SİYASƏT


“AZƏRBAYCAN RESPUBLİKASINDA SƏMƏRƏLİ YERLİ ÖZÜNÜİDARƏNİN TƏŞVİQİ” MÖVZUSUNDA SEMİNAR KEÇİRİLMİŞDİR

Ədliyyə Nazirliyi ilə Avropa Şurasının Hüquqi İşlər üzrə Baş direktorluğunun birgə təşkil etdikləri “Azərbaycan Respublikasında səmərəli yerli özünüidarənin təşviqi” mövzusunda iki günlük seminar öz işini başa çatdırmışdır.

Seminarda ədliyyə nazirinin müavini Toğrul Musayev ölkəmizdə demokratik şəraitdə keçirilən prezident seçkilərindən, yerli özünüidarənin inkişafı ilə bağlı ölkə rəhbərliyinin apardığı məqsədyönlü tədbirlərdən danışmışdır.

Milli Məclisin regional məsələlər daimi komissiyasının sədri Zahid Qaralov bələdiyyələrin fəaliyyəti üçün qanunvericilik bazasının yaradılması, bir sıra müvafiq təşkilatların laqeydliyinin aradan qaldırılmasının vacibliyi məsələlərinə toxunmuşdur.

Avropa Şurası Yerli və Regional Demokratiya Əməkdaşlığı Proqramının müşaviri Artemi Karpenko və digər xarici ekspertlər yerli orqanların gəlirlərinin müəyyən edilməsi ilə bağlı beynəlxalq təcrübədən danışmışlar.

Seminarda Maliyyə Nazirliyinin, bələdiyyələrin nümayəndələrinin, mütəxəssislərin iştirakı ilə müzakirələr keçirilmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.