Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV ABŞ-IN APARICI YƏHUDİ TƏŞKİLATLARI SƏDRLƏRİ KONFRANSININ NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 13-də Prezident sarayında ABŞ-ın aparıcı Yəhudi Təşkilatları Sədrləri Konfransının ölkəmizdə səfərdə olan nümayəndə heyətini qəbul etmişdir.

Nümayəndə heyətinin rəhbəri Harold Tanner Azərbaycana səfərdən məmnun olduqlarını söylədi, səfərin yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirdi. O, Azərbaycanda tolerantlığın daim təmin edildiyini vurğulayaraq dedi ki, bu ölkədə bütün millətlərin nümayəndələri üçün, o cümlədən dini icmalar üçün çox yaxşı birgə yaşayış şəraiti yaradılmışdır. Bu baxımdan qonaq yəhudi icması üçün yaradılan şəraitdən məmnun qaldıqlarını söylədi. H.Tanner Azərbaycanda böyük iqtisadi inkişafın şahidi olduqlarını da bildirdi.

Prezident İlham Əliyev bu cür səfərlərin əhəmiyyətini vurğuladı və belə böyük tərkibdə nümayəndə heyətinin Azərbaycana gəlməsini yüksək qiymətləndirdi. Dövlətimizin başçısı dedi ki, Azərbaycanda birgə yaşayış üçün çox yaxşı şərait var və bütün millətlərin nümayəndələri ölkəmizin bərabərhüquqlu vətəndaşları kimi dostluq şəraitində yaşayırlar.

Prezident İlham Əliyev nümayəndə heyətinin tərkibində olan nüfuzlu təşkilatların təmsilçilərinin Azərbaycanda gedən iqtisadi inkişafın, cəmiyyətin demokratikləşmə prosesində əldə etdiyi uğurların şahidi olmalarından məmnunluğunu bildirdi.

Sonra dövlətimizin başçısı nümayəndə heyətinin geniş tərkibdə üzvləri ilə görüşdü. Harold Tanner Prezident İlham Əliyevə qəbula görə təşəkkür etdi və səfərin əsas məqsədlərini açıqladı. O dedi ki, Azərbaycan dünyanın digər dövlətləri üçün strateji əhəmiyyətə malik olan bir ölkədir və Amerika Birləşmiş Ştatları ilə onun dostluq münasibətləri mövcuddur. Bununla yanaşı, Azərbaycan böyük neft ehtiyatları olan və iqtisadi cəhətdən inkişaf edən ölkədir. Azərbaycan bütün xalqa, o cümlədən milli azlıqlara göstərilən münasibət baxımından gözəl ölkədir. Əhalisinin əksəriyyəti müsəlman olan bir ölkədə yəhudi icmasına göstərilən münasibətlə bağlı təəssüratımız çox yüksəkdir. Səfərimiz çox gözəl keçdi və həyatımızın əvvəlki illəri ilə müqayisədə, indi daha çox təəssürat aldıq.

Buraya gəlməzdən əvvəl Vaşinqtonda dövlət katibi Kondoliza Rays ilə görüşümüz oldu. O, səfərlə əlaqədar Azərbaycanla bağlı eyni fikirlərə və ehtirama şərik çıxdı. Eyni zamanda, buraya gəlməzdən əvvəl İsrail Prezidenti Katsav ilə görüşdük və o, öz məktubunu Sizə çatdırmağı xahiş etdi.

Qonaq məktubu Prezident İlham Əliyevə təqdim etdi və onun qısa məzmununu xatırlatdı. Məktubda deyilir ki, Amerika Birləşmiş Ştatlarının aparıcı Yəhudi Təşkilatları Sədrləri Konfransının üzvlərinin Azərbaycana səfəri və Sizinlə keçirəcəyi görüş fürsətindən istifadə edərək, özümün və İsrail xalqının salamlarını Sizə çatdırıram. Məktubda Azərbaycan və yəhudi xalqlarının dostluq münasibətləri, birgə tarixə bağlılığı vurğulanır və belə bir inam ifadə olunur ki, ölkələrimiz arasındakı münasibətlər hər iki xalqın mənafeyi naminə bundan sonra da inkişaf edəcəkdir.

Prezident İlham Əliyev məktuba görə təşəkkür etdi. Dövlətimizin başçısı qonaqların bu səfərini yüksək qiymətləndirdi və onun Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasındakı əlaqələrə töhfə verəcəyini bildirərək dedi ki, ABŞ ilə Azərbaycan müttəfiq dövlətlərdir, beynəlxalq və regional məsələlərdə tərəfdaş kimi çıxış edirlər. Bu səfər şərait yaradır ki, nümayəndə heyəti Azərbaycanda gedən inkişafı və demokratik cəmiyyət quruculuğunu öz gözləri ilə görsün. Azərbaycan mühüm strateji mövqedə yerləşir və onun böyük təbii ehtiyatları var. Bu, xalqımızın rifah halının yüksəlməsinə xidmət edir. Azərbaycanda müxtəlif dinlərə mənsub olan insanlar vahid bir ailə kimi yaşayırlar. Bu, bizim ən böyük sərvətimizdir və xalqımızın gündəlik həyatıdır.

Prezident İlham Əliyev müstəqillik əldə etdikdən sonra Azərbaycanın bir çox siyasi problemlərlə üzləşdiyini, torpaqlarımızın Ermənistan tərəfindən işğal olunduğunu xatırlatdı. Bildirdi ki, bütün bu problemlərə baxmayaraq, Azərbaycan öz dövlət müstəqilliyini qoruyub saxlaya bilmiş, gələcək üçün siyasi və iqtisadi inkişafın möhkəm özülünü yaratmışdır. Biz fəxr edirik ki, Azərbaycanda müxtəlif millətlərdən olan insanlar arasında qarşılıqlı anlaşma mövcuddur. Başqa dövlətlər Azərbaycanın bu təcrübəsindən faydalana bilərlər. Ölkəmizdə Azərbaycan xalqı ilə yəhudi xalqı arasında münasibətlər daim səmimi və dostcasına olub, hətta sovetlər dövründə də, müstəqillik dövründə də bu, davam etmiş və ölkəmizin rəsmi siyasətinə çevrilmişdir. Yəhidilər əsrlərlə Azərbaycanın müxtəlif rayonlarında, o cümlədən Qubada yaşamışlar. Dövlətimizin başçısı hər il onlarla görüşdüyünü və onların firavan həyat sürmələrindən çox məmnun olduğunu bildirdi. Ölkəmizdə yəhudi məktəbinin fəaliyyət göstərdiyi də vurğulandı.

Nümayəndə heyətinin üzvü, Avrasiya Yəhudi Komitəsinin sədri Aleksandr Maçkevir Azərbaycanda yəhudi icması üçün yaradılmış şəraitdən məmnun qaldığını bildirdi. O, bütün dünya yəhudiləri adından Prezident İlham Əliyevə təşəkkürünü çatdırdı və dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim etdi.

Digər çıxış edənlər də bu səfərdən, Azərbaycanda yəhudilər üçün yaradılan şəraitdən məmnun qaldıqlarını bildirdilər, dostluq münasibətlərinin daha da inkişaf edəcəyinə əminliklərini söylədilər.

Qonaqlar adından dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim edildi. Azərbaycan Prezidenti qonaqları maraqlandıran suallara cavab verdi.

Görüşdən sonra dövlətimizin başçısı Prezident sarayının qarşısında qonaqlarla xatirə şəkli çəkdirdi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

Laçında ilk dəfə “Laçında peşə öyrən!” adlı yarmarka keçirilir

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNİB

Masallıda qida sahəsində işləmək istəyən vətəndaşların müraciətlərinə baxılıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

® “Caspian Energy Club” və AISA-nın təşkilatçılığı ilə “CEO MeetUp HSE day” keçirilib

"Gəncə və gəncəlilər" layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

BMU-da tələbələr üçün “Karyera günü”

Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb

Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkaları təşkil ediləcək

Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasının iştirakçıları ilə görüşüb

Türkiyə universiteti ilə ATU arasında birgə elmi-tədqiqat işlərinin aparılması planlaşdırılır

Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır

Məktəblilərlə ekoloji maarifləndirməyə dair söhbət aparılıb

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik

Beynəlxalq təşkilatlar, böyük dövlətlər rəsmi Bakının sülhpərvər siyasətinə ciddi dəstək göstərməlidirlər - RƏY

Dəyişən iqlim şəraitində əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub

Rusiya XIN: Moskva Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasına gələcəkdə də kömək etməyə hazırdır

“Dəniz kənarında” filminin çəkiliş tarixi məlum olub

Xalq şairi Rəsul Rzanın ev-muzeyində tədbir: “100 illik şanlı tarix”

Yuğ Teatrı “21:15 qatarı” adlı yeni tamaşanın premyerasına hazırlaşır

® “Birbank Biznes”lə vaxt sənə işləsin

Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunub

UNESCO-nun Afrikaya həsr edilmiş Zirvə toplantısında Azərbaycan da təmsil olunacaq

BDU Çinin Hefei Texnologiya Universiteti ilə əməkdaşlığı genişləndirir

Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar

İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb

Romada “Agdam delenda est. Images from Karabakh” adlı foto kitabın təqdimatı olub VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNİB

Üç ayda 38,9 min nəfərdən çox şəxsə sosial müavinət və təqaüd təyin olunub

Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub

Yığmanın məşqçisi: Azərbaycanda akrobatika gimnastikasına olan maraq bizi sevindirir

Milli Oftalmologiya Mərkəzi və Dəmiryol Səyyar Klinikası Balakəndə tibbi aksiya keçirəcək

Qazaxıstan TDT ölkələrinin kosmik sahədə əməkdaşlığını dəstəkləyir

UNICEF: Filippin eyni vaxtda bir neçə epidemiya ilə mübarizə aparır

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun Şəhidlər xiyabanında xatirəsi anılıb

Azərbaycan və Qırğızıstan prezidentlərinin Füzuli-Ağdam səfərləri siyasi mesaj ehtiva edən həmrəylik göstəricisidir ŞƏRH

Azərbaycanın mozaika irsi: rəmzlər və süjetlər

AzMİU-nun qadın əməkdaşlarının yaradıcılıq sərgisi açılıb

Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır