RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN BOLQARISTANA VƏ RUMINİYAYA SƏFƏRİ
Prezident Heydər Əliyev Bolqarıstandan sonra Rumıniyanın paytaxtı Buxarestə də rəsmi səfər edəcəkdir.
Dövlət başçısı bu səfərlərin məqsədləri haqqında Binə hava limanında jurnalistlərə müsahibə vermişdir.
Binə hava limanında Azərbaycan Prezidenti Heydər Əliyevi respublika Ali Sovetinin sədri Rəsul Quliyev, Baş nazir Fuad Quliyev, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev, Ali Sovet sədrinin müavinləri, Baş nazirin müavinləri və digər rəsmi şəxslər yola salmışlar.
Sonra Prezident Heydər Əliyev Bolqarıstan Xalq Məclisinin sədri Qlazovets ilə görüşmüşdür. Söhbət zamanı respublikamızın rəhbəri parlamentin sədrinə Ermənistan–Azərbaycan münaqişəsi barədə geniş məlumat vermişdir.
Azərbaycan dövləti başçısının Bolqarıstanın Baş naziri ilə də görüşü olmuşdur. Bütün görüşlərdə Prezident Heydər Əliyevin Bolqarıstana səfərinin ölkələrimiz arasında əməkdaşlığın yeni mərhələsinin başlanğıcı olduğu vurğulanmışdır.
Sonra prezidentlər Heydər Əliyev və Jelyu Jelev Azərbaycan rəhbərinin səfərinin yekunlarına dair birgə mətbuat konfransı keçirmişlər.
Azərbaycan Prezidenti Heydər Əliyevin Ukraynanın Baş naziri Yevgeni Marçukla söhbətində ikitərəfli iqtisadi əməkdaşlığın genişləndirilməsi perspektivlərindən danışılmışdır. Daha sonra dövlət başçımız Rusiya Federasiyası Baş nazirinin birinci müavini Oleq Soskevetslə görüşmüşdür.
Söhbət zamanı ölkələrimiz arasında münasibətlərin inkişaf etdirilməsi üçün bir sıra təkliflər nəzərdən keçirilmişdir.
İyulun 1-də Azərbaycan rəhbərinin Rumıniyada rəsmi görüşləri davam edəcəkdir.