Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN FRANSA SENATININ SƏDRİ İLƏ GÖRÜŞÜ

Azərbaycan Prezidenti Heydər Əliyev yanvarın 14-də Parisdə Fransa senatının sədri Rene Monori ilə görüşmüşdür.

Dövlətimizin başçısını səmimiyyətlə salamlayan və onunla görüşündən məmnun olduğunu bildirən cənab Monori ölkələrimiz arasında əlaqələrin hazırki inkişafından razılıqla bəhs etdi. Xəzərin Azərbaycan sektorundakı “Lənkəran-dəniz” və “Talış-dəniz” yataqlarının birgə işlənməsi barədə ARDNŞ ilə Fransanın “Elf Akiten” və “Total” şirkətləri arasında yanvarın 13-də Yelisey sarayında hər iki ölkə prezidentlərinin iştirakı ilə müqavilə imzalanması münasibətilə Prezident Heydər Əliyevi təbrik edən senatın sədrinin fikrincə, respublikamızın rəhbərinin Parisə rəsmi səfəri və imzalanan sənədlər dövlətlərimizin münasibətlərinin daha da yaxşılaşdırılmasında əhəmiyyətli rol oynayacaqdır. Sonra o, senatın strukturu, fəaliyyəti barədə dövlətimizin başçısına ətraflı məlumat verdi.

Ölkəmiz haqqında söylədiyi xoş sözlərə və verdiyi məlumatlara görə cənab Monoriyə təşəkkürünü bildirən Prezident Heydər Əliyev Prezident Jak Şirakın dəvəti ilə dost ölkəyə rəsmi səfərə gəlməsindən məmnunluqla söhbət açdı və Avropanın ən nüfuzlu dövlətlərindən biri olan Fransa ilə Azərbaycanın əməkdaşlığının durmadan inkişaf etdirilməsindən razılıqla bəhs etdi.

1993-cü ildə mərhum Prezident Fransua Mitteranın dəvəti ilə Fransada rəsmi səfərdə olduğunu xatırlayan dövlətimizin başçısı ötən 3 ildə ölkələrimiz arasındakı əməkdaşlığın möhkəmləndirilməsi sahəsində atılmış addımları müsbət qiymətləndirdi və Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz” yatağının birgə işlənməsi barədə 1996-cı ildə imzalanmış müqavilədə Fransanın “Elf Akiten” şirkətinin də iştirak etməsindən söhbət açdı.

Respublikamızın rəhbəri yanvarın 13-də Azərbaycan və Fransa prezidentlərinin iştirakı ilə Yelisey sarayında imzalanmış yeni müqavilənin ölkələrimizin iqtisadi əlaqələrinin daha da genişləndirilməsi üçün yeni möhkəm əsas olduğunu nəzərə çarpdırdı.

Respublikamızdakı ictimai-siyasi vəziyyətdən, müstəqillik qazanmış və bazar münasibətləri yolunu seçmiş Azərbaycanda demokratik hüquqi dövlət quruculuğu və iqtisadi islahatların həyata keçirilməsi sahəsində görülmüş tədbirlərdən bəhs edən Prezident Heydər Əliyev daha sonra bildirdi ki, Ermənistanın Azərbaycana hərbi təcavüzü ölkəmiz üçün ən ağrılı problemdir. Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğunu, 1 milyondan çox vətəndaşımızın yerindən-yurdundan zorla qovulduğunu və hazırda çadırlarda ağır şəraitdə yaşadığını bildirən dövlətimizin başçısı Ermənistanın təcavüzü nəticəsində yaranmış vəziyyəti xəritə üzərində cənab Monoriyə ətraflı izah etdi.

Müharibədə 2 il 8 aydan bəri davam edən atəşkəsdən danışan dövlətimizin başçısı dedi ki, Azərbaycan Respublikası münaqişənin sülh yolu ilə başa çatdırılmasına kompromisli mövqedən yanaşır, problemin ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aradan qaldırılmasına xüsusi diqqət yetirir. 1996-cı il dekabrın əvvəlində ATƏT-in üzvü olan ölkələrin dövlət başçılarının Lissabon Zirvə görüşündə Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılması üçün qəbul edilmiş 3 əsas prinsipdən söhbət açan Prezident Heydər Əliyev bir daha bildirdi ki, biz Ermənistan silahlı qüvvələrinin işğal edilmiş torpaqlarımızdan çıxarılmasını, ölkəmizin ərazi bütövlüyünün təmin olunmasını, qaçqınlarımızın öz doğma yurdlarına qayıtmasını istəyirik və Azərbaycan dövlətinin tərkibində Dağlıq Qarabağa yüksək muxtariyyət statusu verməyə, Dağlıq Qarabağın bütün əhalisinin təhlükəsizliyini təmin etməyə hazırıq.

Respublikamızın rəhbəri beynəlxalq təşkilatların bu münaqişənin aradan qaldırılması yollarından bəhs edən qətnamələrinə, bütün ölkələr tərəfindən tanınan hüquqi normalara Ermənistanın məhəl qoymadığını nəzərə çarpdırdı və dedi ki, Ermənistan Dağlıq Qarabağı özünə birləşdirmək istəyir, bu isə yolverilməz bir haldır. Prezident Heydər Əliyev münaqişənin həllində Minsk qrupunun üzvü olan ölkələrin, o cümlədən Fransanın səylərinin artırılmasının vacib olduğunu vurğuladı.

Söhbət zamanı Azərbaycan və Fransa parlamentləri arasında əlaqələrin canlandırılmasının perspektivləri, təcrübə mübadiləsinin genişləndirilməsi, bir çox sahələrdə əməkdaşlığı daha da sıxlaşdırmaq məqsədilə nəzərdə tutulan layihələrin həyata keçirilməsi və digər məsələlər barədə də fikir mübadiləsi aparıldı.

Senatın sədri cənab Monori görkəmli siyasi xadim kimi tanınan Prezident Heydər Əliyevlə görüşündən məmnun olduğunu bir daha bildirərək dedi ki, Fransa dövləti və parlamenti Azərbaycanla əlaqələrin möhkəmləndirilməsinə xüsusi maraq göstərir və bunun üçün bütün zəruri məsələlərin həllinə yaxından kömək etməyə hazırdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Milli Məclisin növbəti plenar iclasında 18 məsələ müzakirə olunub

Ombudsman britaniyalı müəllifin təşəbbüsü ilə hazırlanan kitab üçün müsahibə verib

İmişlidə “Mercedes” marketə çırpılıb, yeniyetmə son anda qəzadan xilas olub: anbaan görüntülər VİDEO

AMB sədrinin rəhbərliyi ilə Azərbaycanın Bankçılıq Missiyası ABŞ-da işgüzar səfərdədir

Xankəndi şəhərində tapdığı silah-sursatları polisə təhvil verməyən şəxs saxlanılıb

"Azərreyl"in kapitanı: Xoşbəxtəm ki, əziyyətimizin bəhrəsini gördük

Azərbaycan Prezidentinin Rusiya səfəri iki ölkə arasında əməkdaşlıq baxımından tarixi önəm daşıyır ŞƏRH

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin hesabat yığıncağı keçirilib

Azərbaycan Afrika və Yaxın Şərqin ən böyük kənd təsərrüfatı sərgilərindən birində təmsil olunur

SOCAR-ın prezidenti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan və İspaniya iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsini müzakirə edib

Portuqaliyalı ekspert: Azərbaycanda keçiriləcək COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin həlli üçün daha səmərəli olacaq VİDEO

® “Rabitəbank”dan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək

Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub

Pekində “Azərbaycanda investisiya və ticarətin təşviqi” konfransı keçirilib VİDEO

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar

Ombudsman Aparatı uşaq hüquqları ilə bağlı təlim təşkil edib

Avstriyalı ekspert: Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

MSN-in istehsal etdiyi silahlar Vətən müharibəsində və antiterror tədbirlərində düşmənə gücünü döyüş şəraitində göstərib

Ceyms Şarp: COP29-a ev sahibliyi etmək Azərbaycan üçün geniş imkanlar yaradacaq

Qarabağ Regional DOST Mərkəzində 300-dək şəxsə reabilitasiya xidmətləri göstərilib

Alman filosofu İmmanuel Kantın 300 illiyinə həsr olunmuş ümuminstitut seminarı keçirilib

Ceyhun Bayramov Çexiyanın “CEVRO” İnstitutunda ölkəmizin xarici siyasət prioritetlərindən danışıb

Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb

Peşə təhsil müəssisələrinin məzun və tələbələri "Casa Culinary Cup 2024" yarışmasında qalib olublar

Qazaxıstanlı doktorantlar Neft və Qaz İnstitutunda təcrübə keçiblər

Prezident İlham Əliyevin Norveç Baş nazirinə ünvanladığı COP29-a dəvət məktubu səfirə təqdim edilib

Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb

Qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanan Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan ilə Qırğızıstan arasında mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün münbit zəmin mövcuddur

Tədqiqat bəzi meşələrin iqlim dəyişikliyinə müqavimətdə mühüm rolunu üzə çıxarıb

BDU-nun tələbə və əməkdaşları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar

“Hibrid enerji sistemləri və onların gələcək perspektivləri” - elmi seminar

ABŞ Konqresi üzvlərindən ibarət nümayəndə heyəti ölkəmizdə mövcud mina problemi barədə məlumatlandırılıb

AzTU-da Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin IV dalğası barədə infosessiya keçirilib

Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük

® “PAŞA Holding” üçün taksi biznesində növbəti mərhələ

Qarbi Abdelbaset: QH çərçivəsində əlaqələr Əlcəzair-Azərbaycan münasibətlərin inkişafına imkan yaradıb

“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub

Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətlər qura bilmişik

Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edib

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB VİDEO

“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır

Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub

Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək

Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?

Nərimanov rayonunda məktəblilərə narkotiklərin zərərli təsiri barədə məlumat verilib

Beynəlxalq ekspert: Azərbaycanın yaşıl enerji keçidində liderliyi beynəlxalq əməkdaşlıq üçün strateji imkandır – MÜSAHİBƏ

Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO

Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar

® Balaxanı Əməliyyat Şirkəti ərazilərində ağacəkmə işləri həyata keçirilir

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilib - YENİLƏNİB-2 VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Əlcəzair parlamentarisi: Azərbaycanla əməkdaşlıq üçün geniş imkanlar mövcuddur

Şəkidə ağacəkmə aksiyası keçirilib

Azərbaycan Prezidenti: Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur

BAM-ın ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləri ŞƏRH

Azərbaycan Prezidenti: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik

Ədəbiyyat İnstitutunda Abdulla Şaiqin “Türk çələngi” kitabı təqdim edilib

Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib

Prezident: Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir

Debora Zakuto: Fikrimcə Aida Mahmudovanın əsərlərindəki rəng ahəngi təbiətin onun həyatındakı rolunu göstərir

AzMİU-da “İnformasiya texnologiyaları və onların tətbiqi” adlı II beynəlxalq konfrans keçirilib

Fırat Arapoğlu: Aida Mahmudovanın ən böyük uğurlarından biri də bəşəri ziddiyyətləri əsərlərində təsvir edə bilməsidir

Küveyt Dövləti Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayır

Bakıda Türkiyənin Milli suverenlik və uşaq bayramı münasibətilə tədbir təşkil olunub

Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır

İdman zalının kassasını talayaraq 12 min manat məbləğində pul oğurlayan mühafizəçi saxlanılıb

Azərbaycan Prezidenti: Hazırda neft və qaz ümumi daxili məhsulumuzun yarıdan az hissəsini təşkil edir

Azərbaycanın aparıcı musiqiçiləri Peterburq filarmoniyasında çıxış edəcəklər

Cari ilin birinci rübündə dövlət əmlakının icarəyə verilməsindən büdcəyə daxilolmalar artıb

Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb

BDU-nun şahmat komandasının uğuru

Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar

Yeni inşa olunmuş yaşayış binası xidməti istifadəyə verilib

Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb

Xalq yazıçısı Anar məktəblilərlə görüşündə mütaliənin əhəmiyyətindən danışıb

MEDİA-da Özbəkistan Jurnalistlər İttifaqının nümayəndə heyəti ilə görüş olub

Latviya məktəblərində rus dilinin tədrisi dayandırılacaq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 620 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sığorta ödənişinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Küçə mühitindəki uşaqlarla bağlı layihəyə cəlb olunmuş sosial işçilər üçün təlimlər keçirilib

“Cinayət prosesini həyata keçirən orqana çağırış vərəqələrinin formaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Cinayət mühakimə icraatında prosessual sənədin verilməsi barədə qəbzlərin formaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Coğrafiyaçı alimlər məktəblilərlə görüşüb

Alimlər məktəblilərə narkomaniyanın fəsadlarından danışıblar

Türkiyə Prezidenti müxtəlif ölkələrdən Ankaraya gələn uşaqlarla görüşüb

Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik

® “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə edib

Azərbaycan Prezidenti: Neft və qaz gəlirləri işsizlik və yoxsulluq məsələlərinin həlli üçün istifadə edilib

Füzuliyə köçənlərə ödənişsiz danışıq sim-kartları hədiyyə edilib

Azərbaycan taekvondoçusu: Ümid edirəm ki, Paris Olimpiadasında medallarımızın sayı Tokiodakından çox olacaq

Bakının daha bir prospektində velosiped yolu salınır

Azərbaycan Prezidenti: Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir

BMU-da IELTS imtahanına təşviqlə bağlı üçtərəfli müqavilə imzalanıb

Birinci rübdə neft-qaz sektoru üzrə dövlət büdcəsinə daxilolmalar proqnozu 5 faiz ötüb

Britaniya Ukraynaya ən böyük hərbi yardım paketini elan edəcək

Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirik

Pakistan iqtisadiyyatında artım müşahidə olunur

Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsi 44 faiz çoxalıb