Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV BAŞ VERMİŞ QƏZA İLƏ ƏLAQƏDAR LƏNKƏRANDA OLMUŞDUR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Lənkəran şəhərində baş vermiş qəza ilə əlaqədar yanvarın 30-da səhər buraya gəlmişdir.

Dövlətimizin başçısı hadisə yerində olmuş, qəzanın səbəbləri, xilasetmə işlərinin gedişi ilə maraqlanmışdır.

Prezident İlham Əliyevə məlumat verilmişdir ki, qəza baş vermiş binada 90 ailədən 231 nəfər qeydiyyatda var idi. Lakin sakinlərin bəziləri burada yaşamırdı. Uçan hissədə isə 15 ailə, 47 nəfər yaşayırdı. Qəzada 16 nəfər yaralanmış, 6 nəfər isə həlak olmuşdur. Həlak olanların dördü binanın sakini, ikisi isə əşyaları çıxarmaq üçün qohumlarına kömək etməyə gələnlərdir.

Yanvarın 29-da səhərdən binada çatlar böyüməyə başlamışdır. Burada yanvarın 21-dən təmir işləri aparılırdı.

Bina 1970-ci illərdə inşa olunubdur. Çox keyfiyyətsiz tikildiyindən, zirzəmiyə dolan su özülü zədələməyə başlamış və nəticədə çatlar əmələ gəlmiş və bina birdən çökmüşdür. Sakinlərə buranı tərk etmək barədə sonuncu xəbərdarlıqdan yarım saat sonra bina çökmüşdür. Sakinlərin çoxu artıq burada yaşamırdı, gündüzlər baş çəkib gedirdilər. Xəsarət alanlar və ölənlər arasında ev əşyalarını aparmağa gələnlər də olubdur.

Bildirildi ki, qəza yerində xilasedicilər kifayət qədərdir. Səhərə yaxın bir nəfəri xilas etmişlər. Onun vəziyyəti yaxşıdır. Müdafiə Nazirliyinin Mülki Müdafiə Qüvvələrinin əməkdaşları gecə-gündüz işləyirlər. Yuxarı hissələrdəki plitələr qaldırıcı kranlar vasitəsilə götürülür, ərazi təmizlənir. İndi binanın qalan hissəsinə daxil olmaq təhlükəlidir. Buranı təmizləyəndən sonra oraya baxış keçiriləcəkdir. Əgər orada təhlükə olmasa, sakinlərə əşyalarını götürməyə icazə veriləcəkdir.

Şəhər icra hakimiyyəti tərəfindən həlak olanların ailələrinə hər cür yardım edilibdir.

Səhiyyə naziri ƏLİ İNSANOV Azərbaycan Prezidentinə məlumat verərək dedi ki, Sizin tapşırığınızdan dərhal sonra həkim briqadası Lənkərana gəlib işə başladı. Müraciət edənlərdən ikisi ambulator müayinəsindən sonra gedibdir. İki nəfərin üzərində cərrahiyyə əməliyyatı aparılmışdır. Hazırda reanimasiyada 7, palatalarda isə 9 yaralı var. Bakıdan gələn həkimlər işləyirlər, lazımi dava-dərman gətirilmişdir. Yaralıların Bakıya aparılmasına ehtiyac yoxdur, hamısı sağalacaqdır.

Baş nazirin birinci müavini YAQUB EYYUBOV bildirdi ki, layihə instututunun ekspertləri buradadır. Dağıntılar təmizləndikdən sonra işə başlayacaqlar. Hər şey təhlil olunduqdan sonra hadisənin səbəbləri və günahkarlar haqqında Sizə məruzə olunacaqdır.

X X X

Prezident İlham Əliyev şəhər mərkəzi xəstəxanasında yerləşdirilmiş yaralılara baş çəkdi.

Həkimlər yaralılar üzərində aparılan əməliyyatlar, xəsarətin dərəcələri barədə məlumat verdilər, yaralıların vəziyyətinin normal olduğunu, onlara hər cür tibbi xidmət göstərildiyini bildirdilər.

Yaralılara Allahdan şəfa diləyən Prezident İLHAM ƏLİYEV dedi ki, siz heç nədən narahat olmayın, nə lazımdırsa, ediləcəkdir. Mən göstəriş verəcəyəm, siz bütün lazımi ev əşyaları ilə də təmin olunacaqsınız. Bütün məsələlər araşdırılacaq, günahkarlar cəzalandırılacaqlar. Əsas odur ki, siz tezliklə sağalasınız. Dövlət Komissiyasının üzvləri və digər əlaqədar təşkilatların rəhbərləri hər bir ailənin problemləri aradan qaldırılanadək Lənkəranda qalacaqlar. Bütün ailələr mənzillə təmin ediləcək, dəyən ziyanın ödənilməsi üçün kompensasiya veriləcək və digər yardımlar veriləcəkdir.

Yaralılara göstərdiyi bu diqqətə görə Prezidentə təşəkkür edərək dedilər ki, çox sağ olun, belə bir vaxtda bizi tənha qoymadınız, buraya gəldiniz, bizə mənəvi dayaq oldunuz.

Dövlətimizin başçısı şəhər rəhbərliyinə zərər çəkənlərə bütün zəruri köməyin edilməsi, evsiz qalmış ailələrin yerləşdirilməsi, hadisə ilə əlaqədar yaradılmış Dövlət Komissiyasının üzvlərinə isə qəzanın nəticələrinin tezliklə aradan qaldırılması barədə konkret tapşırıqlar verdi.

X X X

Azərbaycan Prezidenti İlham Əliyev xəstəxanadan Lənkəran Şəhər İcra Hakimiyyətinin binasına gəldi. Əvvəlcə, dövlətimizin başçısına nazirliklərin və komitələrin, icra hakimiyyətinin hadisədən sonra gördüyü işlər, faciənin nəticələrini aradan qaldırmaq üçün həyata keçirilən tədbirlər barədə məruzə edildi.

Dövlətimizin başçısı onlara müvafiq göstərişlər verdi.

X X X

Azərbaycan Prezidenti İlham Əliyev daha sonra Lənkəran Şəhər İcra Hakimiyyətində operativ müşavirə keçirdi. Nazirlik, komitə və şirkət rəhbərlərinin, şəhər ictimaiyyəti nümayəndələrinin iştirak etdikləri müşavirədə Prezident İlham Əliyev çıxış etdi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıda "Qafqaz Albaniyası: Etnoarxeologiya, yazılı mənbələr və tarixi abidələr” adlı XI beynəlxalq konfrans keçirilir

Xətai rayonunda qətl törədilib

Astanada ŞƏT-ə üzv ölkələrin müdafiə nazirlərinin iclası keçiriləcək

ABŞ dövlət istiqrazlarının gəlirliliyi geosiyasi risklərə görə azalır

Hacıqabulda narkokuryerlik edən iki nəfər saxlanılıb

Quterreş Azərbaycan və Ermənistanı münasibətlərin normallaşması üçün bütün məsələləri həll etməyə çağırıb

Blinken Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə razılaşmanı alqışladığını bildirib

Ekvadorda enerji böhranı ilə əlaqədar iki ay müddətinə fövqəladə vəziyyət rejimi tətbiq edilib

OLED-displeyləri ilə təchiz edilmiş ilk bank kartı təqdim olunub

Koronavirus infeksiyasının müalicəsi üçün yeni molekul yaradılıb

Bərənin Neapol limanının körpüsünə çırpılması nəticəsində 30-a yaxın insan yaralanıb

Çexiyanın dövlət borcu 136 milyard dollara yüksəlib

ABŞ İsrailə 1 milyard dollarlıq mərmi tədarükü imkanını araşdırır

G7 ölkələri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcəklər

Haiti Fransadan milyardlarla ölçülən təzminat tələb edir

Niderland Ukraynaya hərbi yardım göstərmək üçün 200 milyon avrodan çox vəsait ayıracaq

ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

Stoltenberq: NATO-nun müdafiə nazirləri Ukraynaya daha çox hərbi dəstək verməyə razılaşıblar

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub VİDEO

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb