Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV ABŞ-IN BAKIDAKI SƏFİRİNİ QƏBUL ETMİŞDİR

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev dekabrın 27-də Prezident sarayında ABŞ-ın Bakıdakı səfiri Ross Uilsonu qəbul etmişdir. 

Dövlətimizin başçısı Heydər Əliyev səfiri səmimiyyətlə salamlayaraq, Milad bayramı münasibətilə təbrik etdi, hal-əhval tutdu.

Prezident Heydər Əliyevə təşəkkürünü bildirən, qarşıdan gələn

Yeni il münasibətilə onu təbrik edən səfir ROSS UİLSON dedi ki, cənab Prezident, bir necə mövzu ətrafında Sizinlə danışmaq istəyirəm.

Elə bilirəm ki, 2002-ci ildə bizim gördüyümüz işləri iftixar hissi ilə xatırlamaq olar. Ümid edirəm ki, 2003-cü ildə də Sizinlə və başçılıq etdiyiniz hökumətlə vacib mövzular ətrafında fəaliyyətimizi uğurla davam etdirəcəyik.

Cənab Prezident, bayram münasibətilə mən bir neçə günlüyə Amerika Birləşmiş Ştatlarına gedəcəyəm. Eyni zamanda, orada cənab Pauellə, cənab Armitacla və hökumətin digər yüksək vəzifəli şəxsləri ilə söhbətlərim də olacaqdır. Onlar mənimlə görüşmək və öyrənmək istəyirlər ki, Azərbaycanda bizim gördüyümüz işlər nədən ibarətdir, başa çatmaqda olan 2002-ci ildə hansı işləri görmüşük və 2003-cü ildə hansı işləri görəcəyik. Elə bilirəm ki, 2002-ci ildə gördüyümüz işləri onlara izah etmək üçün yaxşı əsaslar vardır. Enerji sahəsində əməkdaşlığımızı onlara xüsusi fərəh hissi ilə bildirəcəyəm. Məlum olduğu kimi, bu əməkdaşlığın ən yüksək nöqtəsi sentyabrda Bakı-Tbilisi-Ceyhan boru kəmərinin təməlini qoyduğumuz vaxt oldu. Bundan əlavə, biz bir sıra digər məsələləri də uğurla yerinə yetirdik.

Mən ABŞ-ın yüksək vəzifəli şəxslərinə buradakı biznes mühiti haqqında da məlumat verəcəyəm. Bunu da böyük məmnuniyyətlə edəcəyəm. Sizin və başçılıq etdiyiniz hökumətin biznes mühitinin yaxşılaşması üçün gördüyünüz işlərdən söhbət açacağam. Yazda Sizin biznesmenlərlə olan görüşünüz haqqında məlumat verəcəyəm, avqust və sentyabr aylarında bu məsələ ilə əlaqədar imzaladığınız fərmanları onların nəzərinə çatdıracağam.

ABŞ hökumətinə həm də Sizin hökumətlə birgə apardığımız işlər haqqında da məlumat verəcəyəm. Bu, geniş səpkidə olan mövzuları - seçki ilə əlaqədar keçirdiyimiz müzakirələri, bizim əməkdaşlığımız, dini azadlıq və mətbuat azadlığı üzrə apardığımız işləri əhatə edəcəkdir.

Əlbəttə ki, söhbətin əsas hissəsini başqa bir mövzu təşkil edəcəkdir. Bu sahədə biz bu yaxınlarda əməkdaşlığa başlamışıq. Mən terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlığımızı nəzərdə tuturam. Bu, ölkələrimizin möhkəm əməkdaşlığıdır. Elə bilirəm ki, 2003-cü ildə bu sahədə əməkdaşlığımız daha da möhkəmlənəcəkdir.

Vaşinqtonda müzakirə edəcəyim digər mövzu yardım məsələsidir. Bu məsələ ətrafında biz 2002-ci ildə kifayət qədər görüşlər keçirmiş, söhbətlər etmişik. Mən Azərbaycanın müxtəlif qurumlarına, ən əsası isə, Müdafiə Nazirliyinə ediləcək yardımı nəzərdə tuturam. Burada olan ehtiyaclar haqqında dövlət rəsmilərinə söhbət açacağam. Bu, sərhədlərin möhkəmləndirilməsinə, cangüdənlərə daha çox təlimatlar keçilməsinə və terrorizmə qarşı mübarizənin gücləndirilməsinə ediləcək yardımlardır.

Eyni zamanda, xəzinədarlıq rəsmiləri ilə də görüşlərim olacaqdır. Həmin görüşlər zamanı Azərbaycana lazım olan iqtisadi islahatların necə keçirilməsi barədə məsləhətlər alacağam.

Biz çox ümid edirik ki, 2003-cü ilin fevralında “Şahdəniz” layihəsinə sanksiya veriləcək və daha sonra imkanımız olacaq ki, bu yataqdan çıxarılacaq Azərbaycan qazını Avropanın bazarlarına çatdıraq. Bu məsələ ətrafında səfir Stiv Mən ilə və iqtisadi məsələlərlə məşğul olan digər dövlət nümayəndələri ilə də söhbət edəcəyəm.

Cənab Armitacla və digər hökumət nümayəndələri ilə görüşlərimdə Amerika Birləşmiş Ştatlarının Azərbaycana demokratiya sahəsində nə cür yardım edəcəyi barədə müzakirələrim olacaqdır. Məlumdur ki, 2003-cü ildə demokratiya Azərbaycan üçün xüsusilə vacib məsələdir. Gələn ilin payızında Azərbaycanda prezident seçkiləri keçiriləcəkdir.

Heç şübhəsiz ki, cənab Perina ilə də görüşüm olacaqdır. Bu görüş zamanı biz çalışacağıq ki, Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında ikitərəfli münasibətləri və eləcə də Minsk qrupunun gələcək fəaliyyətini müzakirə edək, bu qrupun həmsədrlərini bir araya gətirək və möhkəm əsas yaradaq ki, ondan çıxış edərək, münaqişənin sülh yolu ilə həllinə nail olaq.

Cənab Prezident, gördüyünüz kimi müzakirə ediləsi məsələlər bu dəfə də çoxdur. Həmişə olduğu kimi, Amerika Birləşmiş Ştatlarına yola düşməzdən əvvəl mən istədim ki, Sizinlə görüşüm. Çünki Sizin məsləhətlərinizə bizim ehtiyacımız vardır. Bu məsələhətlər həmişə mənə kömək edibdir.

Azərbaycan Prezidenti HEYDƏR ƏLİYEV səfirə təşəkkürünü bildirdi və dedi ki, mənim salamlarımı, xoş arzularımı Kolin Pauellə, Riçard Armitaca və digər şəxslərə çatdırın. Əgər onlardan da yüksək vəzifəli şəxslərlə görüşsəniz, hamısına salamlarımı çatdırın. İmkanınız olsa, prezident Buşa da mənim salamlarımı yetirin.

Mən arzu edirəm ki, 2003-cü ildə Amerika Birləşmiş Ştatlarının hökuməti qarşısında qoyduğu vəzifələri uğurla həyata keçirə bilsin.

Bu səfər zamanı sizin görəcəyiniz işlər haqqında və bizim 2002-ci ildə buradakı əməkdaşlığımız, Azərbaycanın əldə etdiyi nailiyyətlər barədə öz ölkənizdə, Vaşinqtonda verəcəyiniz məlumatlar bizim üçün çox maraqlıdır. Mən sizin proqramınızı dəstəkləyirəm və bu proqramınız çərçivəsində görəcəyiniz işlər, Azərbaycan haqqında verəcəyiniz məlumatları mənə çatdırdığınıza görə təşəkkür edirəm.

Həqiqətən, 2002-ci ildə bizim əməkdaşlığımız uğurlu olub. Siz bir neçə sahəyə toxundunuz. Mən çox məmnunam ki, o sahələrdə əldə etdiyiniz nailiyyətləri bizim kimi qiymətləndirirsiniz. Bu, bizim üçün çox vacibdir. Çünki biz özümüz gördüyümüz işləri qiymətləndirə bilirik. Ancaq gördüyümüz işlər haqqında başqa ölkələr tərəfindən, xüsusilə Amerika Birləşmiş Ştatları tərəfindən, bu ölkənin Azərbaycandakı səfirliyi tərəfindən deyilən yüksək fikirlər, təbiidir ki, bizi sevindirir və ruhlandırır. Burada qeyri-adi bir şey yoxdur. Görülən işlər haqqında, sadəcə, obyektiv fikir söylənilir. Mən onları bir daha sadalamaq istəmirəm, siz dediniz. Sadəcə, onu demək istəriyəm ki, indi 2002-ci ilin son günlərini yaşayırıq. 2002-ci ildə Azərbaycan dövlətinin gördüyü işləri, xalqımızın keçdiyi yolu Azərbaycanın Prezidenti kimi mən müstəqilliyin möhkəmləndirilməsində, Azərbaycanın iqtisadiyyatının inkişafında və xarici siyasətinin həyata keçirilməsində yeni böyük addım hesab edirəm.

Bütün əvvəlki illərdən fərqli olaraq, 2002-ci ildə yəqin ki, 907-ci düzəlişin qüvvəsi dayandırıldığına, yaxud da ümumiyyətlə, münasibətlərimizdə daha da irəliyə getdiyimizə görə, əvvəlki illərə nisbətən Amerika Birləşmiş Ştatlarının Azərbaycana yardımı çox olmuşdur. Xüsusən, siz dediyiniz kimi, Sərhəd Qoşunlarına edilən yardımı, bütün sahələrdə göstərilən köməyi yüksək qiymətləndirirəm. Ancaq düşünürəm ki, 2003-cü ildə biz çox irəli getməliyik. Antiterror fəaliyyətində, yəni beynəlxalq terrorizmlə mübarizədə, demək olar ki, 2002-ci il sınaq dövrü oldu. Çünki 2001-ci il sentyabrın 11-də baş vermiş dəhşətli hadisə bizim hamımızdan beynəlxalq terrorizmlə mübarizəyə çox ciddi surətdə qoşulmağı tələb etdi. Biz bunu öz imkanlarımız çərçivəsində etdik. Hesab edirəm ki, bu, əməkdaşlığımızın əsas hissələrindən biri olubdur.

Siz doğru qeyd etdiniz, Bakı-Tbilisi-Ceyhan layihəsi artıq realdır və fevral ayında “Şahdəniz” yatağındakı qazın istifadə olunması haqqında, həqiqətən ciddi tədbirlər görüləcəkdir. Beləliklə, biz Xəzərin neft və qaz ehtiyatlarının Qərbə ixrac olunması ilə əlaqədar 1994-cü ildən başladığımız işlərin nəticəsini görürük.

Təəssüflər olsun ki, biz bir sahədə istədiyimizə nail olmamışıq. Bu da 2002-ci ildə Minsk qrupu başçılarının, yəni həmsədrlərinin nümayəndələri ilə apardığımız danışıqlar, görüşlər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunması sahəsində işlərdir. Mən çox məmnunam ki, siz cənab Perina ilə görüşüb söhbət edəcəksiniz. Cənab Perinanın son dəfə verdiyi bəyanat burada, Azərbaycanda müəyyən müsbət fikirlər də oyatdı. Ancaq müəyyən şübhələr də yaratdı. Bilirəm ki, jurnalistlər bu barədə sizdən soruşublar, sizə suallar veriblər. Bununla bağlı sizin verdiyiniz açıqlamalardan mən razıyam. Onlar obyektiv xarakter daşıyır. Amma orada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin digər münaqişələrdən fərqlənməsi, bunun həllinə digər münaqişələrin həll edilməsi qədər münasibət göstərilməsi barədə fikrin olmaması bizdə bir qədər anlaşılmazlıq yaradıbdır. Mən bu məsələyə toxunmaq istəmirdim. Çünki bu məsələ ilə əlaqədar bizim xarici işlər naziri məktub hazırlayıbdır. Ancaq indi sizinlə söhbət edərkən, bütün bu məsələlər haqqında danışarkən buna toxunmasaydım, elə düşünülə bilərdi ki, guya mənim bu barədə fikrim yoxdur. Mən ona görə bunu sizə deyirəm. Amma istəmirəm bu məsələni biz müzakirə edək. Bu barədə biz öz fikrimizi bildirəcəyik.

 

Amma bir də deyirəm, Azərbaycan Prezidenti olaraq şəxsən mən həm öz xalqıma görə, həm ölkəmə, respublikama görə, həm də ABŞ-Azərbaycan əlaqələrinə görə 2002-ci ili böyük məmnuniyyət hissi ilə yola salıram. Burada sizin bildirdiyiniz fikirlər məndə daha böyük ümid yaradır ki, 2003-cü ildə Amerika Birləşmiş Ştatları-Azərbaycan əlaqələri daha da sürətlə, daha da uğurla inkişaf edəcəkdir.

Səfir ROSS UİLSON söylədiyi fikirlərinə görə dövlətimizin başçısına təşəkkür edərək dedi ki, elə bilirəm, onların əksəriyyəti ilə hər ikimiz razıyıq.

Əlbəttə ki, sizin salamlarınızı həm cənab Pauellə, həm də cənab Armitaca yetirəcəyəm. Bu ilin yanvar ayında mən Amerika Birləşmiş Ştatlarında olarkən, xoşbəxtlikdən, prezident Buşla görüşdüm. Əlbəttə, heç də həmişə belə olmur. Bilmirəm, bu dəfə onu görmək mümkün olacaq, ya yox. Hər halda çalışacağam ki, onu görə bilsəm, Sizin salamlarınızı yetirim, görməsəm də, kiminsə vasitəsilə salamlarınızı ona çatdırım.

HEYDƏR ƏLİYEV: Bu, çox gözəl olar. Təşəkkür edirəm.

X X X

Qəbulda Prezidentin Katibliyinin rəisi Dilarə Seyidzadə, Prezidentin İcra Aparatının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov iştirak edirdilər.

AZƏRTAC

Foto: Oqtay Aydınoğlunundur

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Ermənistanın dostları” şəbəkəsinin əsas məqsədi bölgədə Aİ-nin maraqlarını həyata keçirməkdən ibarətdir - RƏY

Gürcüstan iqlim dəyişikliyi ilə mübarizəyə 3,7 milyard lari xərcləyəcək

“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Nyu-York metrosunda zorakılıq halları artıb

“Muzeydə musiqi” layihəsi: Azərbaycan Milli İncəsənət Muzeyində növbəti konsert

Sorğu: Bayden Trampı 3 faiz fərqlə qabaqlayır

Nizamişünas alimin məqaləsi Türkiyədə çap edilib

Fevralda DSMF tərəfindən 26,6 minə yaxın vətəndaş müraciəti cavablandırılıb

“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir VİDEO

“Neftçi”nin iki futbolçusu “Qəbələ” ilə oyunu buraxacaq

Çin uçuş məsafəsi iki min kilometrdən çox olan zenit raketi hazırlayıb

Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edib

D vitamini uşaqların sümük-əzələ sisteminin sağlamlığında mühüm rol oynayır

“AzInTelecom”un “Hökumət Buludu” layihəsi “WSIS-204” müsabiqəsində iştirak edir

Rusiyada terror aktından zərərçəkənlərə dəstək məqsədilə Müslüm Maqomayevin mahnılarından ibarət albom buraxılıb

Millinin baş məşqçisi: Macarıstan və İsveçrə ilə oyunlar bizim üçün yeni təcrübə olacaq

DTX təhlükəsizliyimizin qarantı, xalqımızın qürur yeridir

“Ulu Öndər və yəhudilər” sənədli filmi İsrail mətbuatında

Türkiyənin vitse-prezidenti: Daxili istehlakın ifrat artımı ölkənin iqtisadi inkişafına zərbə vurur

Şröder: Putinlə şəxsi münasibətlərim Ukraynada sülh prosesinə fayda verə bilər

BŞİH-də müşavirə keçirilib, “Lifttəmir”in direktoruna şiddətli töhmət verilib

Əhalinin tibbi xidmətlərə əlçatanlılığı ilə bağlı sorğunun nəticələri müzakirə olunub

Avropa çempionatı: Azərbaycan minifutbol millisinin mümkün rəqibləri bəlli olub

Qadınlar arasında keçirilən voleybol yarışında ADAU-nun komandası birinci yerə çıxıb

"GreenTech Startap və Yaşıl Texnologiyalar" müsabiqəsinə start verilir

Qazaxıstan Prezidenti: Orta Dəhliz üzrə daşımaların həcmi 10 milyon tona çata bilər

RF XİN: Ermənistan kollektiv Qərbin son dərəcə təhlükəli planlarının alətinə çevrilir

QHT sədri: Azərbaycanın vətəndaş cəmiyyətləri də COP29-un ölkəmizdə yüksək səviyyədə keçirilməsinə töhfə verə biləcəklər

DTX-nin rəisi: Ali Baş Komandanın bizə olan inamını daim doğrultmağa çalışacağımızı qətiyyətlə bəyan edirik

Rostropoviçlərin ev-muzeyində klassik musiqi konserti - “Bir ömrün simfoniyası”

Azərbaycanın basketbol yığmaları Türkiyə klublarına qalib gəliblər

Sabah ölkə ərazisində hava əsasən yağmursuz olacaq

Tarixçi alim: Həmrəy olaraq qarşıya qoyulan bütün hədəflərə mütləq çatacağıq

Bayram günlərində meşə fondu torpaqlarında 100 mindən çox ağac əkilib

Rusiyadan stikerləri Azərbaycan dilində olan məhsulların idxal müddəti uzadılıb

Ombudsman Səbinə Əliyeva Xankəndidə erməniəsilli sakinlərlə görüşüb

Məktəblərdə direktor müavini vəzifəsi ilə bağlı işə qəbul üzrə təkrar müsahibə keçiriləcək

Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülüb VİDEO

Kəmalə Həşimova: Tezliklə Qərbi azərbaycanlıların da hüquqlarının bərpasına nail olacağıq

Davamlı öskürəyin ev şəraitində müalicəsi xəstəliyin ağırlaşmasına səbəb ola bilər

Milli Kitabxana Teymur Elçinin 100 illik yubileyi münasibətilə sərgi hazırlayıb

Azərbaycan millisinin voleybolçusu İndoneziya klubuna keçib

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Technest” təqaüd proqramı üzrə infosessiya keçirilib

ABŞ və Avropa İttifaqı özlərinin gündəliyində olan siyasəti israrla Ermənistana təlqin etməyə çalışır ŞƏRH

“Dövlətin təhlükəsizliyi naminə” - MƏQALƏ

DİM: Dövlət qulluğu üzrə imtahandan müvəffəqiyyətlə keçənlərin sertifikatlarının verilməsinə başlanılıb

Azərbaycan gimnastları Fransada beynəlxalq turnirdə iştirak edəcəklər

Tanışını öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

BMT: 783 milyon insanın aclıqdan əziyyət çəkdiyi bir şəraitdə qida tullantılarının həcmi 20 faizə çatıb

Azərbaycan Premyer Liqası: “Qarabağ” bu tur çempionluğu təmin edə bilər

Qusar Dövlət Ləzgi Dram Teatrı paytaxt tamaşaçıları qarşısında çıxış edib

Muxtar Nağıyev: Azərbaycan xalqı olaraq birlik və həmrəylik sayəsində məqsədlərimizə çatacağıq

Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat aparılır

Qərbin “sığortası” yeni münaqişə ocağı yaradacaq və ya iqtisadi tənəzzüllə bitəcək - ŞƏRH

Elektromobillərin dünya qiymətləri ucuzlaşa bilər

Bayram günlərində Qəbələ Dövlət Tarix-Bədii Qoruğunu ziyarət edənlərin sayı artıb

Seulda avtobus sürücülərinin tətili başlayıb

Salyanda məktəb direktoru işdən çıxarılıb

Yaşar Güler: Terror mövzusu Türkiyə gündəmindən tamamilə silinəcək

Beynəlxalq klub turnirlərində qapısını ən çox toxunulmaz saxlayan qolkiperlər bəlli olub

DİN: Martın 27-də 23,8 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Mərkəzi Bank uçot dərəcəsini endirib

Teatr Xadimləri İttifaqında Beynəlxalq Teatr Günü keçirilib

Süni intellekt Rusiyada meşələrin qanunsuz qırılması hallarını aşkar edəcək

Ali məktəblər arasında ilk dəfə BANM-də Süni intellekt elmi-tədqiqat laboratoriyası fəaliyyətə başlayıb

Mingəçevir Dövlət Universitetində Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan mühazirə keçirilib

Gənc Tamaşaçılar Teatrı aprel repertuarını təqdim edib

“Azərbaycan Teatrı” adlı elektron məlumat bazası yaradılıb

Mədəniyyət naziri Adil Kərimli İmişlidə vətəndaşları qəbul edəcək

Naxçıvanda yolda qaya uçqunu baş verib

Akademik: Azərbaycan cəmiyyətinin sonrakı inkişaf mərhələlərində Elmlər Akademiyası mühüm rol oynayıb

FHN: Ötən sutka ərzində 2-si azyaşlı olmaqla 4 nəfər xilas edilib

TKTA: Yerli akkreditasiyası olmayan ali məktəblərin diplomları tanınmır

® Mərkəzi Gömrük Hospitalında istehsalat təcrübəsi keçən tibb kolleclərinin tələbələri üçün növbəti təlim keçirilib

Ötən gün götürülən silah-sursatın sayı açıqlanıb

Bağçalara müdir vəzifəsinə işə qəbulun test imtahanı mərhələsi keçiriləcək

Hərbi institutun kursantları ilə praktiki məşğələlər keçirilib VİDEO

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Dendrologiya İnstitutu Qazax Milli Universiteti ilə əməkdaşlıq edəcək

Çində Asiya naminə Boao Forumunun illik konfransı keçirilir

DİN: Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb

Daxili İşlər Nazirliyi Lənkərandakı qəza ilə bağlı məlumat yayıb – YENİLƏNİB

Ağır vəziyyətdə müalicə ocağına çatdırılan xəstə həkimlərin qayğısı sayəsində sağalıb

Akademik Milli Dram Teatrı Beynəlxalq Teatr Günündə şəkililərin qonağı olub

FHN: Bakıda döyüş tətbiqinə yararlı əl qumbarası və UZRQM partladıcısı aşkarlanıb VİDEO

Əmək bazarı bülleteni hazırlanıb

Energetika Nazirliyində kollegiya iclası keçirilib

Dünya birjalarında neft bahalaşıb

Bakıda “Towards COP29” şüarı ilə “Dayanıqlı Tikinti Zirvəsi” adlı tədbir keçiriləcək

Azərbaycanın 6 boksçusu Bakıdakı beynəlxalq turnirin finalına vəsiqə qazanıb

Azərbaycan nefti ucuzlaşıb

Dövlətin və xalqın təhlükəsizliyi ilə bağlı 105 il VİDEO

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

27 şəhid ailəsi üzvü Naxçıvandan Şuşaya yola düşüb

Kəlbəcərdə əl qumbaraları aşkarlanıb

Güclü sümüklərə sahib olmağın yolları

Britaniyanın keçmiş baş naziri haqqında sənədli film çəkilib

Niderland qaz çatışmazlığı ilə üzləşə bilər

Paris metrosunda gediş haqqı ikiqat artırılır