Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

AZƏRBAYCAN PREZİDENTİNİN MƏTBUAT KATİBİ PREZİDENT İLHAM ƏLİYEVİN FRANSAYA İLK DÖVLƏT SƏFƏRİNİN YEKUNLARINA DAİR BRİFİNQ KEÇİRMİŞDİR

Azərbaycan Respublikası Prezidentinin mətbuat katibi Azər Qasımov fevralın 1-də Prezident sarayında Prezident İlham Əliyevin Fransaya ilk dövlət səfərinin yekunlarına dair brifinq keçirmişdir.
Azər Qasımov tədbiri açaraq dedi:
- Azərbaycan ilə Fransa arasında əlaqələr müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurla inkişaf edir. Bu uğurlu inkişafın, əməkdaşlığın nəticəsi kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yanvarın 29-dan 31-nə kimi Fransaya dövlət səfərinə dəvət olunmuşdur.
Səfər çox uğurla keçmişdir. Bu səfər barədə danışmaqdan öncə, dövlət səfərinin statusu haqqında sizə qısaca məlumat vermək istərdim.
Avropanın, ümumiyyətlə dünyanın zəngin, diplomatiya və xarici siyasət ənənələrinə malik olan ölkələrində, o cümlədən Fransada səfərlərin statusu məsələsinə çox böyük əhəmiyyət verilir və səfərlərin dərəcələrə bölünməsi də mühüm önəm daşıyır. Xüsusilə Fransanı götürsək, bir il ərzində ən çoxu üç dövlət səfəri olur. Yəni bu, yüksək həddir. Misal üçün, ötən il Fransaya cəmi iki dəfə dövlət səfəri olmuşdur. Bu il də Azərbaycan Prezidentinin Fransaya dövlət səfərinə dəvət olunması bu ölkənin Azərbaycanla əlaqələrə böyük önəm verməsinin, bu əlaqələrin strateji xarakter daşımasının və uğurla inkişaf etməsinin çox yaxşı bir nümunəsidir.
Səfər ərəfəsi vəziyyətə qısaca nəzər salsaq, Fransada bu səfərə çox böyük əhəmiyyət və önəm verilirdi. Səfərin başlanmasından bir neçə gün əvvəl Fransanın ən aparıcı kütləvi informasiya vasitələrindən olan “Fiqaro” qəzetinin nümayəndəsi və şəxsən baş redaktorun müavini Azərbaycan Respublikasının Prezidentindən bu səfərlə bağlı müsahibə almaq üçün müraciət etmişdi. Bildiyiniz kimi, o, Azərbaycanda olmuşdu və müsahibə səfərin ilk günü “Fiqaro” qəzetində geniş şəkildə dərc edilmişdi. Bu da çox əhəmiyyətli bir məsələdir.
“Mond diplomatik” aylıq nəşrinin nümayəndəsi də səfər ərəfəsində dövlətimizin başçısından müsahibə almaq xahişi ilə müraciət etmişdi. Cənab Prezident tərəfindən müsahibə verildi və yaxın zamanlarda bu da Fransada dərc olunacaqdır.
Qeyd etdiyim kimi, müasir mərhələdə Azərbaycan ilə Fransa arasında əlaqələr uğurla inkişaf edir və səfər zamanı buna yeni bir təkan verildi. Səfərə çox ciddi hazırlıq işləri görülmüşdü. Səfərdən öncə və səfər müddətində, - altı gün ərzində Fransanın paytaxtı Paris şəhərində bütün mərkəzi küçə və meydanlarda, inzibati binalar və digər obyektlər üzərində Azərbaycan bayraqları asılmışdı. Paris şəhərinin nəqliyyat arteriyası olan məşhur Yelisey xiyabanında Azərbaycan Respublikası Prezidentinin tədbirləri ilə bağlı nəqliyyatın hərəkəti dayandırılmışdı. Fransa kimi bir ölkədə, Paris şəhərinin mərkəzində bu da çox böyük önəm daşıyır.
İctimaiyyət tərəfindən bu səfərə çox böyük maraq göstərilirdi. Səfər zamanı Fransanın bir sıra aparıcı kütləvi informasiya vasitələri müraciət edərək, yenə də Azərbaycan Respublikasının Prezidentindən müsahibə almaq istəyirdilər. Lakin səfər proqramının çox sıx olduğuna görə bu, mümkün olmadı. Yəni, KİV-lərin bu müraciətləri Azərbaycan Respublikası Prezidentinə, Azərbaycana olan böyük marağın daha bir təzahürü idi.
Səfər zamanı Azərbaycan Prezidentinin Fransa Prezidenti tərəfindən ən yüksək ordenlə təltif edilməsi də çox böyük əhəmiyyət daşıyır. Bildiyiniz kimi, bu, Fransanın xarici ölkələrin dövlət başçıları, ümumiyyətlə, xarici ölkə vətəndaşları üçün nəzərdə tutulmuş ən ali mükafatıdır. Eyni zamanda, Azərbaycan Prezidenti tərəfindən Fransa Prezidentinin “Heydər Əliyev” ordeni ilə təltif edilməsi də çox əlamətdar hadisə oldu. Ümumiyyətlə, səfərin gedişində Prezident cənab Jak Şirak başda olmaqla, Fransa tərəfi ən yüksək səviyyələrdə və mütəmadi olaraq, bütün görüşlərdə Azərbaycan-Fransa ikitərəfli münasibətlərinin uğurla inkişafının əsasının ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulayırdı.
Yelisey sarayında cənab Jak Şirakın Azərbaycan Prezidentinin şərəfinə təşkil etdiyi dövlət qəbulunda dediyi sözləri qeyd etmək istəyirəm: “Münasibətlərimizin tarixində bu ilk dövlət səfəri iki ölkəmiz arasındakı dostluğu alqışlamaq fürsətidir. Bu güclü və səmimi dostluğun təşəbbüskarı Sizin atanız mərhum Heydər Əliyev olmuşdur. İcazə verin, bu təntənəli anları onun xatirəsi ilə bağlayaq”.
Fransa Prezidenti bu çıxışında, Azərbaycan Prezidenti ilə görüşü zamanı ölkəsinin Azərbaycan ilə əlaqələrə çox böyük əhəmiyyət verdiyini dəfələrlə vurğulamışdır. Maraqlı bir fakt da ondan ibarətdir ki, Azərbaycanı qədim tarixə və mədəniyyətə malik olan bir ölkə kimi dəyərləndirən cənab Jak Şirak çıxışında dahi Nizami Gəncəvinin və görkəmli şair Natəvanın Fransada çox tanınmış şəxsiyyətlər olduğunu xatırlatmışdır.
Bu səfərə qiymət verərkən, ikitərəfli əlaqələrimizin siyasi sahədə inkişafı baxımından əhəmiyyətini qeyd etmək istərdim. Bildiyiniz kimi, ümummilli lider Heydər Əliyevin ilk rəsmi səfəri Fransaya olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyev də dövlət başçısı seçildikdən sonra ilk rəsmi səfərini Fransaya etmişdir. Bu da Azərbaycanın Fransa ilə əlaqələrə çox böyük önəm verməsinin gözəl bir nümunəsidir.
Keçirilən görüşlər zamanı Azərbaycan ilə Fransa arasında siyasi sahədə əlaqələrin çox uğurla inkişaf etməsi bir neçə aspektdə öz əksini tapdı. Azərbaycanın, xalqımızın ən böyük problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər bu görüşlərdə və səfər zamanı daim öz əksini tapırdı. Bunun ən böyük nümunəsi də, bildiyiniz kimi, səfərin nəticələri ilə bağlı Birgə Bəyannamə oldu. Bəyannamənin ikinci abzasında deyilir: “Azərbaycan və Fransa Azərbaycan Respublikası ilə Fransa Respublikası arasında dostluq, qarşılıqlı anlaşma və əməkdaşlıq sazişi”ndə sadalanmış prinsip və məqsədlərə sadiq qaldıqlarını xatırlatdılar. Bu çərçivədə Fransa Azərbaycanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha bəyan etdi”. Bu, çox mühüm bir amildir və Bəyannamədə öz əksini tapmışdır. Fransa ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir və səfər zamanı Fransa rəhbərliyi tərəfindən dəfələrlə qeyd olundu və vurğulandı ki, Fransa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda həllində çox maraqlıdır. Həm ATƏT-in Minsk qrupunun həmsədri kimi, həm də, ümumiyyətlə regionda sülhə və sabitliyə xidmət etməsi baxımından Fransa bu münaqişənin həllinə çox böyük önəm verir. Başda Prezident cənab Jak Şirak olmaqla, bütün səviyyələrdə Fransa rəsmiləri qeyd etdilər ki, Fransa bu münaqişənin həlli üçün bütün səylərini əsirgəməyəcəkdir və bu problemin tez, qısa bir zamanda aradan qaldırılmasında çox maraqlıdır. Bu, Bəyannamədə də öz əksini tapmışdır.
Dövlətimizin başçısı bütün görüşlərdə Ermənistanın Azərbaycana qarşı təcavüzü və bu təcavüzün nəticələri barədə ətraflı, geniş məlumat verdi.
Bildiyiniz kimi, Paris meriyasında ictimaiyyətin nümayəndələri və diplomatik korpusun üzvləri ilə də görüş oldu. Cənab Prezidentlə görüşə mindən artıq, hətta dəvət olunanlardan da əlavə xeyli sayda adam gəlmişdi. Bizim televiziya tamaşaçıları da bunu görə bildilər. Həmin görüş zamanı da Fransada Azərbaycana çox böyük əhəmiyyət verildiyinin şahidi olduq. Bu görüşdə, bütün digər görüşlərdə daim Azərbaycan Prezidenti Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Fransanın tutduğu mövqeyi yüksək qiymətləndirdi. Bildirdi ki, Fransa daim bu münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli mövqeyindən çıxış edir və bu sahədə fəal surətdə səylərini göstərir.
Birgə Bəyannamədə digər məsələlər də öz əksini tapmışdır. Bu, Azərbaycan-Fransa iqtisadi əlaqələrinə də aiddir. Azərbaycan ilə Fransa arasında iqtisadi əlaqələr çox uğurla inkişaf edir. Azərbaycanın energetika sahəsində Fransanın aparıcı şirkətləri fəal iştirak edir.
Bu səfər zamanı Fransa rəsmiləri ölkənin şirkətlərinin Azərbaycan iqtisadiyyatının inkişafına sərmayə qoyuluşunda çox maraqlı olduqlarını bir daha qeyd etdilər. Ümumiyyətlə, iqtisadi məsələyə toxunarkən demək istərdim ki, Fransada bütün rəsmi səviyyələrdə Azərbaycana regionun iqtisadi inkişafında çox önəmli rol oynayan, aparıcı dövlətlərdən biri kimi münasibət bəslənilir. Ötən ilin yekunlarına görə, ümumi daxili məhsulun artımı baxımından Azərbaycanın dünyada birinci yerdə olması, bütün görüşlərdə çox təqdirəlayiq hal kimi vurğulanır və bildirilirdi ki, Fransa şirkətləri ölkəmizlə bundan sonra da fəal əməkdaşlıq etmək istəyirlər.
İqtisadi sahədə əməkdaşlıq bu səfər zamanı konkret faktlarda da öz əksini tapdı. Fransanın ATR şirkətindən ATR 42-500 və ATR 72-500 təyyarələrinin alınması barədə saziş imzalandı. Dəyəri 97,2 milyon ABŞ dolları olan bu saziş Azərbaycan ilə Fransa arasında iqtisadi əlaqələrin konkret təzahürlərindən biridir.
Fransa digər sahələrdə də Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Fransanın dünyada məşhur olan şirkətləri Azərbaycanın təkcə neft və qaz sektorunda deyil, qeyri-neft sektoruna da çox böyük maraq göstərdiklərini bildirdilər. Həmin şirkətlərin rəhbərləri Azərbaycan Respublikasının Prezidenti ilə görüşmək barədə xahişlə müraciət etmişdilər və bu görüşlər çox uğurlu keçdi. “Qaz de France” şirkəti Avropanın energetika sahəsində əsas qurumlardan biridir. “VİNCİ” 1899-cu ildə təsis edilib, inşaat sahəsində dünyanın ən qabaqcıl şirkətlərindən biridir. “Societe Generale” Avropanın maliyyə xidmətləri göstərən əsas qurumlarındandır. “BNP Paribas” dünyada ən geniş bank şəbəkələrindən biridir. Bütün bu görüşlərdə şirkətlərin rəhbərləri Azərbaycanda sərmayə qoyuluşu üçün çox əlverişli şəraitin olmasını yüksək qiymətləndirdilər və yaxın zamanlarda konkret layihələrin həyata keçirilməsində maraqlı olduqlarını bildirdilər.
Səfərin yekunlarında öz əksini tapan məqamlardan biri də Fransada Azərbaycan İlinin və Azərbaycanda Fransa İlinin keçirilməsinin qərara alınmasıdır. Bu da çox mühüm amildir.
Bir sözlə, həm statusu baxımından, həm də konkret nəticələrinə görə tarixi bir səfər oldu. Çox önəmli haldır ki, ikitərəfli əlaqələrin gələcəkdə də davam etdiriləcəyinə əminlik ifadə olundu. Fransanın Prezidenti də Azərbaycana səfərə dəvət olundu və bu, Bəyannamədə də var.
Prezidentin mətbuat katibi sonra jurnalistlərin suallarına cavab verdi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazax, Ağstafa və Tovuz sakinlərinin uşaq hüquqları ilə bağlı müraciətlərinə baxılıb

Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin danışıqlar müddətində hərbi əməliyyatlara ara verməyəcək

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Sergey Lavrov: Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası NATO-nun missiyasına çevrilir

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Professor Kamran İmanov beynəlxalq konfransda çıxış edib

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Türkiyə Prezidenti gündəmdəki məsələlərlə bağlı açıqlama verib

Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb

Təsisçi Bakı Fransız Liseyi Təhsil Kompleksinin ləğv olunmasının səbəbini açıqlayıb

DİM sədri: Qəbul imtahanlarında tətbiq olunacaq yeniliklər azı iki il əvvəl elan edilir

Əməyin təhlükəsizliyi və gigiyenası sahəsində Türkiyə ilə təcrübə mübadiləsi aparılır

Keşlədə kustar üsullarla kütləvi saxta məhsullar hazırlayan sex aşkar edilib

Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir

Arzu Babayeva: Ağgöl Milli Parkında ceyran populyasiyası müsbət dinamika ilə inkişaf edir

Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın qaldırdığı etirazlarla bağlı ictimai dinləmələr başa çatıb

Laləli çəmənlik görmək istəyənlər, Ağgöl Milli Parkına tələsin

ETX-nin məktəblərdə kibertəhlükəsizlik mövzusunda maarifləndirilmə layihəsi davam edir

“AzInTelecom” BMT-nin Qlobal Sazişinə qoşulub

Paytaxtda saxta alkoqollu içkilərin satışa çıxarılmasının qarşısı alınıb

Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır

Azərbaycan ilə Türkiyə muzeyləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

NASA ən maraqlı kosmik missiyanı təsdiqləyib

“Qəbələ” israilli futbolçu ilə vidalaşıb

Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar...

Daha iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib

PFL-in prezidenti: Qəzadan sonra 9 dəfə əməliyyat olundum - MÜSAHİBƏ

BMU tələbələri ev heyvanlarının məsafədən qidalanmasına imkan verən cihaz hazırlayıblar

Azərbaycanın Rumıniya ilə hazırladığı layihə NATO tərəfindən təsdiqlənib

Azərbaycanın Baş prokuroru Beynəlxalq Prokurorlar Assosiasiyasının vitse-prezidenti seçilib

BŞTİ: Bakı Fransız Liseyində təhsil alan uşaqların dövlət təhsil müəssisələrinə köçürülməsi təmin edilə bilər

Bakı hava limanı yenidən “Skytrax” mükafatına layiq görülüb

Ukraynada pilotsuz təyyarələr istehsal edən yeni zavod açılıb

Ali Məhkəmə: İnzibati orqan öz praktikasını inzibati məhkəmə qərarlarının məzmununa uyğunlaşdırmağa borcludur