Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV “AZƏRREYL” QADIN VOLEYBOL KLUBUNUN ÜZVLƏRİ İLƏ GÖRÜŞMÜŞDÜR

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev martın 14-də Prezident sarayında Avropa “Top-komanda” kuboku uğrunda yarışların qalibi olan “Azərreyl” qadın voleybol klubunun üzvləri ilə görüşmüşdür. 

Respublikamızın voleybolçularını səmimiyyətlə salamlayan dövlətimizin başçısı Heydər Əliyev görüşü giriş sözü ilə açdı.

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN GİRİŞ SÖZÜ

- Əziz idmançılar!

Əziz voleybolçular!

Mən sizi, Azərbaycanın qadınlardan ibarət voleybol komandasını, komandanın üzvlərini Avropa kuboku uğrunda mübarizədə əldə etdiyiniz gözəl qələbə münasibətilə təbrik edirəm. Sizin hər birinizə cansağlığı və idman sahəsində yeni-yeni uğurlar arzulayıram.

Sizin son günlər Azərbaycanda Avropa kuboku uğrunda final yarışlarında çıxışlarınız bütün Azərbaycan xalqının, vətəndaşlarının, Azərbaycan ictimaiyyətinin nəzər-diqqətini cəlb etmişdir. Demək olar ki, hamıda böyük maraq doğurmuşdu və hamını bu yarışlara həm idman sarayında, eyni zamanda televiziya vasitəsilə baxmağa məcbur etmişdir. Bu, çox sevindirici haldır və sizin uğurlarınız və nəhayət, finaldakı qələbəniz, hesab edirəm ki, Azərbaycanın idman həyatında, təkcə idman həyatında yox, Azərbaycanın ümumən həyatında, tarixində çox əlamətdar bir hadisədir. Ona görə də siz qısa müddətdə Azərbaycanda böyük hörmət qazanmısınız, populyarlıq qazanmısınız. Həm televiziya ilə görən, həm də oyununuzu izləyən hər bir kəs sizi sevir, sizə çox böyük rəğbət bəsləyir.

Mən bu gün sizi dəvət etmişəm ki, bir daha öz təbrikimi çatdırım və sizə yeni-yeni uğurlar arzulayım. Əvvəlcə, istərdim ki, sizi dinləyim, ondan sonra görüşümüzü davam edək. Buyurun.

X X X

Çıxış üçün ”Azərreyl” komandasının baş məşqçisi Faiq Qarayevə söz verildi.

“AZƏRREYL” KOMANDASININ BAŞ MƏŞQÇİSİ FAİQ QARAYEVİN ÇIXIŞI

- Möhtərəm cənab Prezident!

İcazə verin, ilk növbədə, bizi belə yüksək səviyyədə qəbul etdiyinizə, göstərdiyiniz böyük diqqət və qayğıya görə komandamızın bütün üzvləri adından Sizə dərin minnətdarlığımızı bildirim. Sizə uzun ömür, cansağlığı arzulayıram.

Biz bu görüşdən böyük şərəf hissi duyuruq. Respublikamızda idmanın inkişafına göstərdiyiniz böyük qayğı, diqqət əlaməti olaraq, komandamızla keçirdiyiniz bu görüş bizi yeni nailiyyətlərə ruhlandırır, gələcək yarışlarda daha böyük qələbələr qazanmağa səfərbər edir.

Möhtərəm cənab Prezident! Avropa “Top-komanda” kuboku uğrunda yarışların final mərhələsinin Bakıda keçirilməsi respublika ictimaiyyəti üçün əsl bayrama çevrildi. Bu turnirin paytaxtımızda keçirilməsi barədə Avropa Voleybol Konfederasiyasının qəbul etdiyi qərar Sizin müdrik rəhbərliyiniz altında ölkəmizdə yaranmış ictimai-siyasi sabitliyə əsaslanmışdır. Özümüzü xoşbəxt sayırıq ki, bu kuboku qazanmaqla biz Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyevin, Gənclər, İdman və Turizm Nazirliyinin, Respublika Voleybol Federasiyasının voleybolçu qızlarımıza bəslədikləri dərin inamı doğrultmağa nail olduq və idmansevərlərə böyük sevinc bəxş etdik. Heç şübhəsiz ki, bu qələbənin qazanılması komandamız üçün yaradılmış şəraitin, bizə göstərilən dövlət qayğısının nəticəsidir.

Möhtərəm cənab Prezident!

Voleybolçu qızlarımızın Avropa “Top-komanda” kubokunu qazanması münasibətilə bizi qəbul edərək göstərdiyiniz bu yüksək etimada görə Sizə bir daha dərin minnətdarlığımızı bildiririk. Fürsətdən istifadə edərək, Sizi qarşıdan gələn Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edirik. Sizə bir daha möhkəm cansağlığı, uzun ömür arzulayırıq.

Diqqətinizə görə çox sağ olun.

HEYDƏR ƏLİYEV: Komandanın kapitanı Alla Həsənova, sən yaxşı oynayırdın, indi görək necə çıxış edəcəksən.

ALLA HƏSƏNOVA: Mən oynamağı danışmaqdan daha yaxşı bacarıram.

HEYDƏR ƏLİYEV: İdmançılar həmişə oynamağı daha yaxşı bacarırlar, nəinki danışmağı.

ALLA HƏSƏNOVA: Bizə göstərdiyiniz dəstəyə və diqqətə görə bütün komandanın adından minnətdarlığımı bildirmək istəyirəm. Özü də təkcə bizə yox, bütün xalqımıza. Qiymətli vaxtınızdan “oğurladığımız” dəqiqələrə görə Sizə təşəkkür etmək istəyirəm və zənn edirəm ki, qızlar da mənimlə razılaşarlar.

Biz kubok uğrunda yarışların finalında artıq iştirak etmişik, lakin bu, keçmiş Sovet İttifaqı dövründə olmuşdu. Təəssüf ki, biz o zaman məğlub olduq. İndiki kubok bizim üçün daha qiymətlidir. Çünki, biz indi müstəqil Azərbaycanımızın şərəfini qoruyuruq. Hətta Avropa Konfederasiyasının nümayəndəsi də bildirdi ki, o, bizdə belə güclü komanda olduğunu gözləmirdi. Təbiidir ki, dünyanın idman meydanlarında indən belə bizim ölkəmizlə hesablaşacaqlar.

Sizinlə görüşmək kimi bir şərəfə nail olduğumuza görə hamının adından minnətdarlığımızı bildirmək və dövlətimiz naminə Sizə möhkəm cansağlığı, səadət arzulamaq istəyirəm.

HEYDƏR ƏLİYEV: Çox sağ olun.

HEYDƏR ƏLİYEV: Yenə danışmaq istəyən var, yoxsa topla oynamaq daha yaxşıdır? Mən sizi yaxşı başa düşürəm. Sizin qısa nitqləriniz, hesab edirəm ki, oyunlarınızın nə qədər gözəl olduğunu göstərir.

Mən sizi bir daha təbrik edirəm. Siz Azərbaycan cəmiyyətinə böyük bir hədiyyə qazandırmısınız. Bu da Avropa kubokudur. Ona görə mən sizə bir də təşəkkür edirəm. Ancaq bunun əvəzində sizə hansısa hədiyyə vermək çox çətindir. Çünki sizin etdiyiniz hədiyyə o qədər qiymətlidir ki, bu qiymətdə hədiyyə vermək çətindir. Ancaq buna baxmayaraq, mən də bu münasibətlə sizə yadigar hədiyyələri vermək istəyirəm. Yəni bu gün sizin yadınızda qalsın ki, siz Azərbaycan Prezidenti ilə görüşmüsünüz və Azərbaycan Prezidentinin, kiçik də olsa, hədiyyəsini almısınız.

X X X

Prezident Heydər Əliyev “Azərreyl”in baş məşqçisi Faiq Qarayevə və komandanın üzvlərinə xatirə hədiyyələri təqdim etdi.

Voleybolçular idmançılara göstərdiyi diqqət və qayğıya, onları şərəfləndirdiyinə və zəhmətlərinə verdiyi böyük qiymətə görə respublikamızın rəhbərinə dərin minnətdarlıqlarını bildirdilər.

X X X

Azərbaycan Prezidenti Heydər Əliyev görüşdə yekun nitqi söylədi. (Dövlətimizin başçısının yekun nitqi qəzetin bugünkü nömrəsinin birinci səhifəsində dərc olunur).

Sonra “Azərreyl”in kapitanı Alla Həsənova Prezident Heydər Əliyevə komandanın adından xatirə olaraq voleybol topu hədiyyə etdi.

Dövlətimizin başçısı Heydər Əliyev hədiyyəyə görə təşəkkürünü bildirdi və komandanın üzvləri ilə xatirə şəkli çəkdirdi.

X X X

Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev, Gənclər, İdman və Turizm naziri Əbülfəz Qarayev, Prezidentin Katibliyinin rəisi Dilarə Seyidzadə, Prezidentin İcra Aparatının humanitar siyasət şöbəsinin müdiri Fatma Abdullazadə, Azərbaycan Voleybol Federasiyasının prezidenti Ziya Məmmədov görüşdə iştirak edirdilər.

AZƏRTAC

Foto Oqtay Aydınoğlunundur

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da Beynəlxalq Yer Günü münasibətilə çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazax, Ağstafa və Tovuz sakinlərinin uşaq hüquqları ilə bağlı müraciətlərinə baxılıb

Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin danışıqlar müddətində hərbi əməliyyatlara ara verməyəcək

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Sergey Lavrov: Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası NATO-nun missiyasına çevrilir

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Professor Kamran İmanov beynəlxalq konfransda çıxış edib

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Türkiyə Prezidenti gündəmdəki məsələlərlə bağlı açıqlama verib

Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb

Təsisçi Bakı Fransız Liseyi Təhsil Kompleksinin ləğv olunmasının səbəbini açıqlayıb

DİM sədri: Qəbul imtahanlarında tətbiq olunacaq yeniliklər azı iki il əvvəl elan edilir

Əməyin təhlükəsizliyi və gigiyenası sahəsində Türkiyə ilə təcrübə mübadiləsi aparılır

Keşlədə kustar üsullarla kütləvi saxta məhsullar hazırlayan sex aşkar edilib

Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir

Arzu Babayeva: Ağgöl Milli Parkında ceyran populyasiyası müsbət dinamika ilə inkişaf edir

Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın qaldırdığı etirazlarla bağlı ictimai dinləmələr başa çatıb

Laləli çəmənlik görmək istəyənlər, Ağgöl Milli Parkına tələsin

ETX-nin məktəblərdə kibertəhlükəsizlik mövzusunda maarifləndirilmə layihəsi davam edir

“AzInTelecom” BMT-nin Qlobal Sazişinə qoşulub

Paytaxtda saxta alkoqollu içkilərin satışa çıxarılmasının qarşısı alınıb

Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır

Azərbaycan ilə Türkiyə muzeyləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

NASA ən maraqlı kosmik missiyanı təsdiqləyib

“Qəbələ” israilli futbolçu ilə vidalaşıb

Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar...

Daha iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib

PFL-in prezidenti: Qəzadan sonra 9 dəfə əməliyyat olundum - MÜSAHİBƏ

BMU tələbələri ev heyvanlarının məsafədən qidalanmasına imkan verən cihaz hazırlayıblar

Azərbaycanın Rumıniya ilə hazırladığı layihə NATO tərəfindən təsdiqlənib

Azərbaycanın Baş prokuroru Beynəlxalq Prokurorlar Assosiasiyasının vitse-prezidenti seçilib

BŞTİ: Bakı Fransız Liseyində təhsil alan uşaqların dövlət təhsil müəssisələrinə köçürülməsi təmin edilə bilər

Bakı hava limanı yenidən “Skytrax” mükafatına layiq görülüb

Ukraynada pilotsuz təyyarələr istehsal edən yeni zavod açılıb

Ali Məhkəmə: İnzibati orqan öz praktikasını inzibati məhkəmə qərarlarının məzmununa uyğunlaşdırmağa borcludur

Azərbaycanın xarici işlər naziri Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə edib

MOK-da Baham adaları Olimpiya Komitəsinin vitse-prezidenti ilə görüş olub

Mina təhlükəsi ilə bağlı təlimlərdə 1500-dən çox keçmiş məcburi köçkün iştirak edib

Nazir: Türkiyə mülki aviasiya sahəsində sürətlə inkişaf edən ölkələr sırasındadır

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yenilənmiş saytı istifadəyə verilib

Azərbaycan atıcıları lisenziya turnirində iştirak edəcəklər

IRENA Assambleyasının 14-cü sessiyasında Afrikada bərpa olunan enerji mənbələrinin tətbiqi müzakirə olunub

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaqatalada vətəndaşlarla görüşüb

Türkiyə XİN regiondakı son hadisələrlə bağlı bəyanat yayıb

® “Azercell” Böhran İdarəetmə Qrupu layihəsini elan edir

Nigeriya ordusu bir həftədə 192 terrorçunu məhv edib

“Aztelekom” tərəfindən Oğuz rayonunun 97 faizi yüksəksürətli internetlə əhatə olunub VİDEO

Latviyada yeni xarici işlər naziri təyin edilib

Azərbaycan və Britaniya yaşıl enerjiyə keçidi reallaşdıracaq kadrları birgə hazırlayacaq

Türkmənistan nəqliyyat marşrutları layihələrində daha fəal iştirak edəcək

® “Rabitəbank” müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!

BDU tələbələri arasında “Ekologiya hüququ” mövzusunda məqalə müsabiqəsi elan edilir

Füzulidə keçirilən tibbi aksiyanın ilk günündə 100-dən çox sakin oftalmoloji müayinə olunub VİDEO

Məktəblilər uşaq yazıçısı Vüqar Haqverdiyevlə görüşüblər

Azərbaycan Rusiyadan ən çox taxta-şalban idxal edən 10 ölkə arasındadır

Bərdə, Ağcabədi, Ağdam və Tərtər rayonlarında dövlət qulluqçuları üçün təlimlər keçirilib

Qazaxıstan üç ayda 33 mindən çox avtomobil istehsal edib

Britaniyalı lord Azərbaycan-Britaniya əlaqələrindən danışıb

Xəzər dənizində tikinti məqsədləri üçün süni torpaq sahələri yaradılacaq

Ədliyyə işçilərinə və ailə üzvlərinə mənzil kirayəsi ilə bağlı pul kompensasiyası ödəniləcək

Hesablama Palatasının builki hesabatında Dayanıqlı İnkişaf Məqsədləri prioritet olub RƏY

Aİ Rusiyaya qarşı 14-cü sanksiyalar paketi üzərində işləyir

FHN: Sumqayıtda qanunsuz tikili sökülüb VİDEO

Türkiyə gələn il Somalidə neft kəşfiyyatına başlamağı planlaşdırır

“Netflix” bu il daha 9,3 milyon abunəçi qazanıb

“Ağ-qaralar”ın idman direktoru: Klubu sevən azarkeş hər zaman stadionda olmalıdır

Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb

İsveçli funksioner: Transfer işləri ilə skaut komandası maraqlansa da, son qərarı mən verirəm

Xocavənd rayonunda fermada xeyli sayda partlayıcı maddə aşkarlanıb

Tarix Muzeyində tədbir: Molla Nəsrəddin güldürür və düşündürür

Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinə yeni hüquq verilir

İnzibati xəta haqqında iş üzrə icraat zamanı foto və ya video çəkilişin mediaya təqdim edilməsi inzibati məsuliyyətə səbəb olacaq

Yen Andersson: Növbəti mövsümün əvvəlində "Neftçi" yeni bazasından istifadə edə biləcək

Ölkə ərazisində havanın temperaturu 30 dərəcəyə yüksələcək

Azərbaycan Təhsil Cəmiyyətinin İdarə Heyəti yeni tərkibdə təsdiqlənib

Qərbi Azərbaycanda milli maarifçilik tariximiz – Araşdırma

“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dən çıxarıb