RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN ÇIXIŞI
-Hörmətli Viktor Vladimiroviç!
Bu gün biz hamımız Rusiya-Azərbaycan münasibətlərində böyük əhəmiyyəti olan bir hadisənin şahidləriyik. Mənim Rusiya Federasiyasına çox uğurla keçmiş dövlət səfərim başa çatır. Mən bu səfərdən son dərəcə məmnunam. Səfər çərçivəsində Azərbaycan Beynəlxalq Bankının Moskvada şöbəsinin açılmasının zəruriliyi barədə razılıq əldə olunmuşdur. Rusiya hökuməti, Moskva rəhbərliyi, Rusiya Mərkəzi Bankının sədri bu işdə bizə böyük kömək göstərmişdir. Çox sağ olun. Mən sizə olduqca minnətdaram. Zənn edirəm ki, bu şöbənin açılması Azərbaycanla Rusiya Federasiyası arasında iqtisadi və maliyyə əlaqələrinin daha da inkişafına xidmət edəcəkdir. Mən buna görə sizə və bu işdə bizə kömək edənlərin hamısına minnətdaram. Bizim buradakı şöbəmizə uğurlar arzulayıram.
X X X
Sonra Rusiya Federasiyası Mərkəzi Bankının sədri Viktor Geraşşenko çıxış etdi.