Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV BAKIDA KEÇİRİLƏN “AZƏRBAYCANIN MİLLİ MƏDƏNİ VƏ TƏBİİ İRSİNİN QORUNUB SAXLANILMASI – MİLLİ PARKLAR PROQRAMI” BEYNƏLXALQ KONFRANSININ İŞTİRAKÇILARINI QƏBUL ETMİŞDİR

Mayın 2-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Prezident sarayında Bakıda keçirilən “Azərbaycanın milli mədəni və təbii irsinin qorunub saxlanılması – Milli parklar proqramı” beynəlxalq konfransının iştirakçılarını qəbul etmişdir. 

Dövlətimizin başçısı HEYDƏR ƏLİYEV qonaqları səmimiyyətlə salamladı və Bakıda keçirilən beynəlxalq konfransın Azərbaycanın milli və təbii irsinin qorunub saxlanılmasına, milli parklara həsr olunmasını yüksək qiymətləndirərək dedi ki, mən konfransa təbrik məktubu göndərmişəm, ancaq istəyinizi nəzərə alaraq bu gün sizinlə görüşürəm. Almaniyanın təbiətin mühafizəsinə böyük əhəmiyyət verdiyi məlumdur. Bilirəm ki, almanlar ölkənizdə təbiətin mühafizəsi ilə çox ciddi məşğul olur, xalq da bunu çox yüksək qiymətləndirir. Təsadüfi deyil ki, təbiəti mühafizə partiyası – “Yaşıllar” partiyası parlamentə seçkilərinizdə öncül yerdə olub və indi Almaniyanın aparıcı partiyası olan Sosial Demokrat Partiyası ilə birlikdə koalisiya hökuməti yaradıbdır. Vitse-kansler cənab Yoşka Fişeri yaxşı tanıyıram. O, Azərbaycanda olubdur, mən onunla görüşmüşəm, söhbət aparmışıq. Güman edirəm, Almaniyada təbiətin mühafizəsinə böyük fikir verildiyinə görədir ki, bu beynəlxalq konfransda da Almaniyanın nümayəndələri çoxluq təşkil edirlər. Mən çox məmnunam ki, belə böyük sayda, çox hörmətli alimlər, təbiətşünaslar Azərbaycana gəliblər və burada keçirilən konfransda iştirak edirlər.

Mən buna görə sizə təşəkkür edirəm. Ümidvaram ki, burada keçirdiyiniz günlər, sizdə Azərbaycan haqqında xoş təəssüratlar yaradacaq, təbiətin mühafizəsi sahəsində bizə yardım edəcək və Almaniya-Azərbaycan dostluğunu, əməkdaşlığını möhkəmləndirəcəkdir.

Səmimi qəbul üçün nümayəndə heyəti adından Azərbaycan Prezidentinə minnətdarlıq edən Almaniyanın Mixail Zukkov adına Təbiəti Mühafizə Fondu şurasının sədri MİXAİL ZUKKOV dedi ki, bu, dünya ekoloqlarının zəhmətinə Sizin verdiyiniz ən yüksək qiymətdir. 30 il öncə mən sizin ölkənizdə olmuşam və çox böyük təəssüratlarım var. İki ildir ki, biz bu fondu yaratmışıq və onun vasitəsilə ölkənizlə əlaqə saxlayırıq. Azərbaycan haqqında təsəvvürüm bu iki ildə daha da artıbdır. Fəxrlə deyə bilərəm ki, sizin ölkə vəhşi heyvanların və bitkilərin növlərinə görə bütün Avropada birinci yerdə dayanır. Təkcə qartalın 9 növü var. Amma Almaniyada, təəssüflər olsun ki, bircə növünü tanıyırıq.

Ötən ilin qışında biz Azərbaycanda Ağ göl ətrafında quşların qışlamasının şahidi olduq. Belə qənaətə gəldik ki, dünya quşlarının üçdə iki hissəsi Ağ göl ətrafında öz qışlama yerini tapıbdır. Cənab Prezident, ona görə də mən sizin ölkədə qışlayan quşlar barəsindəki bu hesabatı, məlumatı sizə təqdim edirəm.

Cənab Zukkov bildirdi ki, fond Milli park proqramının həyata keçirilməsində Gürcüstana öz yardımını göstərib, indi isə Azərbaycana mümkün olan yardımı edəcəkdir.

Daha sonra Mixail Zukkov respublikamızın rəhbərinə müraciətlə dedi: cənab Prezident, mən Sizə iki kitab təqdim etmək istəyirəm. Bunların biri Avrasiyada təbiətin mühafizəsinə həsr olunmuş kitabdır. Həmin kitabda keçirilən konfranslar öz əksini tapmışdır. İkincisi isə mənim Sizə şəxsi hədiyyəmdir. Mən hələ ADR-də təbiəti mühafizə nazirinin müavini işləmişəm və Milli park proqramını işləyib hazırlayanlardan biriyəm ki, bu da Almaniyanın birləşməsindən sonra bütün ölkəmizə şamil edildi. Bu kitabda təbiəti mühafizə sahəsində görülən işlər barədə məlumat və bununla bağlı sənədlər verilmişdir.

Ən nəhayət, Sizə sadə bir hədiyyəni təqdim etmək istəyirəm. Bu, Azərbaycan dilində tərtib olunmuşdur və cənab Bağırovla görəcəyimiz işin proqramıdır. Bu, bizim gələcəkdə birgə fəaliyyətimizin proqramı hesab edilə bilər.

Prezident HEYDƏR ƏLİYEV hədiyyələrə görə təşəkkür edərək dedi ki, ola bilər, bizim mütəxəssislər bilirlər, amma mən heç bilmirdim ki, siz Azərbaycanın təbiətini və xüsusən quşlarını bu qədər yaxşı tanıyırsiniz. Almaniyada Azərbaycanın təbiətinə və xüsusən quşlarına göstərilən belə diqqət, - bu təkcə diqqət deyildir, eyni zamanda qayğı, - məni çox sevindirir.

Dövlətimizin başçısı vurğuladı ki, ekologiya indi bəşəriyyət üçün ən əsas məsələlərdən biridir. İnsanlar hələ bunun əhəmiyyətini, demək olar ki, tam başa düşə bilməyiblər. Hərə öz işini görmək üçün, məqsədinə nail olmaq üçün istər-istəməz təbiətə, ətraf mühitə böyük ziyan vurur. Biz çox böyük səlahiyyətlərə malik olan ekologiya və təbii sərvətlər nazirliyi yaratmışıq. Bundan da məqsədimiz bütün bu sahəyə aid olan məsələlərin hamısını bir əldə toplamaq və bu işlərlə daha ciddi məşğul olmaqdan ibarətdir. Güman edirəm, belə bir nazirliyin yaranmasının nəticəsidir ki, Azərbaycanda indi belə konfranslar keçirılir. Ancaq bir şeyi bilməlisiniz ki, nə üçün Azərbaycanda bu qədər quş var. Çünki biz onların qırılmasının qarşısını alırıq, çox ciddi tədbirlər görürük. Azərbaycanda təbiətin mühafizəsi mənim üçün ən əsas vəzifələrdən biridir. Sizə bir daha təşəkkür edirəm ki, bu məsələlərlə məşğul olaraq Azərbaycana belə böyük diqqət yetirirsiniz.

Almaniyanın ətraf mühit, təbiəti mühafizə və nüvə təhlükəsizliyi məsələləri nazirinin müavini xanım Hila Altman da görüş üçün yaradılan imkana görə minnətdarlığını bildirdi və dövlətimizin başçısına Almaniya hökumətinin və təmsil etdiyi nazirliyin rəhbərliyinin salamlarını çatdırdı. Xanım Altman konfransda iştirakından və Azərbaycan kimi gözəl ölkə ilə, onun insanları, mədəniyyəti ilə tanış olmaq imkanı əldə etməsindən, Azərbaycan xalqının qonaqpərvərliyindən məmnun qaldığını vurğulayaraq dedi ki, nazir Hüseynqulu Bağırovun şəxsində özümə yaxşı həmkar tapmışam və ümid edirəm ki, birgə əməkdaşlığımız sayəsində gələcək nəsil üçün çox vacib bir irs qoyub gedəcəyik. Sonra qonaq Azərbaycan rəhbərinə jurnal hədiyyə etdi.

Azərbaycan Prezidenti Heydər Əliyev görüşün sonunda qonaqlarla xatirə şəkli çəkdirdi.

Qəbulda ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bagırov, Prezidentin Katibliyinin rəisi Dilarə Seyidzadə, Prezidentin İcra Aparatının şöbə müdiri Fatma Abdullazadə, Almaniyanın Azərbaycandakı səfiri Klaus Qverlix iştirak edirdilər.

AZƏRTAC

Foto Oqtay Aydınoğlunundur

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Alman filosofu İmmanuel Kantın 300 illiyinə həsr olunmuş ümuminstitut seminarı keçirilib

Ceyhun Bayramov Çexiyanın “CEVRO” İnstitutunda ölkəmizin xarici siyasət prioritetlərindən danışıb

Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb

Peşə təhsil müəssisələrinin məzun və tələbələri "Casa Culinary Cup 2024" yarışmasında qalib olublar

Qazaxıstanlı doktorantlar Neft və Qaz İnstitutunda təcrübə keçiblər

Prezident İlham Əliyevin Norveç Baş nazirinə ünvanladığı COP29-a dəvət məktubu səfirə təqdim edilib

Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb

Qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanan Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan ilə Qırğızıstan arasında mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün münbit zəmin mövcuddur

Tədqiqat bəzi meşələrin iqlim dəyişikliyinə müqavimətdə mühüm rolunu üzə çıxarıb

BDU-nun tələbə və əməkdaşları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar

“Hibrid enerji sistemləri və onların gələcək perspektivləri” - elmi seminar

ABŞ Konqresi üzvlərindən ibarət nümayəndə heyəti ölkəmizdə mövcud mina problemi barədə məlumatlandırılıb

AzTU-da Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin IV dalğası barədə infosessiya keçirilib

Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük

® “PAŞA Holding” üçün taksi biznesində növbəti mərhələ

Qarbi Abdelbaset: QH çərçivəsində əlaqələr Əlcəzair-Azərbaycan münasibətlərin inkişafına imkan yaradıb

“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub

Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətlər qura bilmişik

Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edib

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB VİDEO

“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır

Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub

Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək

Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?

Nərimanov rayonunda məktəblilərə narkotiklərin zərərli təsiri barədə məlumat verilib

Beynəlxalq ekspert: Azərbaycanın yaşıl enerji keçidində liderliyi beynəlxalq əməkdaşlıq üçün strateji imkandır – MÜSAHİBƏ

Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO

Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar

® Balaxanı Əməliyyat Şirkəti ərazilərində ağacəkmə işləri həyata keçirilir

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilib - YENİLƏNİB-2 VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Əlcəzair parlamentarisi: Azərbaycanla əməkdaşlıq üçün geniş imkanlar mövcuddur

Şəkidə ağacəkmə aksiyası keçirilib

Azərbaycan Prezidenti: Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur

BAM-ın ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləri ŞƏRH

Azərbaycan Prezidenti: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik

Ədəbiyyat İnstitutunda Abdulla Şaiqin “Türk çələngi” kitabı təqdim edilib

Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib

Prezident: Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir

Debora Zakuto: Fikrimcə Aida Mahmudovanın əsərlərindəki rəng ahəngi təbiətin onun həyatındakı rolunu göstərir

AzMİU-da “İnformasiya texnologiyaları və onların tətbiqi” adlı II beynəlxalq konfrans keçirilib

Fırat Arapoğlu: Aida Mahmudovanın ən böyük uğurlarından biri də bəşəri ziddiyyətləri əsərlərində təsvir edə bilməsidir

Küveyt Dövləti Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayır

Bakıda Türkiyənin Milli suverenlik və uşaq bayramı münasibətilə tədbir təşkil olunub

Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır

İdman zalının kassasını talayaraq 12 min manat məbləğində pul oğurlayan mühafizəçi saxlanılıb

Azərbaycan Prezidenti: Hazırda neft və qaz ümumi daxili məhsulumuzun yarıdan az hissəsini təşkil edir

Azərbaycanın aparıcı musiqiçiləri Peterburq filarmoniyasında çıxış edəcəklər

Cari ilin birinci rübündə dövlət əmlakının icarəyə verilməsindən büdcəyə daxilolmalar artıb

Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb

BDU-nun şahmat komandasının uğuru

Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar

Yeni inşa olunmuş yaşayış binası xidməti istifadəyə verilib

Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb

Xalq yazıçısı Anar məktəblilərlə görüşündə mütaliənin əhəmiyyətindən danışıb

MEDİA-da Özbəkistan Jurnalistlər İttifaqının nümayəndə heyəti ilə görüş olub

Latviya məktəblərində rus dilinin tədrisi dayandırılacaq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 620 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sığorta ödənişinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Küçə mühitindəki uşaqlarla bağlı layihəyə cəlb olunmuş sosial işçilər üçün təlimlər keçirilib

“Cinayət prosesini həyata keçirən orqana çağırış vərəqələrinin formaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Cinayət mühakimə icraatında prosessual sənədin verilməsi barədə qəbzlərin formaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Coğrafiyaçı alimlər məktəblilərlə görüşüb

Alimlər məktəblilərə narkomaniyanın fəsadlarından danışıblar

Türkiyə Prezidenti müxtəlif ölkələrdən Ankaraya gələn uşaqlarla görüşüb

Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik

® “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə edib

Azərbaycan Prezidenti: Neft və qaz gəlirləri işsizlik və yoxsulluq məsələlərinin həlli üçün istifadə edilib

Füzuliyə köçənlərə ödənişsiz danışıq sim-kartları hədiyyə edilib

Azərbaycan taekvondoçusu: Ümid edirəm ki, Paris Olimpiadasında medallarımızın sayı Tokiodakından çox olacaq

Bakının daha bir prospektində velosiped yolu salınır

Azərbaycan Prezidenti: Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir

BMU-da IELTS imtahanına təşviqlə bağlı üçtərəfli müqavilə imzalanıb

Birinci rübdə neft-qaz sektoru üzrə dövlət büdcəsinə daxilolmalar proqnozu 5 faiz ötüb

Britaniya Ukraynaya ən böyük hərbi yardım paketini elan edəcək

Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirik

Pakistan iqtisadiyyatında artım müşahidə olunur

Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsi 44 faiz çoxalıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin xidmətinin media üçün məlumatı

Prezident İlham Əliyev: Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq

Bu il Prezidentin Ehtiyat Fondundan ayrılmış vəsaitin xərcləndiyi istiqamətlər açıqlanıb

BEA: Bu il elektromobil satışları 20 faizdən çox artacaq

Ağdamda əmək yarmarkası təşkil olunacaq

Rusiya Baş Prokurorluğu ölkədə təxribat və terror aktları riskinin artmasını xəbər verib

Dünyanın qəbul etdiyi Azərbaycan həqiqəti ŞƏRH

QSC əmək hüquqlarının pozulmasına görə 20 min manat cərimələnib

Prezident: COP29-dan əvvəl Azərbaycan ilə Ermənistan arasında ən azı baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür

Çexiyada V4 ölkələri baş qərargah rəislərinin görüşü keçirilir

Azərbaycanlı skripkaçı Canel Nəcəfli Barselonada keçirilən müsabiqədə Fəxri diploma layiq görülüb

Prezident İlham Əliyev: Ermənistan Naxçıvan Muxtar Respublikası ilə yol əlaqəsini qurmaq imkanını bloklayır

Qırğızıstanın iki vilayətində daşqınla əlaqədar fövqəladə vəziyyət elan edilib

Sumqayıt rəssamları Şuşaya səfər ediblər

Azərbaycan və Çexiya arasında COP29 çərçivəsində əməkdaşlıq imkanları müzakirə edilib

Prezident İlham Əliyev: Çinlə əməkdaşlıq həm siyasi, həm iqtisadi, həm də daşımalar sahəsində genişlənir

İstanbulun “Vision Art Platform”u Aida Mahmudovanın “Bir arzu gerçəkləşir” adlı yeni fərdi sərgisinə ev sahibliyi edir

Azərbaycan Prezidenti: Dünya bundan sonra uzun illər ərzində hasil edilən enerji mənbələrinə ehtiyac duyacaq

MEK Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə virtual sərgi hazırlayıb

Xətai rayonunda un məmulatlarının istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb

Prezident İlham Əliyev: COP29-a sədrliyimizə ən təxirəsalınmaz məsələlərin həllinə qlobal aləmdə töhfə vermək fürsəti kimi də baxırıq

Fərid Cəfərov: Azərbaycanın son illərdə dünyada mədəniyyətlərarası dialoqun məkanı kimi tanıdılmasının şahidi oluruq VİDEO