ELM VƏ TƏHSİL
AZƏRBAYCAN PROQRAMÇILARI İNFORMATİKA ÜZRƏ BEYNƏLXALQ OLİMPİADADA İŞTİRAK ETMİŞDİR
AZƏRTAC xəbər verir ki, Afina şəhərində 81 ölkənin nümayəndə heyətinin iştirakı ilə keçirilən İnformatika üzrə 16-cı Beynəlxalq olimpiadada Azərbaycanın nümayəndələri də iştirak etmişdir.
Azərbaycan proqramçılarından – Maqsud İbrahimov olimpiadada üçüncü yerə layiq görülmüşdür. O, keçən olimpiadada gümüş medal qazanmışdı.
Azərbaycan nümayəndələrinin hazırlanması və bu tədbirdə iştirakı təhsil, rabitə və informasiya texnologiyaları nazirlikləri və “İnfotek” İnformasiya və Telekommunikasiya Texnologiyalarının İnkişafı İctimai Birliyi tərəfindən maliyyələşdirilmişdir. Komanda il boyu Beynəlxalq bilik və resurs mərkəzində təlimlər keçmişdir.