AZƏRBAYCAN PREZİDENTİ ÖZ ƏMƏK HAQQNIN 5 DƏFƏ AZALDILMASI BARƏDƏ PARLAMENTƏ MÜRACİƏT ETMİŞDİR
AzerTAg.az
Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu məsələləri və insan hüquqları daimi komissiyalarının noyabrın 10-da keçirilən birgə iclasında “Seçki Məcəlləsinə dəyişiklik edilməsi”, Azərbaycan Respublikasının bəzi konvensiyalara qoşulması və bir sıra qanunvericilik aktlarına əlavə və dəyişikliklər barədə məsələlər müzakirə olunmuşdur.
İnsan hüquqları daimi komissiyasının sədri Sirus Təbrizli demişdir ki, Respublika Prezidenti qanunvericilik təşəbbüsü ilə parlamentə müraciət etmişdir. Müraciətdə Seçki Məcəlləsinin 209.2-ci maddəsinə dəyişiklik edilməsi nəzərdə tutulub.
Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov dəyişikliyi şərh edərək demişdir ki, mövcud qanunvericiliyə görə Azərbaycan Prezidentinin aylıq vəzifə maaşı minimum əmək haqqının 3000 misli qədərdir. Prezident İlham Əliyev 2004-cü il yanvarın 1-dən minimum əmək haqqının 60 min manat olacağını nəzərə alaraq, Milli Məclisdən onun maaşının 5 dəfə azaldılmasını xahiş etmişdir. Deputatlar bunu Prezidentin humanist addımı kimi qiymətləndirmişlər. Müzakirələr zamanı o da qeyd edilmişdir ki, əmək haqqının birdən-birə 5 dəfə azaldılması düzgün deyildir. Bəzi deputatlar Prezidentin əmək haqqının ən çoxu 2 dəfə azaldılmasını təklif etsələr də, son sözü Milli Məclis deyəcəkdir.
Layihəni parlamentin müzakirəsinə çıxarmaq qərara alındıqdan sonra digər məsələlər müzakirə olunaraq müvafiq qərarlar qəbul edilmişdir.
Xəbərin mətnində orfoqrafik səhv var