RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN FRANSAYA RƏSMİ SƏFƏRİ
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN FRANSANIN “LCİ” TELEVİZİYA KANALINA MÜSAHİBƏSİ
Telekanalın müxbirinin suallarını cavablandıran Prezident İlham Əliyev ölkəmizdə aparılan uğurlu siyasi, iqtisadi, sosial islahatlardan, Azərbaycanın Avropa strukturlarına inteqrasiyası prosesindən, Fransa-Azərbaycan əlaqələrinin mövcud vəziyyətindən və inkişaf perspektivlərindən, fransız şirkətlərinin və iş adamlarının ölkəmizin iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyətindən ətraflı bəhs etmişdir.
Telekanal vasitəsilə Fransa ictimaiyyətinə müraciət edən Prezident İlham Əliyev əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş ikitərəfli və qarşılıqlı surətdə faydalı əməkdaşlığın bundan sonra da inkişaf etdiriləcəyinə əmin olduğunu vurğulamış və ölkəmizin rəhbərliyinin bu sahədə səylərini daha da artıracağını bildirmişdir.