SİYASƏT


AZƏRBAYCAN PREZİDENTİNİN YUBİLEYİ ƏRƏFƏSİNDƏ ONUN ÜNVANINA XOŞ SÖZLƏR

Ukrayna Prezidenti Leonid Kuçmanın ölkədə akkreditə olunmuş diplomatik korpusla ənənəvi görüşü keçirilmişdir. Azərbaycan diplomatlarının da iştirak etdiyi bu görüşdə dost Ukraynanın yüksək siyasi dairələrinin nümayəndələri ölkəmizin Prezidenti Heydər Əliyevin ünvanına çoxlu xoş sözlər və arzular söyləmişlər.

Ukrayna Rux Xalq Partiyasının lideri, parlamentin İnsan hüquqları, milli azlıqlar və millətlərarası münasibətlər komitəsinin sədri, Ukraynanın sabiq xarici işlər naziri Gennadi Udovenko Azərbaycan dövləti başçısının onun siyasi karyerasına diqqətindən çox böyük minnətdarlıqla danışdı. Ukrayna Ali Radasının Aqrar siyasət və torpaq münasibətləri məsələləri komitəsinin sədri İvan Tomiç isə Ukrayna üçün çətin bir vaxtda, 2000-ci ilin kəskin yanacaq qıtlığı şəraitində, əkin-səpin işləri ərəfəsində Prezident Heydər Əliyevin təşəbbüsü ilə Ukraynanın kənd əməkçilərinə yardım göstərilərək, güzəştli şərtlərlə yarım milyon ton dizel yanacağı ayrıldığını xatırladı. O vurğuladı ki, bu kömək sayəsində Ukraynada kənd təsərrüfatı məhsulu məhv olmaqdan xilas edildi.

Ukrayna Ali Radasının Mütəşəkkil cinayətkarlıqla və korrupsiya ilə mübarizə məsələləri komitəsinin sədri Vladimir Stretoviç dedi ki, bu il hörmətli Heydər Əliyev 80 illik yubileyini qeyd edir. Biz onu Ukrayna xalqının böyük dostu, ölkəmiz üçün, Azərbaycan-Ukrayna münasibətlərinin möhkəmlənməsi üçün çox iş görmüş bir insan kimi tanıyırıq, ona səmimi qəlbdən möhkəm cansağlığı, siyasi uzunömürlülük və qarşıdakı prezident seçkilərində qələbə arzulayırıq!

Zeynal Ağazadə

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.