RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV ABŞ-IN MƏRKƏZİ KƏŞFİYYAT AGENTLİYİNİN DİREKTORU CORC TENETİ QƏBUL ETMİŞDİR
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Amerika Birləşmiş Ştatlarına səfəri çərçivəsində fevralın 27-də, onun üçün ayrılmış iqamətgahda ABŞ Mərkəzi Kəşfiyyat Agentliyinin direktoru Corc Teneti qəbul etmişdir.
Səmimilik və mehribanlıq şəraitində keçən görüşdə cənab Tenet Azərbaycanın antiterror koalisiyasında iştirakına görə dövlətimizin başçısına təşəkkürünü bildirmişdir.
Sonra hər iki ölkəni maraqlandıran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmış, ABŞ və Azərbaycan hüquq mühafizə orqanlarının sıx əməkdaşlığından məmnunluqla bəhs edilmişdir.
Prezident Heydər Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə aradan qaldırılması üçün ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqların hazırkı mərhələsindən ətraflı söhbət açmışdır.
ABŞ Mərkəzi Kəşfiyyat Agentliyinin direktoru Corc Tenet Azərbaycan sərhədlərinin təhlükəsizliyinin təmin edilməsi sahəsində bundan sonra da birgə səy göstərəcəklərinə ümidvar olduğunu vurğulamışdır.
Əsgər İbrahimov,
Şəfəq Akifqızı
Oqtay Aydınoğlu (foto)
AZƏRTAC-ın xüsusi müxbirləri
Rafiq Bağırov (foto)
Vaşinqton