çökür

ATMU nümayəndələri “Erasmus+” layihəsi çərçivəsində Avstriyada təlimdə olublar

Binəqədi rayonunda tanışlarını kafedə qəsdən öldürən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Hesablama Palatasının sədri: 2024-cü ildə bir neçə mövzuda ekoloji audit keçiriləcək

Bərdə Peşə Liseyinin tələbəsi ABŞ-da keçirilən yarışda ölkəmizi təmsil edəcək

Vüqar Gülməmmədov: Ötən il obyektlər tərəfindən məsuliyyətə cəlbetmə istiqamətində fəaliyyət əvvəlki illərə nisbətən yetərli olub VİDEO

“Sony” və “Apollo” kompaniyaları “Paramount” şirkətini satın almaq niyyətindədir

Yens Andersson: Başlıca məqsəd "Neftçi"yə xarakteri yaxşı olan futbolçular cəlb etməkdir

Azərbaycan, Rusiya və Qazaxıstanın Hindistanın neft idxalında payı 13 faiz artıb

"Neftçi"nin idman direktoru: Azərbaycanın ən böyük klubunda işləmək qürurverici hissdir

Məleykə Abbaszadə gənclərə çağırış etdi: Özlərini aldatmasınlar

FHN: Ötən sutka ərzində ikisi azyaşlı olmaqla 4 nəfər xilas edilib

Rusiyanın qəzaya uğrayan hərbi təyyarəsinin pilotlarından biri həlak olub

Şri-Lanka Rusiyaya çay ixracını 14 faiz artırıb

TDT diplomatiya akademiyalarının toplantısı Bakıda keçiriləcək

NASA süni intellekt sayəsində iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verəcək

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri İmişlidə vətəndaşlarla görüşəcək

Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb

Sudanda 390-dan çox insan vəba və “denge” qızdırmasından ölüb

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü ifşa edilib

Şərqşünas alim Ege Universitetində XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımlar haqqında məruzə deyib

AQTA sədri istehlakçılara çağırış edib

Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti Maldiv Respublikasında parlament seçkilərini müşahidə edəcək

Ukraynaya daha bir hava hücumu: 8 nəfər ölüb, 25 nəfər yaralanıb VİDEO

Deputat: Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması yeni mərhələ deməkdir

Şirvan elektrik şəbəkəsi yenidən qurulur

Qərbi Azərbaycanın iqtisadi inkişaf potensialı: retrospektiv təhlil və gələcəyə baxış - AzMİU-da konfrans

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Kənan Bağırov