Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

«AZƏRBAYCAN RESPUBLIKASININ 1999-CU IL 25 IYUN TARIXLI QANUNU ILƏ TƏSDIQ EDILMIŞ AZƏRBAYCAN RESPUBLIKASININ TORPAQ MƏCƏLLƏSININ TƏTBIQ EDILMƏSI BARƏDƏ» AZƏRBAYCAN RESPUBLIKASI PREZIDENTININ 1999-CU IL 4 AVQUST TARIXLI 176 NÖMRƏLI FƏRMANINA ƏLAVƏ EDILMƏSI HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

«Torpaqların münbitliyi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsinə dair əlavə tədbirlər barədə» Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 979 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

1. «Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 4 avqust tarixli 176 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, №8, maddə 486) 2-ci bəndinə aşağıdakı məzmunda altıncı abzas əlavə edilsin:

«həmin Məcəllənin 45-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini torpaqların münbitliyinin təmin olunmasına dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi öz səlahiyyətləri daxilində həyata keçirirlər».

2. Bu Fərman dərc olunduğu gündən qüvvəyə minir.

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 12 aprel 2004-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin