Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN YUBİLEYİ ŞƏRƏFİNƏ MOSKVADA TƏNTƏNƏLİ MƏRASİM KEÇİRİLMİŞDİR

Mayın 10-da Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyində dövlətimizin başçısı Heydər Əliyevin 80 illik yubileyinə, habelə faşizm üzərində Böyük Qələbənin 58-ci ildönümünə həsr edilmiş təntənəli mərasim keçirilmişdir. 

Respublikamızın fövqəladə və səlahiyyətli səfiri Ramiz Rizayev tədbiri açaraq, Qələbə gününə həsr edilmiş mərasimin iştirakçılarına dövlətimizin başçısının təbrik məktubunu oxudu. Məktubda deyilir: “Hörmətli görüş iştirakçıları! 1941-1945-ci illərdə faşizm üzərində Böyük Qələbənin 58-ci ildönümü münasibətilə sizi, bütün cəbhəçi veteranları ürəkdən təbrik edirəm. Müharibənin qanlı-qadalı illərində xalqlarımız arxa cəbhədə öz hünərləri ilə qələbəyə çox böyük töhfə verdilər. Əminəm ki, ölkələrimiz arasında dostluğun və əməkdaşlığın daha da möhkəmlənməsi faşizmə qarşı çiyin-çiyinə mübarizədə canlarını qurban vermiş döyüşçülərin xatirəsinə layiqli ehtiram olacaqdır. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, uğurlar, Rusiyaya əmin-amanlıq, Rusiya xalqlarına tərəqqi diləyirəm. Azərbaycanla Rusiya arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha da möhkəmlənməsini arzulayıram.”

Daha sonra səfir Prezidentimizin həyat və fəaliyyətindən, Azərbaycan dövlətçiliyinin inkişafına verdiyi şəxsi töhfədən danışdı və bildirdi ki, bütün bunların sayəsində ölkəmiz dünya birliyində layiqli yer tutmuşdur.

Dövlətimizin başçısı ilə şəxsən tanış olan və ona sonsuz məhəbbət, hörmət hissi bəsləyən adamlar Prezident Heydər Əliyevin ad gününü və Böyük Vətən müharibəsində ümumi qələbəmizin ildönümünü qeyd etmək üçün Azərbaycan səfirliyinə gəlmişdilər. Onların arasında RF daxili işlər nazirinin müavini Vladimir Vasilyev, Moskva merinin birinci müavini Lyudmila Şvetsova, Ticarət-Sənaye Palatasının sədri Yevgeni Primakov, Təhlükəsizlik Şurasının katibi Vladimir Ruşaylo, mədəniyyət naziri Mixail Şvıdkoy, Konstitusiya Məhkəməsinin üzvü Marat Baqlay, ordu generalları Konstantin Koçetov, İqor Rodionov və Viktor Samsonov, Rusiya və Azərbaycan ziyalılarının nümayəndələri vardı.

Rusiya xarici işlər nazirinin birinci müavini, görüşdə Rusiya Prezidenti Vladimir Putinin tapşırığı ilə iştirak edən Valeri Loşşinin onun Heydər Əliyevə təbrik məktubunu oxudu. Sonra o, Rusiya və Azərbaycan xalqları arasında dostluq və əməkdaşlığın möhkəmləndirilməsinə böyük şəxsi töhfəsinə görə Azərbaycan Prezidenti Heydər Əliyevin Rusiyanın ən yüksək mükafatı - Müqədəs Apostol Andrey Pervozvannı ordeni ilə təltif edilməsi haqqında RF Prezidenti Vladimir Putinin Fərmanını oxudu.

Mərasimdə çıxış edənlər Azərbaycan Prezidentinin layiqli ömür yolundan, Sovet İttifaqının və postsovet dövrünün tarixindəki rolundan, Azərbaycan ilə Rusiya arasında dostluğun və əməkdaşlığın möhkəmlənməsi işinə töhfəsindən danışdılar, dövlətimizin başçısına uzun ömür, cansağlığı arzuladılar.

Prezident Heydər Əliyevin yubileyi münasibətilə şənlikdə onun haqqında söylənmiş bəzi fikirləri oxuculara təqdim edirik.

Moskva merinin müavini Lyudmila Şvetsova: “Biz çox şadıq ki, Rusiya Prezidenti Vladimir Putin Azərbaycan xalqının dahi oğlunun Rusiyanın ən yüksək ordeni ilə təltif olunması haqqında qərar qəbul etmişdir. Sovet İttifaqında yüksək vəzifələrdə çalışmış bu insanı biz tanıyırıq. Biz onu həyatının hətta ən çətin anlarında da sarsılmayan, ruhdan düşməyən bir insan kimi tanıyırıq. Xoşbəxtəm ki, Heydər Əliyevlə şəxsən tanışam. O, çox yüksək intellektə malik, heyrətamiz dərəcədə müdrik, heç vaxt xırdalığa varmamış və varmayan insandır. Öz Vətəninə, xalqına xidmət onun üçün ülvi amaldır, özünün bütün arzu və niyyətlərini, fəaliyyətini və iradəsini həmişə bu amala tabe etmişdir. Biz Moskvada Heydər Əliyeviçi çox sevirik. Yuri Lujkov istər Azərbaycan ilə Rusiya arasında, istərsə də Azərbaycanla Moskva arasında əlaqələri inkişaf etdirmək üçün çox işlər görən bir insan kimi Heydər Əliyevə Moskva hökuməti və bütün moskvalılar adından həm yazılı, həm də şifahi təbrik göndərmişdir. Azərbaycandakı rusdilli əhalinin dəstəklənməsi üçün biz birlikdə çox işlər görmüşük. Biz Heydər Əliyevin Rusiya mədəniyyət xadimlərinin Bakıya qastrol səfərlərinə necə qayğı ilə yanaşdığını bilirik. Heydər Əliyeviç, sevimli Vətəniniz naminə, sevdiyimiz Azərbaycan naminə Sizə möhkəm cansağlığı, uzun ömür, bütün niyyət və istəklərinizin, planlarınızın həyata keçməsini arzulayırıq”.

Rusiya Ticarət-Sənaye Palatasının sədri Yevgeni Primakov: “Bu gün biz yubilyarı nəinki təbrik etməliyik, - bu, özlüyündə aydındır, - həm də Heydər Əliyeviçin valideyinlərini təbrik etməliyik. Onlar heç ağıllarına da gətirməzdilər ki, o, necə uca zirvələr fəth edəcəkdir. O, mənə söyləyirdi ki, 18 yaşınadək rusca çox pis danışırdı, belə yüksək səviyyəyə sonralar qalxmışdır. Mən onun ömür-gün yoldaşı Zərifə Əzizovnanı xatırlamaq istəyirəm. O, bütün ömrünü ona, övladlarına, ailəsinə həsr etmişdi. Heydər Əliyeviç sübut etdi ki, öz xalqını sevən, dəyişə bilən və hər hansı quruluşda, hər hansı cəmiyyətdə dəyişə bilən öz sosial statusundan asılı olmayaraq, bu xalqın naminə yaşayan insanlar var. Bir şeyi yadda saxlamaq lazımdır - belə insanlar bütün varlığını xalqa xidmətə həsr edirlər. Heydər Əliyev də məhz belə bir insandır. Mən onun hamını öz yüksək intellekti ilə necə valeh etməsinə heyranam. Mən burada, hamının yanında bir daha demək istərdim ki, Heydər Əliyeviçin qarşısında baş əyirəm, ona böyük hörmətim var, onunla görüşmək mənim üçün həmişə böyük hadisədir. Ona tezliklə sağalmağı arzulamaq istərdim”.

Moskva Dövlət Universitetinin rektoru Viktor Sadovniçi: “Bu əlamətdar gündə Heydər Əliyeviçin Moskva Universitetinə vətəndaş məsuliyyəti ilə göstərdiyi dəstəklə bağlı az məlum olan bir hadisəni xatırlamaq istərdim. İttifaqın rəhbərlərindən biri, Siyasi Büronun üzvü olan Heydər Əliyev Moskva Universitetinə də kuratorluq edirdi. O zaman onun dəstəyi olmasaydı, yəqin ki, universitet bu gün gördüyünüz kimi olmazdı. Elmimiz, təhsilimiz də çətin ki, belə yaxşı səviyyəyə qalxardı. Hələ bu bir yana. O, Azərbaycan alimlərinin bu universitetdə təhsil almalarına imkan yaratdı. Heydər Əliyevin o dövrkü fəaliyyəti xalqlarımızın mədəniyyətinin inkişafında çox böyük rol oynamışdır”.

Rusiya daxili işlər nazirinin müavini Vladimir Vasilyev: “Heydər Əliyeviç böyük dövlət xadimi və böyük insandır. O, çoxları üçün örnəkdir. Heydər Əliyeviçin dövlət təhlükəsizliyinin təmin olunması, mütəşəkkil cinayətkarlıqla, terrorizmlə mübarizə sahəsində fəaliyyəti bizim üçün, hüquq mühafizə orqanları sisteminin işçiləri üçün xüsusilə əhəmiyyətlidir. Biz minnətdarlığımızı bildirmək və Azərbaycana tərəqqi arzulamaq istərdik”.

Rusiya Təhlükəsizlik Şurasının katibi Vladimir Ruşaylo: “Mən yubilyarı təbrik etmək, ona insani və siyasi uzunömürlülük arzulamaq istəyirəm. Biz Heydər Əliyeviçi hələ SSRİ dövründən görkəmli siyasi xadim kimi tanıyır, MDB çərçivəsindəki çoxtərəfli əlaqələrə və Rusiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərə böyük əhəmiyyət veririk. Dövlətlərimiz arasında dostluq münasibətlərinin yaranmasında Prezident Heydər Əliyevin də, Prezident Vladimir Putinin də xidmətləri var”.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıda keçiriləcək lisenziya turnirinə satılan biletlərin sayı açıqlanıb

Sağlam və düzgün qidalanmanın ən önəmli qaydalarından biri meyvə və tərəvəzləri mövsümündə istehlak etməkdir

NATO İspaniyada üçüncü hərbi-dəniz bazasını yerləşdirir

GUAM ölkələri insan alverinə və qanunsuz miqrasiyaya qarşı mübarizəni gücləndirəcək

Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülüb

Yunanıstanda 6 bal gücündə zəlzələ olub

Vüqar Rəhimzadə: XX əsrdə xalqımız böyük bəlalarla üzləşsə də, sınmadı, güc topladı və məqsədinə nail oldu

Azərbaycanda hansı şəxslərin təhsil haqqı dövlət vəsaiti hesabına ödəniləcək?

Ukraynaya raket hücumu nəticəsində 6 bölgənin enerji infrastrukturuna ziyan dəyib

Sumqayıt Kimya Sənaye Parkında ağacəkmə aksiyası keçirilib

Alimlər fövqəlnovanın ən erkən mərhələlərini qeyd edirlər

Qubada III Aqrobiznesin İnkişafı Forumu keçirilir - YENİLƏNİB

Donald Tusk Ukrayna müharibəsinin uzanacağını güman edir

Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB

Azərbaycan Karate Federasiyasında fəxri prezidentlik institutu yaradılır

Dördüncü “Yüksəliş” müsabiqəsinə 14 min nəfərdən çox iştirakçı qeydiyyatdan keçib

Gürcüstanda müsəlman icmasına daha 20 məscid veriləcək

Cəmiyyətin Ermənistan işğalı altında olan kəndlərin azad ediləcəyi ilə bağlı gözləntisi yüksəkdir-SORĞU

Oğuz sakinlərindən nəcib təşəbbüs - yanmış meşə sahələri bərpa edilir FOTO

“Heydər Əliyev və Azərbaycan mərasim mədəniyyəti” kitabı çapdan çıxıb

“Hoa Lo” həbsxanası - Fransanın Vyetnamdakı cinayətlərinin şahidi VİDEO

İnzibati Xətalar Məcəlləsinin bir sıra maddələri üzrə cərimələrin məbləği artırılır

“Şahin” hərbi-idman oyununun Şəki rayon turunda 11 komanda mübarizə aparıb

Elektroenergetika və bərpaolunan enerji sahəsində Texniki Komitə yaradılıb

Məktəbəhazırlıq qruplarında, 4-cü və 6-cı siniflərdə şagirdlərin yerdəyişmə prosesi dayandırılacaq

“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib

Müasir imperializm ideyasının sələfi olan Qərb merkantilizmi indi də Ermənistanı “xərcləyir” - ŞƏRH

İKTA operator və provayderlərə radiotezliklərdən səmərəli istifadəni tövsiyə edib

Cinayət-Prosessual Məcəlləyə təklif edilən bir sıra dəyişikliklər təsdiqlənib

Görkəmli ədibin 125 illiyi adını daşıdığı kitabxanada qeyd edilib

Alzheimer xəstəliyi orqan nəqli ilə də yayıla bilər

Hüquqşünas kimi 5 ildən artıq işləyən Azərbaycan vətəndaşları hakim ola biləcəklər

Aprelin 15-dən 19-dək ölkəmizdə quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcək

Ramiz Əskərin yaradıcılığında əski və çağdaş türk abidələrinin tədqiqi və tərcüməsi - seminar

Ermənistanda Vladimir Solovyovun verilişlərinin yayımı dayandırılıb

Kukla Teatrı aprel repertuarını açıqlayıb

“Qarabağ”ın qapıçısı Azərbaycan və Rusiya çempionatlarını müqayisə edib

Yunis Hüseynov: “Qarabağ” bütün oyunlarını uduzsa belə, çempion olacaq

Mülki Prosessual Məcəlləyə dəyişikliklər təsdiqlənib

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edəcək

Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsi üzrə komissiyanın iclası keçirilib

Azərbaycanda su təchizatı və kanalizasiya sisteminə qoşulmanın qayda və şərtləri yenilənəcək

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 132-ci kitabı çapdan çıxıb

Bərdədə “Peşə təhsili və özəl dövlət əməkdaşlığı” mövzusunda regional forum keçirilir

Bill Qeyts: Süni intellekt gələcəkdə asan tapşırıqları da yerinə yetirə bilməyəcək

İqlim dəyişikliyi saatların bir saniyə itirməsinə səbəb ola bilər

Azərbaycanın su qıtlığı probleminin həllində əldə edilən irəliləyişlər müzakirə edilib

Valideynlik hüququndan məhrumetmə barədə iddia qaldıra bilənlərin sayı artırılır

Nazir: TDT-nin platformasından istifadə etməklə biz aqrar sektorun inkişafına töhfə verə bilərik

Türkiyəli nazir: Zəlzələ zonasında 300 min obyekt tikilir

Ölkəmiz ABŞ-da Oyun Tərtibatçıları Konfransında təmsil olunub

Kiyev və Varşava təhlükəsizlik zəmanəti barədə saziş imzalamağı planlaşdırır

Azərbaycan gimnastları Dünya Kubokunda iştirak edəcəklər

ABŞ husilərə aid daha dörd PUA-nın vurulduğunu bildirib

FHN: Ötən sutka ərzində 2-si azyaşlı olmaqla 5 nəfər xilas edilib

Vaşinqtonda Hirşhorn kolleksiyasının sərgisi açılıb

Məktəb psixoloqları üçün müsabiqə

Türkiyədə FETÖ ilə əlaqədə şübhəli bilinən daha 70 nəfər saxlanılıb

BDU-nun müəllimi Rumıniyanın Aleksandr İohan Kuzi adına Yassı Universitetində mühazirə deyib

AMB: Ötən il ixracın 25,9 milyard dolları neft-qaz sektorunun payına düşüb VİDEO

Premyer Liqa: “Sumqayıt” – “Araz-Naxçıvan” oyununun hakimləri bəlli olub

Milli Məclis 21 məsələnin müzakirəsinə başlayıb

Qəbələdə torpağın qanunsuz zəbtinin qarşısı alınıb

Mərkəzi Bank: Ötən il Azərbaycandan xaricə birbaşa investisiya 3 milyard dollardan çox olub VİDEO

Cabbar Qaryağdıoğluna həsr olunmuş “Xalqın mədəni sərvəti” layihəsi davam edir

“Böyük Dəbilqə”: Azərbaycanın 3 cüdoçusu mübarizəyə başlayır

Ötən il Azərbaycan iqtisadiyyatına olan birbaşa xarici investisiyaların həcmi açıqlanıb VİDEO

Tanınmış arxeoloq Tufan Axundov vəfat edib

“Anev-2024 Türk dünyasının mədəniyyət paytaxtı” ilinin açılış mərasimi keçirilib

Ötən il cari əməliyyatlar hesabının profisiti 8,3 milyard ABŞ dolları olub VİDEO

Madaqaskarda qasırğa 14 nəfərin həyatına son qoyub

Kişi voleybolçuların Yüksək Liqasında növbəti oyun keçiriləcək

AMEA Naxçıvan bölməsinin Rəyasət Heyətinin iclası keçirilib

Premyer Liqa: “Qarabağ” üçün çempionluq oyunu, “Neftçi” autsayderə qarşı

Cənubi Afrikada avtobus qəzası nəticəsində 45 nəfər ölüb

Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb

Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaq

Xırdalanda əl qumbaraları və partladıcılar tapılıb VİDEO

Xankəndidə silah-sursat aşkarlanıb

Ötən gün təhvil götürülən silah-sursatın sayı açıqlanıb

Sabirabadda yol qəzası olub, iki nəfər xəsarət alıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb

Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb

Azərbaycan neftinin qiyməti 89 dolları ötüb

Çinin internet şirkətləri iki ayda 35 milyard dollara yaxın gəlir əldə edib

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Füzuli sakini: Gözəl günlərimiz bundan sonra daha çox olacaq

Qazaxda narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb

Keçmiş məcburi köçkün: Düşünürəm ki, artıq bütün şəhidlərimizin ruhu şaddır

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb VİDEO

ABŞ Baltimordakı körpünün bərpasına 60 milyon dollar ayırıb

Tədqiqat: 7 saatdan az yuxu yüksək təzyiq riskini artırır

Alimlər virusların insandan heyvana daha çox keçdiyini ortaya çıxarıblar

İsveç arxeoloqları XII əsrə aid gümüş sikkələr aşkarlayıblar

Finlandiyada etiraz nümayişləri Pasxa bayramından sonra davam edəcək

Vyetnamlı məktəbli dünyada SAT üzrə ən yaxşı nəticə göstərib

Bir ay tam yuxu alan insanlar özlərini 6 yaş cavan hiss edirlər - Araşdırma

Brüsseldə zorakılıq halları nəzarətdən çıxır

Azərbaycan Beynəlxalq Astronavtika Federasiyasının “Yaz toplantıları” konfransında təmsil olunub

Türkiyə 10 illik fasilədən sonra Liviyaya uçuşları bərpa edib