Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV KLİVLENDDƏN XALQIMIZA MÜRACİƏT ETMİŞDİR

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Nyu-Yorkda Dünya İqtisadi Forumunda iştirak etdikdən sonra bu ölkənin Klivlend şəhərindəki klinikada tibbi müayinədən keçmişdir. Həkimlərin məsləhəti ilə fevralın 14-də dövlətimizin başçısının üzərində cərrahiyyə əməliyyatı aparılmışdır. Hazırda klinikada müalicəsini uğurla davam etdirən Prezident Heydər Əliyev Azərbaycan televiziyası vasitəsilə xalqımıza müraciət etmişdir. 

Respublika televiziyasının çəkiliş qrupunun Klivlenddən peyk vasitəsilə Bakıya ötürdüyü və fevralın 18-də yayımlanmış həmin müraciətin mətnini oxuculara təqdim edirik.

PREZİDENT HEYDƏR ƏLİYEVİN AZƏRBAYCAN XALQINA MÜRACİƏTİ

- Əziz həmvətənlər, Azərbaycan Respublikasının vətəndaşları!

Sizə uzaqlardan, Amerika Birləşmiş Ştatlarının Klivlend şəhərindən salamlarımı yetirir, hörmət-ehtiramımı, sevgi-məhəbbətimi bildirirəm.

Siz artıq bilirsiniz ki, Nyu-Yorkda Davos forumunun işi qurtarandan sonra mən Klivlend şəhərinə gəlib burada tibbi müayinədən keçirdim. Bundan sonra, fevral ayının 14-də prostat vəzində cərrahiyyə əməliyyatı keçirmişəm. İndi müalicə olunuram, reabilitasiya dövrüdür. Güman edirəm ki, bir neçə gündən sonra bu da başa çatacaq və mən Vətənə dönəcəyəm.

Bütün bu günlərdə mən daim ölkəmizlə, respublikamızla, vətənimizlə əlaqədə olmuşam. Mənə hər gün məlumatlar gəlir, məsələlər haqqında təkliflər, fikirlər söylənilir və mən bunlarla əlaqədar qərarlar qəbul edir, lazımi göstərişlər verirəm. Mən Milli Məclisin sədri Murtuz Ələsgərovla, baş nazir Artur Rasizadə ilə, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyevlə, nazirlərlə - Səfər Əbiyevlə, Namiq Abbasovla, Ramil Usubovla, habelə Baş prokuror Zakir Qaralovla, başqa nazirlərlə və vəzifəli şəxslərlə daim əlaqədəyəm. Onların verdikləri məlumatlar və mənim onlara göstərişlərim bu günlərdə Azərbaycanda bütün dövlət işlərinin normal şəraitdə getməsini təmin etmişdir. Mən çox məmnunam ki, ölkəmizdə həyat öz axarında gedir, sabitlik, əmin-amanlıq, rahatlıq hökm sürür, insanlar öz işləri ilə məşğuldurlar və Azərbaycanda 2002-ci ilin ikinci ayı, demək olar, uğurla keçir. İqtisadiyyatımız inkişaf edir, lazımi tədbirlər də görülür. Baş nazir Artur Rasizadənin mənə verdiyi məlumata görə, bu günlərdə Beynəlxalq Valyuta Fondu ilə, Dünya Bankı ilə birlikdə lazımi tədbirlər görülmüşdür. Güman edirəm ki, bunların nəticəsində Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının Azərbaycanla əlaqələri 2002-ci ildə də əvvəlki səviyyədə olacaqdır.

Bilirəm ki, ölkədə əhalinin elektrik enerjisi ilə təmin olunması lazımi səviyyədədir. Rusiyadan qaz alırıq və Azərbaycanın özünün hasil etdiyi qazla birlikdə ölkənin mümkün olan bölgələrini qazla təchiz edirik. Ümumiyyətlə, qış dövründə ölkəmizin elektrik enerjisi və qazla təminatı, hesab edirəm ki, yaxşı səviyyədədir.

Təbiidir, bəzi qəzalar, gözlənilməz hallar olur. Amma onların da qarşısı alınır.

Hər halda, mən bütün bu məsələlər barədə daim məlumat alıram, göstərişlər verirəm. Ölkə idarə olunur, vətəndaşlarımız öz işləri ilə məşğuldur və respublikamız 2002-ci ilin inkişafını yaşayır. Mən bundan çox məmnunam. Bunlar onu göstərir ki, artıq dövlətimizin, hökumətimizin, bütün hakimiyyət orqanlarının, icra orqanlarının fəaliyyəti elə qurulmuşdur ki, biz işləri yüksək səviyyədə aparmağa qadirik. Güman edirəm ki, gələn aylarda daha çox işlər görə biləcəyik. İndi artıq yaza hazırlıq dövrü başlanmışdır, bu işlərlə də məşğul olurlar, lazımi tədbirlər görülür və görüləcəkdir.

Bir də qeyd edirəm ki, mən bu günlərdə müalicəmi qurtarıb Vətənə dönəcəyəm. Bilirəm ki, siz müəyyən qədər narahatsınız. Amma narahat olmağa heç bir əsas yoxdur. Təbii ki, mən burada darıxıram, sizsiz darıxıram, ölkədə olmadığıma görə darıxıram. Amma eyni zamanda, daim ölkə ilə əlaqəmin olması mənə həmişə rahatlıq verir. Siz də tamamilə rahat ola bilərsiniz, heç bir narahatçılığa əsas yoxdur. Mənim bugünkü səhhətim əvvəlki dövrlərdən daha da yaxşıdır və bir neçə gündən sonra biz sizinlə görüşəcəyik.

Mən sizi bir daha salamlayıram və xoş arzularımı bildirirəm. Sağ olun.

X X X

Cərrahiyyə əməliyyatından sonra müalicəsi uğurla davam edən Azərbaycan respublikasının Prezidenti Heydər Əliyev Klivlend xəstəxana kompleksində tez-tez gəzintiyə çıxır. Bu klinika dünyanın ən məşhur səhiyyə ocaqlarından biridir. Burada çalışan dünya şöhrətli tibb mütəxəssisləri nadir cərrahiyyə əməliyyatlarını uğurla aparırlar. Ən müasir tibb avadanlığı ilə təchiz olunmuş bu kompleksdə göstərilən yüksək səviyyəli tibbi xidmət, buradakı göz oxşayan səliqə-səhman diqqəti xüsusilə cəlb edir.

Yurdumuzun böyük oğlu, görkəmli dövlət xadimi Heydər Əliyev harada olursa-olsun, daim öz vətənini, canından artıq sevdiyi Azərbaycan xalqını düşünür. Elə bir gün olmur ki, o, Azərbaycanla əlaqə saxlamasın, respublikamızın problemləri ilə bağlı müvafiq göstərişlər verməsin. Klivlend xəstəxana kompleksinin işıqlı dəhlizləri sadə və müasir dizaynı ilə seçilir. Gəzinti zamanı Prezident Heydər Əliyev Azərbaycanda aparılan səhiyyə islahatının tezliklə uğurla başa çatacağına və ölkəmizdə də belə müasir tibb ocaqlarının sayının artacağına tam əminliyini vurğuladı.

Klinikada müalicə və müayinə işi yüksək səviyyədə təşkil olunmuş, xəstələrin istirahəti üçün əlverişli şərait yaradılmışdır.

Xəstəxana kompleksinin dəhlizlərində divarlardan asılmış müxtəlif boyakarlıq əsərləri mövzu və janr baxımından xoş təsir bağışlayır. Prezident Heydər Əliyev gəzinti zamanı bu əsərləri maraqla seyr etdi.

Buradakı tətbiqi sənət nümunələri də zövqlə, böyük sənətkarlıqla yaradılmışdır. Bu incəsənət əsərləri ilə tanışlıq insanda xoş ovqat, yaxşı əhval-ruhiyyə oyadır.

Azərbaycan Prezidenti Heydər Əliyev arabir pəncərəyə yaxınlaşıb şəhərə də tamaşa edir. Qışın sərt havasına baxmayaraq, Klivlend qaynar bir həyat yaşayır, şəhər sakinləri gündəlik qayğıları və problemlərinin həlli dalınca tələsir.

Bu mənzərə dövlətimizin başçısının vətən və yurd sevgisini daha da alovlandırır. O, tezliklə Vətənə qayıdaraq doğma xalqına qovuşmaq, bütün həyatı boyu olduğu kimi, bundan sonra da ona sədaqətlə xidmət etmək arzusundadır. Onun qəlbi vətənimiz və xalqımızla bağlı xeyirxah və ülvi arzularla doludur. Qoy tale bu nəcib arzuları həyata keçirməkdə möhtərəm Prezidentimizə yar olsun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Avropa Liqasında bütün yarımfinalçılar bəlli olub

Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib

Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-də BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib  YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib

Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib

Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir

AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər

İranlı narkotacirin Azərbaycandakı narkokuryerində 12 kiloqram marixuana aşkarlanıb

Aprel döyüşlərinin son şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb

ADPU-da türk professorun məruzəsi dinlənilib

COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib

Naxçıvanda akademik Rəhim Rəhimovun 100 illik yubileyi qeyd edilib

Hacıqabulda qatarın vurduğu qadın ölüb YENİLƏNİB VİDEO

Respublika Pediatriya Mərkəzi yaradılıb

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim olunub

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib

“Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” - UNEC-də beynəlxalq konfrans keçirilir

Yeni kaledoniyalı parlamentari: COP29-un dünyada iqlim dəyişiklikləri istiqamətində mövcud problemlərin həllinə töhfə verəcəyinə inanıram VİDEO

“Şəxsi arxivlərin kataloqlaşdırılması və təsvir prinsipləri” - mühazirə

“Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib

“Ədibin Evi”ndə “Nizami Gəncəvinin söz kainatı” mövzusu müzakirə olunub

Kaledoniyalı tarixçi: Fransanın assimilyasiya siyasəti aparmasına imkan verməyəcəyik

Tarixi abidələrimiz keçmişimizdən gələcəyə bir körpüdür

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Rəşad Nəbiyev Ağdaşda şəhid ailəsini ziyarət edib

Paytaxtda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb

Kaledoniyalı senator: İnanırıq ki, Azərbaycanla imzaladığımız memorandum sayəsində Fransa öz siyasətindən çəkinəcək VİDEO

Kənd təsərrüfatı naziri: Türkiyə ilə aqrar sahədə əməkdaşlıq Qarabağ və Şərqi Zəngəzur üçün də vacibdir

Omayra Naiselin: Müstəqillik uğrunda müxtəlif istiqamətlərdə mübarizə aparırıq VİDEO

Aqrar sahədə Türkiyə və Azərbaycan əməkdaşlığının perspektiv istiqamətləri müəyyən edilib

Kişi voleybolçuların Yüksək Liqasında ikinci finalçı bəlli olub

Kaledoniyalı parlamentari: Azərbaycan bizim üçün həqiqi bir nümunədir

Aİ ölkələri arasında Rusiyadan ən çox qaz alan dövlət Fransadır

Qaraciyər xəstəliklərinin müalicəsinə kömək edə bilən muncuqlar hazırlanıb

Lənkəranda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib

Sahibə Qafarova: Fransa tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqaz regionunda da davam etdirmək niyyətindədir

Bloomberg: Rusiya sanksiyalardan yayınmaq üçün nəqliyyat dəhlizlərinin modernləşməsinə 25 milyard dollar sərmayə yatırmağa hazırlaşır

BDU aliminin yeni monoqrafiyası nəşr olunub

Kreml Fransanın mülkiyyət hüququnu pozmaqda ittiham edib

“İraq türkmanlarının ictimai, siyasi və fəlsəfi görüşləri” - dəyirmi masa

Azərbaycan ilə Çin baş prokurorluqları arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş sərgi keçiriləcək

Ukrayna bu il silah-sursat alınmasına 4 milyard dollar xərcləyib

Dendrologiya İnstitutu Qazaxıstanın Botanika və Fitointroduksiya İnstitutu ilə əməkdaşlıq edəcək

Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edib

Audiovizual Şura BDU-da “Media subyektləri” mövzusunda seminar keçirib

Tural Gəncəliyev: Fransa öz gözündə tiri görmək istəmir

Şizofreniyanın müalicəsində yeni imkanlar araşdırılıb

Karlo Ançelotti Qvardiolaya qarşı unikal göstəriciyə imza atıb

Sülhməramlıların Qarabağdan çıxarılması Azərbaycanın Liderinin zərgər dəqiqliyi ilə tətbiq etdiyi diplomatiyanın məntiqi yekunudur - ŞƏRH

Komitə sədri: Fransa demokratik ideyaları məhv edir VİDEO

Polşalı professorlar BMU tələbələrinə mühazirə oxuyublar

Tələbələr Dendrologiya İnstitutunda istehsalat təcrübəsinə başlayıblar

® Kreditlərinizi “Kapital Bank”a gətirin, nağdlaşdırma komissiyası olmadan kredit əldə edin

“SpaceX” daha 23 internet peykini orbitə çıxarıb

C vitamini qan təzyiqini aşağı salmağa kömək edir

Tatarıstan Azərbaycanla birgə kimya sənaye müəssisəsinin yaradılmasında maraqlıdır

Aşqarlar Kimyası İnstitutuna yaradıcı gənclərin ekskursiyası təşkil olunub

Ramana qəsəbəsində iki nəfər dəm qazından zəhərlənərək ölüb

Abbas Abbasov: Azərbaycan neokolonializmlə bağlı xalqların mübarizəsini dəstəkləyir

Türkiyəli nazir: Bakıda keçiriləcək COP29 sessiyası bütün dünya üçün əhəmiyyətlidir

Naxçıvanın su təchizatının yaxşılaşdırılması məqsədilə memorandum imzalanıb

Yeni Kaledoniya Senatın üzvü: Azərbaycan bizim üçün böyük qardaş rolunu oynayır VİDEO

Almaniyada mənzil oğrularına qarşı ehtiyat tədbirləri açıqlanıb

Senat üzvü: Kanak xalqı öz müstəqillik mübarizəsini axıradək davam etdirəcək VİDEO