AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV PARİSDƏ TÜRKİYƏ PREZİDENTİ SÜLEYMAN DƏMİRƏL İLƏ GÖRÜŞMÜŞDÜR
AzerTAg.az
Azərbaycan Prezidenti Heydər Əliyev Parisə səfəri zamanı yanvarın 11–də Türkiyə Prezidenti Süleyman Dəmirəl ilə görüşmüşdür.
Dost və qardaş ölkələrin rəhbərləri səmimiyyətlə görüşdülər. Prezident Süleyman Dəmirəl özünün təxminən bir ay əvvəl Bakıya rəsmi səfərindən məmnunluqla söhbət açdı. Prezident Heydər Əliyev Süleyman Dəmirəlin ölkəmizə səfərinin xoş təəssüratını xalqımızın unutmayacağını bildirdi.
Görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə başa çatdırılması üçün ATƏT-in Minsk qrupu çərçivəsində davam edən danışıqlarda vəziyyət müzakirə olundu.
Söhbət zamanı türkiyəli iş adamlarının Azərbaycanla əlaqələri daha da möhkəmləndirmək istiqamətində gördüyü işlər də nəzərdən keçirildi. Tərəflər bu əlaqələrin inkişafından razılıqla söhbət açdılar. Bütün sahələrdə daha möhkəm əlaqələr qurulması üçün mövcud imkanlardan lazımınca istifadə edilməsinə xüsusi fikir verilməsinin vacibliyi qeyd edildi.
Prezidentlər hər iki ölkəni maraqlandıran bir sıra digər məsələlər barədə də fikir mübadiləsi apardılar.
Xəbərin mətnində orfoqrafik səhv var