SİYASƏT
AZƏRBAYCAN QADINLARININ II QURULTAYINA NÜMAYƏNDƏLƏR SEÇİLİR
Konfranslarda ölkə Prezidentinin qadınlar haqqında verdiyi fərman və sərəncamların, Pekin Platformasına əsaslanan və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilən “Azərbaycan Respublikasında Qadın Problemləri üzrə Milli Fəaliyyət Planı”-nın yerinə yetirilməsinin vəziyyəti, rayonlarda qadın problemləri ilə əlaqədar görülən işlər barədə hesabatlar dinlənilib, müzakirə edilmişdir.
Komitə sədrinin birinci müavini Dilruba Camalova müxbirimizə demişdir ki, çıxış edənlər Respublika Prezidentinin Azərbaycan qadınlarına göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirərək, onun daxili və xarici siyasətini ürəkdən bəyəndiklərini bildirmişlər. Onlar ölkəmizin rəhbəri Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi sayəsində atəşkəsə nail olunduğunu, bütün sahələrdə aparılan islahatların iqtisadiyyatda, xüsusilə kənd təsərrüfatında yüksək bəhrələr verdiyini, respublikamızda ictimai sabitliyin, dövlətçiliyimizin təhlükəsizliyinin bərqərar edildiyini vurğulayaraq, qarşıdakı prezident seçkilərində yenidən ona səs verəcəklərini bəyan etmişlər.
Yığıncaqlarda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevə müraciət qəbul olunmuş və qurultaya nümayəndələr seçilmişdir.