RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV NOBEL MÜKAFATI LAUREATLARI JORES ALFYOROVU, İVAR QİAVERİNİ VƏ YÜKSƏK TEXNOLOGİYALAR ÜZRƏ ALİM YOŞİKAZU NAKAYAMANI QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 27-də Prezident sarayında Nobel mükafatı laureatları Jores Alfyorovu, İvar Qiaverini və yüksək texnologiyalar üzrə alim Yoşikazu Nakayamanı qəbul etmişdir.
Qonaqlar ölkəmizdə böyük inkişafın şahidi olduqlarını bildirdilər və Azərbaycanda keçirilən “Materialşünaslıq və informasiya elmləri yüksək texnologiyalarda” mövzusunda birinci beynəlxalq konfransın işində iştirak etmələrindən məmnunluqlarını ifadə etdilər.
İlk belə beynəlxalq konfransın ölkəmizdə keçirilməsinin əhəmiyyətini vurğulayan dövlətimizin başçısı Nobel mükafatı laureatlarının, görkəmli elm xadimlərinin ölkəmizə gəlməsini Azərbaycan elminin beynəlxalq əlaqələrinin genişlənməsi işinə töhfə verəcəyini bildirdi.