RƏSMİ SƏNƏDLƏR
“AZƏRBAYCAN RESPUBLİKASINDA 2008-Cİ İL ÜÇÜN YAŞAYIŞ MİNİMUMU HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASI QANUNUNUN TƏTBİQ EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
“Azərbaycan Respublikasında 2008-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 2007-ci il 30 noyabr tarixli 486-IIIQ nömrəli Qanununun qüvvəyə minməsi ilə bağlı onun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:
1.1. qüvvədə olan qanunvericilik aktlarının “Azərbaycan Respublikasında 2008-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 2007-ci il 30 noyabr tarixli 486-IIIQ nömrəli Qanununa uyğunlaşdırılmasına dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. öz səlahiyyətləri daxilində “Azərbaycan Respublikasında 2008-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 2007-ci il 30 noyabr tarixli 486-IIIQ nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.
2. Bu Sərəncam dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 dekabr 2007-ci il.