RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ÖZBƏKİSTANA DÖVLƏT SƏFƏRİ
SƏNƏDLƏRİN İMZALANMASI MƏRASİMİ
Əvvəlcə, Prezident İlham Əliyev və Prezident İslam Kərimov “Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında bəyannamə” imzaladılar.
Sonra Azərbaycan Baş nazirinin birinci müavini Abbas Abbasov və Özbəkistan Baş nazirinin müavini Rüstəm Əzimov “Azərbaycan Respublikası Hökuməti və Özbəkistan Respublikası Hökuməti arasında elmi-texniki əməkdaşlıq haqqında saziş”i və 1996-cı il 27 may tarixli “Azərbaycan Respublikası Hökuməti və Özbəkistan Respublikası Hökuməti arasında sərbəst ticarət haqqında sazişə əlavə və dəyişikliklərin edilməsi haqqında protokol”u imzaladılar.
Azərbaycanın xarici işlər naziri Vilayət Quliyev və Özbəkistanın xarici işlər naziri Sadıq Safayev “Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında konsulluq konvensiyası”nı, habelə “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Özbəkistan Respublikası Xarici İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında protokol”u imzaladılar.
“Azərbaycan Respublikasının Bakı Şəhəri İcra Hakimiyyəti və Özbəkistan Respublikasının Daşkənd Şəhər Hakimiyyəti arasında əməkdaşlıq haqqında saziş”i Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov və Daşkənd şəhərinin hakimi Rüstəm Şoəbdürəhmanov imzaladılar.
“Azərbaycan Hava Yolları” Dövlət Konserni və Özbəkistan Respublikasının Çkalov adına Daşkənd Aviasiya İstehsalat Birliyi Dövlət Səhmdar Cəmiyyəti arasında niyyət memorandumu”nu isə konsernin baş direktoru Cahangir Əsgərov və SC-nin baş direktoru Vadim Kuçerov imzaladılar.