RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV İLƏ TÜRKİYƏ PREZİDENTİ ƏHMƏD NECDƏT SEZƏR ARASINDA TELEFON DANIŞIĞI OLMUŞDUR
Söhbət zamanı cənab Rəcəb Tayyib Ərdoğan Azərbaycan xalqının ümummilli lideri, zəmanəmizin və türk dünyasının böyük şəxsiyyəti Prezident Heydər Əliyevin vəfatından hədsiz kədərləndiyini söyləmiş, respublikamızın rəhbərinə və xalqımıza dərin hüznlə başsağlığı vermişdir. O, Türkiyə ilə Azərbaycan arasında dostluq və qardaşlıq əlaqələrinin inkişafında Prezident Heydər Əliyevin misilsiz xidmətləri olduğunu xüsusi vurğulamışdır. Baş nazir Türkiyənin bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirmişdir.
Prezident İlham Əliyev xalqımıza üz vermiş əvəzsiz itki ilə bağlı Azərbaycanın kədərini bölüşdüyünə, səmimi başsağlığına görə minnətdarlığını ifadə edərək bildirmişdir ki, Prezident Heydər Əliyevin müdrikliklə dediyi “Biz bir millət, iki dövlətik” kəlamı qardaş Türkiyə ilə münasibətlərimizdə daim rəhbər tutulacaqdır.