AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN İSRAİLİN XARİCİ İŞLƏR NAZİRİ ŞİMON PERES İLƏ GÖRÜŞÜ
AzerTAg.az
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Davosda İsrailin xarici işlər naziri Şimon Peresi qəbul etdi. Söhbət zamanı qeyd olundu ki, bu, iki dövlət arasında belə yüksək səviyyədə keçirilən ilk görüş olsa da, ölkələrimizin münasibətləri yaxşı vəziyyətdədir. Hər iki tərəfin fikrincə, ölkələrimizin texnologiya, kənd təsərrüfatı, sənaye və tibbi xidmət sahələrində əməkdaşlığının genişləndirilməsi üçün çoxlu imkan vardır və bunlardan hərtərəfli istifadə olunmalıdır.
Azərbaycanda İsrailin səfirliyi fəaliyyət göstərir və bu ölkədən respublikamıza tez-tez nümayəndələr gəlir. Görüşdə bu barədə razılıqla söhbət açıldı. Qeyd olundu ki, ölkələrimiz arasında bir sıra ümumi problemlər də vardır. Ona görə də İsrail tərəfi müəyyən məsələlərin həllində Azərbaycana yaxından kömək etmək niyyətindədir.
Şimon Peres İsraildə Azərbaycan Prezidenti Heydər Əliyevin ölkəyə səfərini səbirsizliklə gözlədiklərini xüsusilə vurğuladı. Azərbaycan dövlətinin başçısı bu dəvətdən istifadə edəcəyini söylədi.
Xəbərin mətnində orfoqrafik səhv var