RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV İRAN PREZİDENTİNİN XƏZƏR MƏSƏLƏLƏRİ ÜZRƏ XÜSUSİ NÜMAYƏNDƏSİ, XARİCİ İŞLƏR NAZİRİNİN MÜAVİNİ MEHDİ SƏFƏRİNİN RƏHBƏRLİK ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 10-da Prezident sarayında İran İslam Respublikası Prezidentinin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Mehdi Səfərinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Söhbət zamanı Azərbaycan-İran münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi, iki ölkə rəhbərlərinin qarşılıqlı səfərlərinin əlaqələrimizin genişləndirilməsində xüsusi rol oynadığı vurğulandı və bu əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olundu.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə edildi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.04.2024 [20:37]
Prezidentin Mətbuat Xidmətinin məlumatı
- 09.04.2024 [21:14]
Prezident İlham Əliyev Ramazan bayramı ilə bağlı paylaşım edib
- 09.04.2024 [19:53]
Prezidentin Mətbuat Xidmətinin məlumatı
- 09.04.2024 [17:49]