Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

- Hörmətli xanım Prezident,

əziz dostlar,

İlk növbədə, burada, Latviyada bizə göstərilmiş səmimi qəbula və qonaqpərvərliyə görə mən öz adımdan, nümayəndə heyəti və Azərbaycanın iş adamları adından Sizə dərin minnətdarlığımı bildirmək istəyirəm. Biz bu səfəri xanım Prezidentin ötən il Azərbaycana səfərindən sonra ikitərəfli münasibətlərdə başlanmış yeni mərhələnin davamı kimi müxtəlif sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində çox vacib addım hesab edirik.

Bakıda Latviya və Azərbaycan iş adamlarının iştirakı ilə keçirilmiş birinci Latviya-Azərbaycan biznes forumu bizim hamımızın yadındadır. Həmin tədbirin nəticələri olduqca uğurludur və əməkdaşlıq üçün böyük imkanlar vəd edir.

Çox qısa müddət ərzində, yəni daha dəqiq desək, bir il ərzində biz əlaqələrimizin bütün sahələrində irəliləyişə nail olduq. Dünən imzalanmış sənədlər siyasi, iqtisadi və sosial həyatın aspektlərini əhatə edir və bir il öncə bağlanmış sazişlərlə birgə biz artıq əməkdaşlığımızın daha da genişləndirilməsi üçün çox möhkəm hüquqi bazaya malikik. Son bir il ərzində iş adamlarımız bir-birini daha yaxşı tanımağa başlamışlar. Biz artıq birgə layihələrə başlamışıq, ölkələrimiz arasında birbaşa hava xətləri var. Bizim Latviyadakı diplomatik nümayəndəliyimiz tam fəaliyyətə başlamışdır. Ümidvarıq ki, gələcəkdə qarşılıqlı fayda verən daha çox layihə həyata keçiriləcəkdir.

Ölkələrimizin iqtisadiyyatı çox sürətlə inkişaf etməkdədir. Biz ÜDM-in artımının göstəricisinə görə, Avropada və hətta dünyada öncül yerdəyik. Latviyada gördüyümüz nailiyyətlər olduqca böyükdür və mən müstəqilliyinin 15 ili ərzində Latviya xalqının əldə etdiyi uğurlara görə Sizi təbrik etmək istəyirəm. Ölkəniz hazırda öz inkişaf yoluna, o cümlədən yenidən Avropa ailəsinə qayıdır. Latviya Avropa İttifaqının və NATO-nun üzvüdür. Burada sürətli inkişaf göz qabağındadır. Biz dost və tərəfdaşıq və mən bundan məmnunam. Biz bunu öz inkişafının ilk mərhələsində olan bir dost ölkə kimi duyuruq.

Həyata keçirdiyimiz Avropa siyasəti həm də böyük imkanlar vəd edir. Hazırda biz Avropa İttifaqı ilə nəinki Yeni qonşuluq siyasəti çərçivəsində, eləcə də enerji sahəsində uzunmüddətli əməkdaşlığa başlamışıq. Avropa İttifaqı ilə Azərbaycan arasındakı əlaqələr hər iki tərəf üçün get-gedə daha böyük əhəmiyyət kəsb edir. Avropa dəyərlərinə doğru addımlayan Azərbaycan Latviya ilə münasibətlərini yüksək qiymətləndirir. Biz hər zaman ikitərəfli səviyyədə, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində bir-birimizi dəstəkləyir, qarşılıqlı yardım göstəririk. Bu fürsətdən istifadə edərək, BMT-də dondurulmuş münaqişələrin müzakirəsinə aid səsvermə zamanı ölkəmizin mövqeyini dəstəklədiyinə görə mən Azərbaycan hökuməti və xalqı adından Latviya tərəfinə bir daha dərin təşəkkürümü bildirmək istəyirəm. Həmin dəstək GUAM ölkələrinin təşəbbüsünün qəbul edilməsi və hazırda BMT-də müzakirəyə çıxarılmasında, sözün əsil mənasında, olduqca vacib idi.

Ölkələrimizin iqtisadi potensialı artmaqdadır. Eyni zamanda, əməkdaşlığın və siyasi əlaqələrin daha da inkişaf etdirilməsi üçün qarşımızda çox möhkəm əsaslar var. Hər bir ölkənin biznes icması olduqca həssasdır. Öz ölkələri ilə potensial tərəfdaş ölkə arasında yaxşı siyasi münasibətlərin olduğu halda, onlar həmin ölkədə biznes qurmağa və sərmayə yatırmağa üstünlük verirlər. Ona görə də güclü siyasi dialoq və əməkdaşlıq işgüzar dairələr üçün əlavə rahat şərait yaradır. Bu gün burada Azərbaycandan gəlmiş çox sayda iş adamlarının iştirak etməsi faktı bunun bariz nümunəsidir. İşbirliyinə böyük maraq, qarşılıqlı maraq doğuran məsələlər var. Bir sözlə, birgə biznesin aparılması böyük fayda verəcəkdir.

İqtisadi əməkdaşlığımız getdikcə artır. Bu, əlavə imkanlar yaradır. Bu səfər zamanı biz həmçinin belə bir qənaətə gəldik ki, Latviya regional nəqliyyat şəbəkəsidir. Azərbaycan da öz regionunda eyni rolu oynayır. Əsas yükdaşıma şirkətlərini regional əməkdaşlıq üçün bizim infrastrukturdan, hava və dəniz limanlarından, nəqliyyat marşrutlarından istifadəyə cəlb etdik. Təbii ki, nəqliyyat məsələləri regionun gələcək inkişafında daha böyük rol oynayacaqdır. Cənubi Qafqaz və Xəzər regionu artıq Avropanın qonşusuna çevrilir. Biz artıq Xəzər və Qara dəniz regionları arasında çox yaxşı əməkdaşlıq aparırıq. Bu əməkdaşlığı asanlıqla daha geniş formata qədər genişləndirə bilərik. Burada Xəzər-Qara-Baltik dənizləri regionu nəzərdə tutulur. Bu, nəinki yeni iqtisadi vəziyyətin, o cümlədən çox güclü siyasi formatın formalaşmasına xidmət edəcəkdir. Bizim eyni istəklərimiz var, tərəfdaş ölkələrik və eyni istiqamətdə addımlamalıyıq. Təbii ki, bu əlaqələrin iqtisadi komponenti çox vacib rol oynayır, çünki iqtisadiyyat hər bir inkişafın əsasıdır. Əgər siz iqtisadi baxımdan güclü və müstəqilsinizsə, onda, əlbəttə ki, ölkənin mövqeləri də möhkəmlənir.

Biz Azərbaycanda həmin iqtisadi müstəqilliyin bərqərar edilməsinə nail olmuşuq. Bu, Azərbaycanın son 15 il ərzində qoruyub saxladığımız müstəqilliyinə verilən ən əsas töhfələrdən biridir. Təbii ki, hazırda əvvəlkindən fərqli olan və dəyişən enerji bazarındakı vəziyyət Azərbaycanın əhəmiyyətini birmənalı olaraq artırır. Lakin 1990-cı illərdə enerji sahəsində əməkdaşlığa başladığımız zaman heç təsəvvür edə bilməzdik ki, bizim resurslarımız regional istehlakçılar üçün bu qədər əhəmiyyət daşısın. Əsas neft və qaz layihələrini başladığımız vaxt, başlıca məqsəd həmin təbii sərvətləri dünya bazarlarına çıxarmaq və onlardan ölkədə siyasi və iqtisadi vəziyyətin inkişaf etdirilməsi üçün bir vasitə kimi istifadə etməkdən ibarət idi.

Bu gün artıq Avropa və dünya bazarlarına çıxarılan enerji resurslarımız Avropa və dünya işlərində getdikcə daha böyük rol oynacaqdır. Dünya bazarlarına boru kəmərləri vasitəsilə nəql olunan Azərbaycanın nəhəng neft və qaz ehtiyatları regional vəziyyətə və qonşuluqdakı proseslərə təsir göstərəcəkdir.

Bu baxımdan Latviya ilə Azərbaycan arasındakı davamlı əməkdaşlıq daha böyük əhəmiyyət daşıyacaq və işgüzar dairələrimiz həmin işbirliyinin yeni sahələrini araşdıracaqlar. Şübhə yoxdur ki, təsis edilmiş birgə hökumətlərarası komissiya mühüm rol oynacaqdır. Çünki komissiya iş adamlarına bir-biri ilə tanış olmağa yardım edəcək, potensial əməkdaşlıq yollarının bələdçisi olacaqdır. Nəticədə, həmin komissiyanın vaxtaşırı görüşləri ikitərəfli ticarətin artmasına zəmin yaradacaqdır.

Biz çox məmnunuq ki, ticarət dövriyyəsi artır, lakin rəqəm hələ də qənaətbəxş sayıla bilməz. Bu da təbiidir, çünki yalnız bu yaxınlarda biz ciddi əməkdaşlığa, çox vacib regional layihələrdə iştiraka başlamışıq. Təbii ki, qarşılıqlı maraq ölkələrimiz arasında uzunmüddətli iqtisadi əməkdaşlıq üçün yaxşı əsasdır. İqtisadi və siyasi əməkdaşlıq paralel şəkildə aparılır. Çox yüksək səviyyəli siyasi və iqtisadi təmaslardan məmnunluqla istifadə edirik.

Latviya Azərbaycan üçün çox vacib tərəfdaşdır, dost ölkədir və Azərbaycan ilə Avropa İttifaqı arasındakı münasibətlərdə ölkəmizi hər zaman dəstəkləyir. Bu da çox vacibdir. Əminəm ki, nümayəndə heyətimiz dünən və bu gün ərzində bu reallığı öz gözü ilə gördü. İş adamları öz maraqlarını kommersiya faydası ilə bağlayırlar. Bu da müşahidə olunur. Qarşılıqlı fayda verən biznes müqavilələri, öhdəliklər və sazişlərin hamısı ölkələrimiz arasında daha möhkəm əlaqələrin qurulmasına xidmət edəcəkdir və eyni zamanda, iş adamlarımız üçün daha yaxşı şərait yaradacaqdır.

Hazırda Azərbaycan biznesi çox sürətlə inkişaf edir. Biz özəl sahibkarlığa dəstək veririk. Bu məqsədlə büdcəmizdə xüsusi fond var. Bu il həmin rəqəm yüz milyon dollar təşkil edir və biz bu vəsaiti, demək olar ki, çox güzəştli şərtlərlə kredit kimi özəl sektora təklif edirik. Bu il biz dövlət sərmayə şirkəti yaratmışıq. Onun ilkin kapitalı 100 milyon dollardır və əsas məqsədi sərmayələr üçün münbit şərait yaratmaq, proqnozlaşdırmanı mümkün etmək üçün yeni potensial sərmayədarları cəlb etmək və ilkin mərhələdə həmsərmayəçi kimi çıxış etməkdən ibarətdir.

Ümumiyyətlə, Azərbaycandakı sərmayə mühiti çox müsbətdir. Adambaşına düşən birbaşa xarici sərmayələrin həcminə görə Azərbaycan regionda aparıcı ölkədir. Biz son on il ərzində sərmayə kimi ölkəmizə təqribən 30 milyard dollar cəlb etmişik və bu meyil davam edir. Enerji və boru kəmərləri layihələrinin həyata keçirilməsi məqsədi ilə Azərbaycan üçün milyardlarla dollar ayırmış beynəlxalq maliyyə təsisatları ilə çox fəal şəkildə işləyirik. Biz beynəlxalq banklar üçün etibarlı tərəfdaşıq. İqtisadi və biznes nüfuzumuz artır.

Bu gün Azərbaycan öz iqtisadiyyatına istədiyi qədər sərmayələr cəlb etməyə qadirdir. Bir neçə il bundan əvvəl biz Dövlət Neft Fondu yaratmışıq. Neft satışından əldə olunan bütün gəlirlər həmin fonda toplanır və ölkənin ən vacib və təcili tələbatlarının ödənilməsi üçün sərf olunur. Bu gün Azərbaycanın nağd valyuta ehtiyatları 3 milyard dollara bərabərdir. Dövlət büdcəmiz son üç il ərzində 4 dəfə artmışdır. Yerli sərmayə proqramlarımız da artmışdır. Hazırda Azərbaycanda 6 elektrik stansiyası tikilməkdədir. Yollar, su kəmərləri, qazpaylama sistemləri çəkilir.

Bundan əlavə, ölkəmizdə üç yeni hava limanı tikilir. Xəzərin şərq sahilindən neftin daşınmasında bütün tankerlərimizdən tam istifadə etmək üçün nəqliyyat infrastrukturuna yatırılan sərmayələrin də həcmi artırılır. Biz kənd təsərrüfatının inkişafına çox böyük diqqət yetiririk və bu sahədə fəal şəkildə əməkdaşlıq edə bilərik. Bank işi, sığorta, informasiya və kommunikasiya texnologiyaları sahələri də var. Bir neçə gün bundan əvvəl Bakıda informasiya və kommunikasiya texnologiyaları mövzusunda böyük bir konfrans təşkil edilmişdir. Biz İKT üzrə regional mərkəzə çevrilməyi planlaşdırırıq.

Gündəliyimizdə duran əsas məsələ neft və qaz gəlirlərinin humanitar dəyərlərə çevrilməsidir. Azərbaycan iqtisadiyyatını şaxələndirmək üçün bu gəlirlərin yeni texnologiyalara sərf edilməsi vacibdir. Biz on ildən sonra neft qiymətlərindən asılı olmamalıyıq. Bir tərəfdən, neftin qiymətinin yüksək olması bizim üçün əlavə gəlir deməkdir. Lakin digər tərəfdən isə, iqtisadiyyatda vəsaitlərin həddindən artıq çox olmasına və bəzi arzuedilməz inflyasiya meyillərinə səbəb olur. Biz iqtisadiyyatımızı elə bir şəkildə tarazlaşdırmalıyıq ki, ölkəmizin gündəlik tələbatlarını ödəyə bilək və eyni zamanda, makroiqtisadi sabitliyi pozmayaq.

Bütün bu sahələrdə görəcəyimiz birgə işlər çoxdur. Sizin çox yaxşı təcrübəniz, bilik və texnologiyalarınız var və Avropa İttifaqının bir üzvü olaraq, təbii ki, öz təcrübənizi bizimlə bölüşə bilərsiniz. Sürətlə inkişaf edən ölkə kimi biz Avropanın enerji təhlükəsizliyinə öz töhfəmizi verə bilərik və bunu yaxşı tərəfdaşlıq ruhunda edirik. Bir sözlə, maraqlarımız və fayda qarşılıqlı xarakter daşıyır. Dostluğa əsaslanan güclü tərəfdaşlıq, siyasi dialoq və biznes təmasları kimi amillər hər bir ölkənin inkişafını şərtləndirir. Əvvəldə dediyim kimi, biz bu gün əməkdaşlıq üçün həyatımızın bütün sahələrini əhatə edən hərtərəfli hüquqi bazaya malikik. Ümid edirik ki, əvvəldə olduğu kimi, tərəfdaşlığımızın növbəti mərhələsi də uğurlu olacaqdır.

Mən on beş illik çox qısa tarixi müddət ərzində əldə etdiyi nailiyyətlər, Avropa ailəsinə qayıdış və böyük siyasi-iqtisadi uğurlar münasibətilə Latviyanı bir daha təbrik etmək istəyirəm. Səmimi qəbula görə Latviya xalqına ən ülvi şəxsi arzularımla bir daha təşəkkürümü bildirirəm və ümid edirəm ki, gələcəkdə təmaslar və əməkdaşlıq artacaqdır.

Çox sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Evdən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs yaxalanıb

® “Kapital Bank”ın istiqrazlarının Bakı Fond Birjasında yerləşdirilməsi yekunlaşıb

Tahir Rzayev: Qida təhlükəsizliyini bir təşkilatla yekunlaşdırmaq düzgün deyi

Azyaşlı qıza hədə-qorxu gələrək qızıl-zinət əşyalarını talayan iki nəfər saxlanılıb

DİN: Ötən gün 2,3 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

Bakıda ümumşəhər iməciliyi və ağacəkmə aksiyası keçiriləcək

DİN: Ötən gün xeyli qanunsuz odlu silah aşkarlanaraq götürülüb

Əbu-Dabidə AYİB ilə yaşıl enerji tərəfdaşlığı müzakirə edilib

Kayrat Sarıbay: Azərbaycanın AQEM-ə növbəti 2 ildə sədrliyi onun beynəlxalq nüfuzundan xəbər verir

Dünya birjalarında neft bahalaşıb

Evdən musiqi alətləri oğurlayanlar saxlanılıblar

Azərbaycanın öz tarixi torpaqlarını qanun çərçivəsində azad etməsi ilə Asiyada bir konflikt azaldı

ABŞ Dövlət Departamenti AZƏRTAC-ın sorğusunu cavablandırıb

Kayrat Sarıbay: Azərbaycanın AQEM-ə sədrliyi dövründə uğurlu layihələr icra olunacaq

Azərbaycanın iki gimnastı Dünya Kubokunda finala yüksəlib

Azərbaycan neftinin qiyməti ucuzlaşıb

DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb

Astara rayonunda avtoxuliqanlıq edən sürücü həbs olunub

Ölkədə qlobal ekoloji böhrana qarşı ciddi praktiki addımlar atılır - Açıqlama

Tariximizin qanlı səhifələrindən biri olan Başlıbel faciəsindən 31 il ötür

Binəqədi-Balaxanı şosesində yük avtomobili aşıb, sıxlıq yaranıb

Ağdamda minaatan qurğular aşkarlanıb

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Qırğızıstanda TikTok-a giriş qismən məhdudlaşdırılıb

18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür

Cənubi Koreya bu il Ukraynaya 200 milyon dollar humanitar yardım edəcək

Tramp Nyu-Yorkda Polşa Prezidenti ilə görüşüb

Dövlət Departamenti: Biz Azərbaycan və Ermənistanın sülh səylərini qətiyyətlə dəstəkləyirik

Media: İsrail Pasxa bayramından əvvəl İrana qarşı cavab tədbirləri görməyəcək

Dekabrın 15-i Türk Dili Günü kimi qeyd edilə bilər

“Lufthansa” Avropada ən çox uçuş ləğv edən aviaşirkətdir

MDU Dubayda keçirilən Ali Təhsil Liderlik Forumunda təmsil olunur

Aİ: Ukraynaya təcili olaraq hava hücumundan müdafiə sistemləri verilməlidir

Netanyahu: Öz qərarlarımızı özümüz verəcəyik

İsveç Malmö polisi “Avroviziya-2024” ərəfəsində gücləndirilmiş təhlükəsizlik tədbirləri görür

Çempionlar Liqası: “Bavariya” və “Real Madrid” yarımfinalda qarşılaşacaq

Yunanıstanda qiymət artımına qarşı tətillər keçirilir

Blinken Çinə dörd günlük səfər edəcək

Tbilisidə etiraz aksiyasının iştirakçıları hökumət evinə qədər yürüş ediblər

BMT: Hindistan əhalisinin sayına görə Çini ötərək dünyada birinci yerdədir

Baş nazir: Gürcüstanda heç bir xarici qüvvə inqilab təşkil edə bilməz

Ali Məclisdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının baş katibi ilə görüş olub

ABŞ İsrailə dəstək üçün 26 milyard dollar vəsait ayırmağı nəzərdə tutur

Media: İsrail bazar ertəsi İrana cavab zərbəsi endirməyi planlaşdırıb

Basketbol üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib

Yeni Kaledoniya Konqresinin nümayəndə heyəti Heydər Əliyev Mərkəzində olub

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin nəticələri açıqlanıb

Opera və Balet Teatrı İtaliyada milli klassik baletimizlə çıxış edəcək

Gürcüstanın Baş naziri: Arqumentsiz bəyanatlar hakim partiyanın qərarına yenidən baxılmasına əsas ola bilməz

Yüksək Liqa: “Azərreyl” finala yüksəlib

Rusiyadan idxal edilən dondurulmuş toyuq məhsulunda bakteriya aşkarlanıb

Zelenskinin iştirakı ilə Ukrayna-NATO Şurasının növbəti iclası keçiriləcək

Sergey Markov: Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması iki ölkə arasındakı razılaşmalara əsasən həyata keçirilir

“BDU məzunları” layihəsi çərçivəsində Aqil Abbasla görüş

Elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviqi ilə bağlı Sərəncamdan irəli gələn tədbirlərə dair iclas keçirilib

Bilyard Federasiyasının prezidenti: Avropa çempionluğu tarixi nəticədir

Türkiyənin müxtəlif ölkələrlə qurduğu ilk diplomatik münasibətlərini əks etdirən kitab nəşr olunub

Parlamentdə sağlam ailə modelinin hüquqi aspektləri ilə bağlı dinləmə keçirilib

Şimali Makedoniya ictimaiyyəti Cənubi Qafqazdakı reallıqlar barədə məlumatlandırılıb

Rusiyalı deputat: Qarabağın Azərbaycana məxsus olması ilə bağlı artıq heç kim mübahisə etmir

Azərbaycanın AQEM-də 2024-2026-cı illər üzrə sədrliyinin mümkün prioritetləri və planları müzakirə edilib

® ABB-nin dəstəyi ilə ADA-da “Karyera Həftəsi”nə start verilib

Azərbaycan bilyardçısı: Avropa çempionu olmaq qürurverici hissdir

Milli Məclisdə Xəzər dənizinin Azərbaycana aid bölməsində süni torpaq sahələrinin yaradılması ilə bağlı qanun layihəsinin müzakirəsi olub

Elektron Təhlükəsizlik Xidməti məktəbliləri kibertəhlükəsizliyə dair məlumatlandırıb

Mer: Xarkov ikinci Hələbə çevrilmək təhlükəsi ilə üz-üzədir

Laçın hava limanı “Phoenix” hava hərəkətinə nəzarət sistemi ilə təchiz ediləcək

“Ana dilimiz və təhsil” layihəsi çərçivəsində 36 nömrəli tam orta məktəbdə tədbir

Tatarıstanla iqtisadi əlaqələrin inkişaf perspektivləri müzakirə edilib

ADNSU-nun tələbəsi karate üzrə dünya çempionu olub

Avropa çempionu olan Azərbaycan bilyardçısı Vətənə qayıdıb

“Qızıl Şah” çempionatında peşə məktəblərini təmsil edəcək komanda üzvlərinin seçim mərhələsi başa çatıb

Müəlliflərin əmlak hüquqlarının kollektiv əsasda idarəçiliyinə dair tədbir keçirilib

“Güclü cəmiyyətin zərif simaları” adlı layihə çərçivəsində görüşlərə başlanılır

Kişi voleybolçular arasında Azərbaycan çempionatının ilk finalçısı bəlli olub

Bakıda Rusiya kinosu günləri keçiriləcək

Türkiyədən Qəzzaya daha bir “yaxşılıq gəmisi” yola düşüb

Mingəçevir Dövlət Universitetində Beynəlxalq elmi konfrans keçirilir

Fransanın özünün timsalında “küskün” obrazı yaratmaq cəhdi gülüncdür - ŞƏRH

IRENA Assambleyasının 14-cü sessiyası panel iclasları ilə davam edir

UNEC-in rektoru buraxılış imtahanında 300 bal toplayan abituriyentlə görüşüb

Hematoloq: Qandurulaşdırıcılardan nəzarətsiz istifadə qanaxmalara səbəb ola bilər

Fransa Mayotda uğursuz əməliyyatdan sonra yenisini başlayır

Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edəcək

Beynəlxalq Sosial Təminat Assosiasiyasının rəhbər şəxsləri ilə əməkdaşlıq məsələləri müzakirə olunub

BMT: 1994-cü ildən bəri dünyada ana ölümləri 34 faiz azalıb

Daha dörd qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib

“Cümhuriyyət məfkurəsi” kitabı çapdan çıxıb

Banqladeşdə yol-nəqliyyat qəzasında 11 nəfər ölüb

Mikroplastik orqanizmdə fizioloji dəyişikliklərin yaranmasına səbəb olur

Avropa İttifaqı ilə Orta Dəhlizin inkişafına dair görüş keçirilib

Fransa Azərbaycanın beynəlxalq hüququn prinsiplərinə uyğun fəaliyyətlərinə dözümsüzlük göstərir - RƏY

® “Rabitəbank” 2024-cü ilin 1-ci rübü üzrə maliyyə göstəricilərini açıqlayıb

Aİ ölkələrinin hərbi büdcələri son iki ildə 20 faiz artıb

Osman Mert: Türk dünyasında ümumı orfoqrafiya anlayışı formalaşmalıdır

Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması məqsədilə daxili müsahibə elan edilir

Yeni Kaledoniya Konqresinin nümayəndə heyəti Azərbaycan Dillər Universitetində olub

Şuşa şəhərinin “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı fəaliyyət planı hazırlanacaq - SƏRƏNCAM

Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Abituriyentlər ixtisas seçərkən diqqətli olmalı, keçənilki ballara etibar etməməlidirlər – RƏY