Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLIKASINDA DEMOQRAFIYA VƏ ƏHALI SAKINLIYININ INKIŞAFI SAHƏSINDƏ DÖVLƏT PROQRAMININ HAZIRLANMASI ÜZRƏ DÖVLƏT ƏLAQƏLƏNDIRMƏ KOMISSIYASININ TƏRKIBI BARƏDƏ AZƏRBAYCAN RESPUBLIKASI PREZIDENTININ SƏRƏNCAMI

1. Azərbaycan Respublikası prezidentinin 1999-cu il 9 dekabr tarixli 290 nömrəli sərəncamının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasında demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramının hazırlanması üzrə Dövlət Əlaqələndirmə Komissiyası aşağıdakı tərkibdə təsdiq edilsin: Komissiyanın sədri: Əli Nağıyev - Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Komissiyanın üzvləri: İlqar Fətizadə - Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini Samir Vəliyev - Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin işlər müdiri Toğrul Musayev - Azərbaycan Respublikası ədliyyə nazirinin müavini İlqar Rəhimov - Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin birinci müavini Abbas Vəlibəyov - Azərbaycan Respublikası səhiyyə nazirinin müavini Elmar Qasımov - Azərbaycan Respublikası təhsil nazirinin müavini Asif Əsgərov - Azərbaycan Respublikası gənclər, ildman və turizm nazirinin müavini Dilrubə Camalova - Azərbaycan Respublikası Qadın Problemləri üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Ağadadaş Məmmədov - Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin müavini Sahib Rəhimov - Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Oruc Zalov - Azərbaycan Respublikası daxili işlər nazirinin müavini İlyas Əliyev - Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin birinci müavini Budaq Budaqov - Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktoru Şahbaz Muradov - Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun direktoru Vahab Məmmədov - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq Siyasəti və demoqrafiya İdarəsinin rəisi 2. Dövlət Əlaqələndirmə Komissiyasına tapşırılsın ki, Azərbaycan Respublikasında demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramını 3 ay müddətində hazırlayıb Azərbaycan Respublikasının prezidentinə təqdim etsin. Heydər ƏLİYEV, Azərbaycan Respublikasının prezidenti Bakı şəhəri, 23 iyun 2003-cü il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin