Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

- Hörmətli cənab mer!
Hörmətli xanımlar və cənablar!
Əziz dostlar!
İlk növbədə, mənə və nümayəndə heyətinə Fransada göstərdiyiniz qonaqpərvərliyə görə sizə və bütün Fransa xalqına öz dərin minnətdarlığımı bildirmək istəyirəm. Mənim Fransaya dövlət səfərim iki ölkə arasında möhkəmlənən əlaqələrin inkişafı deməkdir. Bu, əlaqələrə yeni təkan verəcəkdir. Bizim aramızda olan əlaqələr bütün sahələri əhatə edir və çox sürətlə inkişaf edir. Siyasi, iqtisadi, mədəni və bütün başqa sahələrdə biz, sözün əsl mənasında, tərəfdaşıq və bizim tərəfdaşlığımız, əməkdaşlığımız təkcə iki ölkə arasında olan münasibətlərə yox, eyni zamanda, regionda gedən proseslərə də öz müsbət təsirini göstərir.
Cənab mer öz çıxışında qeyd etdi ki, Azərbaycan cəmi 15 ildir müstəqil ölkə kimi yaşayır. Təbii ki, bu, tarix baxımından çox qısa bir müddətdir. Ancaq buna baxmayaraq, bu qısa müddət ərzində Azərbaycan çox böyük uğurlara nail ola bilmişdir və indi ölkəmiz çox dinamik şəkildə inkişaf edir. Siyasi islahatlar uğurla davam etdirilir. Azərbaycan Avropa Şurasının üzvüdür, Avropa İttifaqı ilə Yeni qonşuluq siyasəti proqramının iştirakçısıdır və bütövlükdə, Avropa məkanına bizim inteqrasiyamız çox uğurla davam edir. İqtisadi sahədə ölkəmiz dünyada analoqu olmayan sürətlə inkişaf edir. 2005-ci ildə iqtisadiyyatımız 26 faiz artmışdır, 2006-cı ildə isə 35 faiz artıb və Azərbaycan çox zəngin ölkəyə çevrilir. Həyata keçirilən nəhəng enerji layihələri həm ölkənin tələbatlarını tam şəkildə ödəyəcək, eyni zamanda, Avropanın enerji təhlükəsizliyi məsələlərinə də öz töhfəsini verəcəkdir. Keçən ilin sonunda Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlıq haqqında memorandumun icrası nəticəsində Avropanın enerji təhlükəsizliyi məsələlərinə Azərbaycan öz töhfəsini verəcəkdir.
Fransa şirkətləri ilə çox uğurlu əməkdaşlıq edirik, bu əməkdaşlığın artıq böyük tarixi var və bundan çox məmnunuq. Mənim səfərim çərçivəsində yeni sahələr üzrə anlaşmalar imzalanacaq və beləliklə, Fransa şirkətlərinin Azərbaycanda fəaliyyəti daha da genişlənəcəkdir.
Bizim təbii ehtiyatlarımız, əlbəttə ki, böyük sərvətdir və Azərbaycan xalqının rifah halının yaxşılaşmasına xidmət göstərir. Ancaq bunlar tükənən sərvətlərdir. Bundan daha da dəyərli sərvət ondan ibarətdir ki, Azərbaycanda bütün millətlər, bütün dinlərin nümayəndələri bir ailə kimi, qardaş kimi yaşayırlar. Azərbaycanda mövcud olan milli və dini tolerantlıq, dözümlülük həm ölkəmizi zənginləşdirir, həm də başqa bölgələr üçün nümunə ola bilər.
Siyasətimizin əsas istiqamətləri ondan ibarətdir ki, biz güclü iqtisadi potensial yaratmalıyıq, siyasi islahatları davam etdirməliyik, demokratikləşmə, insan hüquqları məsələlərində böyük nailiyyətlər əldə etməliyik, cəmiyyətdə sosial ədalət prinsipini bərqərar etməliyik və beynəlxalq müstəvidə özümüzə mənsub olan yeri tutmalıyıq. Bütün bu məqsədlərə nail olmaq üçün Fransa ilə Azərbaycan arasında münasibətlərin inkişafına böyük ehtiyac var. Sadaladığım bütün bu məsələlərdə biz uğurlu əməkdaşlıq edirik.
Bir sözlə, Azərbaycan ötən 15 il ərzində öz dövlət müstəqilliyini təsdiq edib, iqtisadi potensialını möhkəmləndirib və Avropa ilə inteqrasiya siyasətini davam etdirir. Bizim çox gözəl iqtisadi perspektivlərimiz var. Dünya Bankının verdiyi məlumata görə, növbəti 20 il ərzində təkcə neft əməliyyatlarından ölkəmiz 140 milyard dollar qazanc əldə edəcəkdir. Bu vəsaitdən istifadə edib biz Azərbaycanı hərtərəfli inkişaf etdirəcək, müasirləşdirəcək və dünyanın inkişaf etmiş ölkəsinə çevirəcəyik.
Ancaq bununla bərabər, bu məqsədlərə çatmaq üçün, təbii ki, bizim regionda sülh, təhlükəsizlik bərqərar olunmalıdır. Əfsuslar olsun ki, hələ buna nail ola bilməmişik və regional məsələlərə ən böyük təhlükə Ermənistanın Azərbaycana 10 ildən artıq davam edən təcavüzüdür. Bu təcavüzün nəticəsində azərbaycanlılara qarşı edilən etnik təmizləmə siyasətidir və torpaqlarımızın 20 faizinin işğal olunmasıdır, 1 milyondan artıq azərbaycanlının qaçqın-köçkün vəziyyətinə düşməsidir. Biz tələb edirik ki, ərazi bütövlüyümüz bərpa olunsun. Azərbaycanın ərazi bütövlüyü bütün dünya ictimaiyyəti tərəfindən tanınır və dəstəklənir. Birləşmiş Millətlər Təşkilatı tərəfindən və bütün beynəlxalq təşkilatlar tərəfindən dəstəklənir və tanınır və təbii olaraq, biz tələb edirik ki, ərazi bütövlüyümüz bərpa olunsun. XXI əsrdə bir ölkənin başqa bir ölkənin ərazisini işğal etməsi və 15 ilə yaxın müddətdə işğal altında saxlaması dözülməz və qəbuledilməzdir. Ermənistan-Azərbaycan münaqişəsinin həlli işində Fransa çox fəal iştirak edir və bu fəallığa görə biz Fransa rəhbərliyinə öz minnətdarlığımızı bildirmək istəyirik. Mən ümid edirəm ki, Cənubi Qafqazda mövcud olan bütün münaqişələr öz həllini tapacaq, bütün separatçı qüvvələr öz əməllərindən əl çəkəcək və nəhayət, bölgəmizə sülh gələcəkdir.
Əziz dostlar, mən bir daha demək istəyirəm ki, Fransa bizim üçün dost, tərəfdaş ölkədir. Bunu müxtəlif məsələlərlə, misallarla sübut etmək olar. Mən sizin vaxtınızı almaq istəmirəm. Bir məsələni deyə bilərəm ki, Prezident vəzifəsinə seçiləndən sonra mən ilk rəsmi səfərimi 2004-cü ilin yanvar ayında Fransaya etmişəm. Ondan sonra da ölkənizdə dəfələrlə olmuşam, indi isə dövlət səfərindəyəm. Bu gün cənab merlə söhbət əsnasında biz qeyd etdik ki, Parislə Bakı arasında münasibətlər də Fransa-Azərbaycan münasibətləri səviyyəsinə qalxmalıdır və yəqin ki, yaxın zamanlarda biz buna nail olacağıq.
Əziz dostlar, mənə və nümayəndə heyətinə göstərdiyiniz diqqətə, məhəbbətə və qonaqpərvərliyə görə sizə bir daha ürəkdən minnətdarlığımızı bildirmək istəyirəm, sizə cansağlığı, xoşbəxtlik arzulayıram. Sağ olun.
X X X
Prezident İlham Əliyevin nitqi böyük diqqətlə dinlənildi və alqışlarla qarşılandı.
Sonra Prezident İlham Əliyev salona toplaşan Fransa ictimaiyyətinin nümayəndələri, eləcə də, diplomatik korpusun nümayəndələri ilə görüşüb səmimi söhbət etdi. Onlar Azərbaycanda gedən iqtisadi proseslərlə maraqlandılar və Prezident İlham Əliyevin ölkənin iqtisadi inkişafı, Avropaya inteqrasiya, demokratik cəmiyyət qurulması istiqamətində səylərini yüksək qiymətləndirdilər və onunla görüşməkdən məmnun olduqlarını söylədilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNİB

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

Laçında ilk dəfə “Laçında peşə öyrən!” adlı yarmarka keçirilir

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNİB

Masallıda qida sahəsində işləmək istəyən vətəndaşların müraciətlərinə baxılıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

® “Caspian Energy Club” və AISA-nın təşkilatçılığı ilə “CEO MeetUp HSE day” keçirilib

"Gəncə və gəncəlilər" layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

BMU-da tələbələr üçün “Karyera günü”

Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb

Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkaları təşkil ediləcək

Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasının iştirakçıları ilə görüşüb

Türkiyə universiteti ilə ATU arasında birgə elmi-tədqiqat işlərinin aparılması planlaşdırılır

Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır

Məktəblilərlə ekoloji maarifləndirməyə dair söhbət aparılıb

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik

Beynəlxalq təşkilatlar, böyük dövlətlər rəsmi Bakının sülhpərvər siyasətinə ciddi dəstək göstərməlidirlər - RƏY

Dəyişən iqlim şəraitində əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub

Rusiya XIN: Moskva Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasına gələcəkdə də kömək etməyə hazırdır

“Dəniz kənarında” filminin çəkiliş tarixi məlum olub

Xalq şairi Rəsul Rzanın ev-muzeyində tədbir: “100 illik şanlı tarix”

Yuğ Teatrı “21:15 qatarı” adlı yeni tamaşanın premyerasına hazırlaşır

® “Birbank Biznes”lə vaxt sənə işləsin

Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunub

UNESCO-nun Afrikaya həsr edilmiş Zirvə toplantısında Azərbaycan da təmsil olunacaq

BDU Çinin Hefei Texnologiya Universiteti ilə əməkdaşlığı genişləndirir

Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar

İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb

Romada “Agdam delenda est. Images from Karabakh” adlı foto kitabın təqdimatı olub VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNİB

Üç ayda 38,9 min nəfərdən çox şəxsə sosial müavinət və təqaüd təyin olunub

Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub

Yığmanın məşqçisi: Azərbaycanda akrobatika gimnastikasına olan maraq bizi sevindirir

Milli Oftalmologiya Mərkəzi və Dəmiryol Səyyar Klinikası Balakəndə tibbi aksiya keçirəcək

Qazaxıstan TDT ölkələrinin kosmik sahədə əməkdaşlığını dəstəkləyir

UNICEF: Filippin eyni vaxtda bir neçə epidemiya ilə mübarizə aparır

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun Şəhidlər xiyabanında xatirəsi anılıb

Azərbaycan və Qırğızıstan prezidentlərinin Füzuli-Ağdam səfərləri siyasi mesaj ehtiva edən həmrəylik göstəricisidir ŞƏRH

Azərbaycanın mozaika irsi: rəmzlər və süjetlər

AzMİU-nun qadın əməkdaşlarının yaradıcılıq sərgisi açılıb

Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır

Xocalıda insan qalıqları aşkarlanıb VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nigeriyada yüzdən çox məhbus həbsxanadan qaçıb

AzTU-da gənc alimlər üçün seminar keçirilib

“Tesla” insanabənzər “Optimus” robotlarının satışına başlayacaq

ABŞ Dövlət katibi Antoni Blinken Pekinə gəlib

“Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji silah kolleksiyası” – seminar

“Azərkosmos”un rəhbəri beynəlxalq konfrans iştirakçılarını ölkənin kosmik sahədə prioritetləri haqqında məlumatlandırıb

Fuat Oktay: Bakıda keçirilən toplantının əməkdaşlığımıza töhfə verəcəyinə inanırıq VİDEO

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə I sinfə qəbulla bağlı 27 alternativ qeydiyyat mərkəzi yaradılıb

“Qəbələ”nin hücumçusu Türkiyədə əməliyyat olunub

Səməd Seyidov: Türk dünyası böyük bir fenomenə çevrilib VİDEO

“Code For Future”nin məzunu olan AzMİU tələbələrinə diplom və sertifikatlar verilib

Bakıda dünya qastroenteroloqlarının iyirminci beynəlxalq konqresi işə başlayıb - YENİLƏNİB

Mehmet Süreyya Er: Türk dünyasında sürətlə inkişaf edən əməkdaşlıq zamanın tələbidir

“Yüksəliş” müsabiqəsinin “Ümumi biliklər imtahanı”nın nəticələri açıqlanıb

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar YENİLƏNƏCƏK

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ikinci iclası Türkiyədə keçiriləcək

Yaylaqlara köç edəcək fermerlər üçün mina təhlükəsizliyi ilə bağlı təlimlər başa çatıb

Vergi orqanlarına vətəndaş müraciətlərinin sayı azalıb

Qırğız parlamentarisi: Türk dövlətləri arasında əlaqələr intensivləşir

İİTKM-də türk dünyasının iqtisadi potensialının araşdırılması barədə özbək nümayəndə heyəti məlumatlandırılıb

Bolqarıstan parlamenti spikeri istefaya göndərib

Nazir: Bu ildən Azərbaycan qazının Macarıstana tam təchizatına başlanılıb

Azərbaycan üzgüçüsünün “Paris-2024”də iştirakı üçün Beynəlxalq Paralimpiya Komitəsinə müraciət olunub - EKSKLÜZİV

AQTA COP29-la bağlı keçirdiyi monitorinqdə 93 müəssisədə nöqsanlar aşkarlayıb

Yasemi Öztürk: Ölkələrimiz arasında əlaqələr Qarabağ Zəfərindən sonra daha dinamik xarakter alıb

Məktəblilər süni intellektin coğrafiyada rolu barədə məlumatlandırılıb

Macarıstan XİN: Qarabağın minalardan təmizlənməsi üçün dəstək verməyə hazırıq

Sabah paytaxtda 29, bəzi bölgələrdə isə 31 dərəcə isti olacaq

Dilorom Favziyeva: Bakıda toplanmağımız birliyimizin, dostluğumuzun bariz nümunəsidir

Bürünc medalçı: Növbəti mövsüm də yüksək yerlər uğrunda mübarizə aparacağıq

“Olum və ya olum?”, Cakomo Kazanova Azərbaycanda

Roma Papası Ukrayna ilə bağlı danışıqlara başlamağa çağırıb

Müasir dünyada iqtisadi münasibətlərin hüquq müstəvisində tənzimlənməsi əhəmiyyətli xarakter daşıyır

İqlim dəyişmələri ilə bağlı beynəlxalq mübahisələrin sayı getdikcə artacaq

Sabunçuda qızıl dükanını talayan və çətənə kolları əkən şəxslər saxlanılıblar

Komitə sədri: Azərbaycanın əsas prioritetlərindən biri Türk dövlətləri ilə əlaqələrin gücləndirilməsidir