RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV “QƏLƏBƏ” MEYDANINDAKI ABİDƏNİ ZİYARƏT ETMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 17-də Minsk şəhərinin “Qələbə” meydanında azadlıq rəmzi kimi ucaldılmış abidəni ziyarət etmişdir.
Meydanda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyev abidə önünə əklil qoydu. Azərbaycanın və Belarusun dövlət himnləri səsləndi.
Sonra dövlətimizin başçısı meydana toplaşmış Minsk şəhərində yaşayan soydaşlarımızla görüşdü, onların qayğı və problemləri ilə maraqlandı, Belarusdakı diaspor təşkilatımızın daha da gücləndirilməsi üçün müvafiq tövsiyə və tapşırıqlarını verdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.04.2024 [20:37]
Prezidentin Mətbuat Xidmətinin məlumatı
- 09.04.2024 [21:14]
Prezident İlham Əliyev Ramazan bayramı ilə bağlı paylaşım edib
- 09.04.2024 [19:53]
Prezidentin Mətbuat Xidmətinin məlumatı
- 09.04.2024 [17:49]