Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN CƏNUB BÖLGƏSİNƏ SƏFƏRİ
MASALLI–YARDIMLI AVTOMOBİL YOLUNUN AÇILIŞ MƏRASİMİ
PREZİDENT İLHAM ƏLİYEV MƏRASİMDƏ İŞTİRAK ETMİŞDİR

Oktyabrın 23-də Masallı-Yardımlı avtomobil yolunun açılışı olmuşdur.

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.

Dövlətimizin başçısı mərasimin keçirildiyi yerə, Yardımlı rayonunun Təkdam kəndi ərazisinə gəldi. Yolun tikintisində çalışan inşaatçılar Prezidenti gül-çiçəklə qarşıladılar.

Nəqliyyat naziri Ziya Məmmədov yolun əsas göstəriciləri barədə məlumat verərək dedi ki, cənab Prezident, Sizin tapşırığınıza uyğun olaraq, Masallı-Yardımlı yolu, bir il ərzində yenidən bərpa edilmiş və istismara hazırdır. Yol 3-cü texniki dərəcəlidir. 53 kilometr uzunluğunda olan yolun hərəkət hissəsinin eni 7 metrdir. Yol boyu 6 körpü bərpa edilmiş və ya yenidən tikilmişdir. Layihənin smeta dəyəri 10 milyon manat olmasına baxmayaraq, 8 milyon manat xərclənmiş, 104 min ton asfalt-beton işləri görülmüşdür. Bu yol 54 kəndə, o cümlədən Masallı rayonunun 6, Yardımlı rayonunun 48 yaşayış məntəqəsinə gediş-gəlişi asanlaşdıracaqdır.

Prezident İlham Əliyev dedi ki, yol çox gözəl və keyfiyyətlidir. Mən gələndə fikir verirdim, ən yüksək səviyyədədir, yəni dünyada hansı yüksək səviyyə varsa, burada da var.

SABİR RÜSTƏMXANLI Milli Məclisin deputatı: Cənab Prezident, camaat 70-80 il bunun ağrısını çəkib, həsrətində idi ki, Yardımlıya normal yol olsun.

İLHAM ƏLİYEV: Keçən il biz gələndə görduk, yol çox bərbad gündə idi.

SABİR RÜSTƏMXANLI: Onda mən də burada idim, Siz söz verdiniz.

İLHAM ƏLİYEV: Yadınızdadır?

SABİR RÜSTƏMXANLI: Bəli, yadımdadır.

ZİYA MƏMMƏDOV: Cənab Prezident, fəal sürüşməyə məruz qalan hissələrdə istinad divarları da tikilmişdir.

İLHAM ƏLİYEV: Yolda müasir nişanlar da qoyulubdur. Bunlar da artıq Azərbaycanda istehsal olunur.

ZİYA MƏMMƏDOV: Bəli, biz bunu İsveç texnologiyası əsasında özümüz hazırlayırıq.

İLHAM ƏLİYEV: Gərək bütün yollara qoyulsun.

SABİR RÜSTƏMXANLI: İndi rayonların üç böyük problemi var: yol, məktəb və qaz. Ekoloji məsələ də var, meşələr çox qırılır. Qazın verilməsi ilə əlaqədar meşələrin qırılmasının qarşısı xeyli alınacaqdır. Əlavə iş yerləri də açılır.

İLHAM ƏLİYEV: Əlbəttə, kənd təsərrüfatı inkişaf edir, məktəblər də tikilir.

SABİR RÜSTƏMXANLI: Burada 40 ildə yaponlar bir məktəb tikmişdilər. Təkcə bir ildə, keçən il isə 31 məktəb tikilmişdir. Bu, çox böyük işdir.

İLHAM ƏLİYEV: Bu il də, gələn ildə də nəzərdə tutulubdur.

SABİR RÜSTƏMXANLI: Yardımlıda 31 məktəbin tikilməsi çox böyük işdir. Bu, insanları buraya bağlayır. Özü də burada istedadlı uşaqlar çoxdur.

İLHAM ƏLİYEV: Çoxdur. İndi rayonun inkişafı üçün bütün şəraiti yaradırıq. Astara elektrik stansiyasının işə düşməsindən sonra elektrik enerjisi də daha yaxşı veriləcək, Yardımlıya yeni xətlər çəkilməlidir.

SABİR RÜSTƏMXANLI: Cənab Prezident, bir ildə Sizin iki dəfə rayona gəlməyiniz çox böyük hadisədir. Dövlət başçılarından heç biri Yardımlıya gəlməmişdi.

ZİYA MƏMMƏDOV: Cənab Prezident, bir faktı da demək istəyirəm. Bu yolun çəkilişini bilavasitə Nəqliyyat Nazirliyinin “Yolnəqliyyatservis” departamentinin işçiləri, yerli mütəxəssislər həyata keçirmişlər. Yəni bu isə kənar firmalar cəlb olunmayıbdır.

İLHAM ƏLİYEV: Yəni buna ehtiyac yoxdur. Artıq ən yüksək səviyyədə təcrübə var.

ZİYA MƏMMƏDOV: Bəli, öz mütəxəssislərimizdir. Bu da yeni iş yerlərinin yaranmasına, insanların rifah halının yaxşılaşmasına köməkdir.

CAVİD QURBANOV (“Yolnəqliyyatservis” departamentinin rəisi): Cənab Prezident, Sizin köməyinizlə 1400 ədəd yeni texnika alınmışdır.

İLHAM ƏLİYEV: 1400 texnika, yəni bununla hər şey etmək olar.

ZİYA MƏMMƏDOV: Bəli, təxminən 300-400 ədəd də alsaq, bizə kifayət edər.

İLHAM ƏLİYEV: Mən keçən dəfə demişəm, əgər biz Xınalığa yol çəkə bilmişiksə, bundan böyük iş ola bilməz, çünki ondan yüksəkdə kənd yoxdur. Lerik yolu o yoldan da pis idi, siz keçən il o yolu da çəkdiniz.

ZİYA MƏMMƏDOV: Bəli, təkcə bunlar deyil, Daşkəsən, Xızı yolları da çəkilir.

İLHAM ƏLİYEV: Mən bu gün səhər Lerikə getmişdim, yol yaxşıdır. Baxmayaraq ki, bir il keçib, yolda heç bir dağılma yoxdur.

ƏHƏD ABIYEV (Milli Məclisin deputatı): Cənab Prezident, Masallı rayonunda da yüksək inkişaf var.

İLHAM ƏLİYEV: Mən müşavirədə dedim, gərək rayon mərkəzlərinin görkəmi də dəyişsin.

ƏHƏD ABIYEV: Hörmətli Prezident, bu əziz gündə xoş gəlmisiniz. İndi rayonlarda dəyişiklik, yenilik çoxdur. Camaat Sizi həddindən artıq çox istəyir. Bütün sahələrdə inkişaf var.

İLHAM ƏLİYEV: İşlər gərək daha da sürətlə getsin. Bu yolun tikintisində iştirak etmiş bütün yoldaşlara minnətdarlığımı bildirirəm. Sağ olun, çox böyük işlər görürsünüz. Həm Lerik yolu, həm də Xınalıq yolu istifadəyə verilib, indi Daşkəsən yolu da çəkilir. Magistral yolları çəkmək nisbətən asandır. Düzdür, o da böyük işdir, amma indi müasir texnologiyalar var. Dağ şəraitində yol çəkmək isə çox böyük işdir. Gələn ilin büdcəsində də çoxlu tikinti nəzərdə tutulubdur.

ZİYA MƏMMƏDOV: Cənab Prezident, yaratdığınız Yol Fondu vəsaitlərin toplanmasında, məqsədyönlü istifadəsində xeyli kömək edəcəkdir. Həm operativliyi artıracaq, həm də, vəsait toplamaq baxımından səmərəli olmalıdır.

İLHAM ƏLİYEV: Sizi təbrik edirəm. Sağ olun.

X X X

Dövlətimizin başçısı Masallı-Yardımlı avtomobil yolunun açılışını bildirən rəmzi lenti kəsdi, inşaatçılarla xatirə şəkli çəkdirdi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sahibə Qafarova: Fransa tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqaz regionunda da davam etdirmək niyyətindədir

Bloomberg: Rusiya sanksiyalardan yayınmaq üçün nəqliyyat dəhlizlərinin modernləşməsinə 25 milyard dollar sərmayə yatırmağa hazırlaşır

BDU aliminin yeni monoqrafiyası nəşr olunub

Kreml Fransanın mülkiyyət hüququnu pozmaqda ittiham edib

“İraq türkmanlarının ictimai, siyasi və fəlsəfi görüşləri” - dəyirmi masa

Azərbaycan ilə Çin baş prokurorluqları arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş sərgi keçiriləcək

Ukrayna bu il silah-sursat alınmasına 4 milyard dollar xərcləyib

Dendrologiya İnstitutu Qazaxıstanın Botanika və Fitointroduksiya İnstitutu ilə əməkdaşlıq edəcək

Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edib

Audiovizual Şura BDU-da “Media subyektləri” mövzusunda seminar keçirib

Tural Gəncəliyev: Fransa öz gözündə tiri görmək istəmir

Şizofreniyanın müalicəsində yeni imkanlar araşdırılıb

Karlo Ançelotti Qvardiolaya qarşı unikal göstəriciyə imza atıb

Sülhməramlıların Qarabağdan çıxarılması Azərbaycanın Liderinin zərgər dəqiqliyi ilə tətbiq etdiyi diplomatiyanın məntiqi yekunudur - ŞƏRH

Komitə sədri: Fransa demokratik ideyaları məhv edir

Polşalı professorlar BMU tələbələrinə mühazirə oxuyublar

Tələbələr Dendrologiya İnstitutunda istehsalat təcrübəsinə başlayıblar

® Kreditlərinizi “Kapital Bank”a gətirin, nağdlaşdırma komissiyası olmadan kredit əldə edin

“SpaceX” daha 23 internet peykini orbitə çıxarıb

C vitamini qan təzyiqini aşağı salmağa kömək edir

Tatarıstan Azərbaycanla birgə kimya sənaye müəssisəsinin yaradılmasında maraqlıdır

Aşqarlar Kimyası İnstitutuna yaradıcı gənclərin ekskursiyası təşkil olunub

Ramana qəsəbəsində iki nəfər dəm qazından zəhərlənərək ölüb

Abbas Abbasov: Azərbaycan neokolonializmlə bağlı xalqların mübarizəsini dəstəkləyir

Türkiyəli nazir: Bakıda keçiriləcək COP29 sessiyası bütün dünya üçün əhəmiyyətlidir

Naxçıvanın su təchizatının yaxşılaşdırılması məqsədilə memorandum imzalanıb

Yeni Kaledoniya Senatın üzvü: Azərbaycan bizim üçün böyük qardaş rolunu oynayır

Almaniyada mənzil oğrularına qarşı ehtiyat tədbirləri açıqlanıb

Senat üzvü: Kanak xalqı öz müstəqillik mübarizəsini axıradək davam etdirəcək

Azərbaycan Hərb Tarixi Muzeyində “Şövqiyar Abdullayev – 55 il” anım tədbiri keçirilib

Nazir: Məktəb psixoloqu terapiya aparan şəxs deyil

® Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!

Rəqəmsal inkişaf və nəqliyyat naziri Ağdaşda vətəndaşların müraciətlərini dinləyib

Yeni kaledoniyalı parlamentari ölkəsinə dəstəyə görə Azərbaycana təşəkkür edib

Niyə “Məktəblinin dostu” layihəsinə ehtiyac yaranır?

İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Təhsil Mərkəzinin yeni saytı istifadəyə verilib

Kənd təsərrüfatı nazirinin müavini Lerikdə vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib

Manuel Noyer Çempionlar Liqasının tarixinə düşüb

Britaniyada 70 min nəfərə qarşı dələduzluq edən dəstə üzvləri həbs olunub

Milli Kitabxanada Tarixi Abidələrin Mühafizəsi Günü münasibətilə kitab sərgisi açılıb

Nazir: Xoşagəlməz hallar dünyanın bütün məktəblərində baş verir

Zahid Oruc: Rusiya sülhməramlılarının Qarabağdan çıxması nəinki Fransanı, ABŞ-ı da narahat edir

Naxçıvanda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub

Nazirlik rəsmisi: Valideynlər “Məktəblinin dostu” layihəsindən tam razıdırlar

Azərbaycan Milli Məclisi ilə Yeni Kaledoniya Konqresi arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb VİDEO

“Məktəblinin dostu” layihəsinin rəhbəri: İndiyədək 700 uşaq müəyyən səbəblərə görə psixiatrlara yönəldilib

“Roma” baş məşqçisi Daniele De Rossi ilə bağlı qərarını verib

Beyləqanda çiyid səpininə başlanılıb

Mariya Zaxarova: Qərb Cənubi Qafqazda qonşuların arasını vurmağa çalışır, Ermənistana isə bu məsələdə alət rolu ayrılıb

“Bavariya”nın futbolçusu: “Arsenal”ı Çempionlar Liqasından kənarlaşdırmaq gözəl hisslər idi

Üç min illik tarixə malik Bərdə maddi-mədəniyyət abidələri ilə zəngindir

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda konfrans keçirilir

HONOR Magic6 Pro İstanbulda təqdim olunub

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü Qobustan Milli Tarix-Bədii Qoruğunda qeyd olunub

Rusiya XİN: Aİ Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılmasına müsbət töhfə vermir

“Məktəblinin dostu” layihəsi hazırda 238 ümumi təhsil müəssisəsində həyata keçirilir

Gənclər Kitabxanasında Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar icmal hazırlanıb

Nigeriya COP29-dan əvvəl iqlim öhdəliklərini nəzərdən keçirir

Qubadakı “Günbəzli hamam” turistlərin ən çox diqqətini çəkən tarixi abidələrdəndir VİDEO

Tarixi-memarlıq abidələri milli yaddaşımızın tərkib hissəsidir

Enerjinin saxlanması və çevrilməsi üçün materiallar üzrə beynəlxalq simpoziumun 8-ci toplantısı Bakıda təşkil olunacaq

“Başlanğıcdan günümüzə Türkiyə-Azərbaycan əlaqələri” kitabı təqdim edilib

Marketdən 8 min manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıb VİDEO

® “Azercell” “GSMA M360 Eurasia” tədbirinə ev sahibliyi edəcək

Tailand hökuməti Qazaxıstan vətəndaşları üçün vizasız rejimi təsdiqləyib

Annalena Berbok: İranı təcrid etmək lazımdır

Rusiyalı ekspert: Parisin Bakıdakı səfirini geri çağırması Fransada zərərli siyasi təfəkkürün əlamətidir - ŞƏRH

Yeni Kaledoniya Konqresinin nümayəndə heyəti Bakı Təşəbbüs Qrupunun ofisində olub

Azərbaycan UNESCO Klubları Assosiasiyası Çinin müvafiq qurumu ilə süni intellekt, elektron idarəçilik sahələrində əməkdaşlıq edəcək

Şimali Qazaxıstan vilayətində daşqınların ikinci dalğası başlayıb

Azərbaycanın qadın şahmatçıları Avropa çempionatında mübarizə aparacaqlar

Azərbaycanın cüdo hakimi Paralimpiya Oyunlarına təyinat alıb

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi vətəndaşlara müraciət edib

Azərbaycan QHT-ləri, Qarabağ və Şərqi Zəngəzur sakinləri Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıblar

İdarə rəisi: Azərbaycanda beynəlxalq səviyyəli kiberdiplomatların hazırlanması üçün təlimlər keçiriləcək

Londondakı Mərkəzi Qalereyada Karavacconun son rəsmləri nümayiş etdiriləcək

Yeni maarifləndirici təşəbbüs: “1 sual, 1 cavab”

Bakı Avropa Liseyində müəllim və şagirdlər fövqəladə hallarda davranış qaydaları barədə məlumatlandırılıb

Burkina-Faso üç fransalı diplomatı ölkədən çıxarır

Britaniyalı deputat haqqında araşdırma başlayıb

Azərbaycan ilə Türkiyə məktəbləri arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Fransada insan hüquqları açıq şəkildə tapdalanır

“Azərbaycan ədəbiyyatşünaslıq elmi müstəqillik illərində (1991-2023)” – yeni nəşr

“İnklüzivlik ayı” layihəsinə başlanılıb

Bakı Ali Neft Məktəbi ilə Özbəkistan universitetləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

Agentlik rəhbəri IV sinifdən sonra “Son zəng” keçirilməsi məsələsinə aydınlıq gətirib

“Azərreyl”in baş məşqçisi: Finala yüksəlmək fantastikdir

Dövlət agentliyinin direktoru Naxçıvanda təhsil sahəsində tətbiq ediləcək yeniliklərdən danışıb

AFFA beş klubu cəzalandırıb

Eşqi Bağırov: İşğaldan azad edilmiş ərazilərdə 5 məktəbdə 107 müəllim fəaliyyət göstərir, 762 nəfər təhsil alır

“Google” İsrail əleyhinə aksiya keçirən 28 əməkdaşını işdən çıxarıb

FHN-in Şirvanda keçirdiyi təlimə 24 texnika və 160 nəfərlik heyət cəlb olunub VİDEO

Agentlik direktoru: Kişi müəllimlərin sayında azalma müşahidə olunmur

Eşqi Bağırov: 453 məktəbdə elektron jurnaldan istifadə olunur

Agentlik rəhbəri: 345 məktəbdə monitorinq aparılıb, 55 nəfər işdən çıxarılıb

Qonşusunu öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Eşqi Bağırov: Dövlət məktəblərində IV və VI siniflər üzrə şagirdlərin monitorinqdə iştirakı icbaridir

Türkiyə-Azərbaycan Universitetində üç məşhur təhsil müəssisəsinin pedaqoji heyəti çalışacaq

Pekin Blinkenin Çinə qarşıdakı səfərini yüksək qiymətləndirir