RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ALMANİYAYA SƏFƏRİ
ÖLKƏMİZİN ALMANİYADAKI SƏFİRLİYİNİN YENİ BİNASI İLƏ TANIŞLIQ
Səfirliyin əməkdaşları dövlətimizin başçısını ehtiramla qarşıladılar.
Prezident İlham Əliyev səfirlik binasının baş planı ilə tanış oldu.
Məlumat verildi ki, 1910-cu ildə tikilmiş və əvvəllər şəxsi yaşayış evi olmuş bina səfirliyin fəaliyyəti üçün çox münasibdir. Onun bundan sonra 60 il ərzində texniki təhlükəsizliyinə təminat verilmişdir. Üçmərtəbəli, alman memarlığı üslubunda tikilmiş binada yaxın vaxtlarda təmir işlərinə başlanacaqdır. Həyətyanı ərazisi ilə birlikdə ümumi sahəsi 1500 kvadratmetrdir.
Almaniya paytaxtının qərb hissəsində mənzərəli ərazidə yerləşən binanın rəsmi açılışı gələn ilin sonuna nəzərdə tutulmuşdur.
Prezident İlham Əliyev ayrı-ayrı mərtəbələri gəzdi, aparılacaq təmir-bərpa işləri ilə bağlı tövsiyə və tapşırıqlarını verdi.