Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLIKASINDA YARADILMIŞ MILLI PARKLARIN ƏSASNAMƏLƏRININ TƏSDIQ EDILMƏSI HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

«Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında» Azərbaycan Respublikası Qanununun 21-ci maddəsini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasında yaradılmış milli parkların əsasnamələri təsdiq edilsin:

1.1. «Akademik Həsən Əliyev adına Azərbaycan Respublikasının Ordubad Milli Parkı haqqında Əsasnamə» (əlavə olunur);

1.2. «Azərbaycan Respublikasının Şirvan Milli Parkı haqqında Əsasnamə» (əlavə olunur);

1.3. «Azərbaycan Respublikasının Ağgöl Milli Parkı haqqında Əsasnamə» (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu Fərmandan irəli gələn məsələləri öz səlahiyyətləri daxilində həll etsinlər.

3. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, «3» avqust 2004-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin