Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ AĞDAM RAYONUNUN İNZİBATİ ƏRAZİ BÖLGÜSÜNDƏ QİSMƏN DƏYİŞİKLİKLƏR EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazi bölgüsündə aşağıdakı dəyişikliklər edilsin:

Əhmədağalı kənd inzibati ərazi dairəsi tərkibində yeni salınmış qəsəbə Bənövşələr qəsəbəsi adlandırılsın və Azərbaycan Respublikasının ərazi vahidlərinin və inzibati ərazi dairələrinin Dövlət reyestrinə daxil edilsin.

Xındırıstan kənd inzibati ərazi dairəsi tərkibində yeni salınmış qəsəbə Qasımbəyli qəsəbəsi adlandırılsın və Azərbaycan Respublikasının ərazi vahidlərinin və inzibati ərazi dairələrinin Dövlət reyestrinə daxil edilsin.

Quzanlı qəsəbə inzibati ərazi dairəsi tərkibində yeni salınmış qəsəbələr Birinci Quzanlı və İmamqulubəyli qəsəbələri adlandırılsın və Azərbaycan Respublikasının ərazi vahidlərinin və inzibati ərazi dairələrinin Dövlət reyestrinə daxil edilsin.

Nəmirli kənd inzibati ərazi dairəsi tərkibində yeni salınmış qəsəbələr Birinci Dördyol, İkinci Dördyol və Təzəkənd qəsəbələri adlandırılsın və Azərbaycan Respublikasının ərazi vahidlərinin və inzibati ərazi dairələrinin Dövlət reyestrinə daxil edilsin.

Üçoğlan kənd inzibati ərazi dairəsi tərkibində yeni salınmış qəsəbələr Birinci Alıbəyli, İkinci Alıbəyli, Birinci Baharlı, İkinci Baharlı və Səfərli qəsəbələri adlandırılsın və Azərbaycan Respublikasının ərazi vahidlərinin və inzibati ərazi dairələrinin Dövlət reyestrinə daxil edilsin.

Bənövşələr qəsəbəsi Əhmədağalı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin qəsəbə mərkəz olmaqla, Bənövşələr qəsəbə inzibati ərazi dairəsi yaradılsın.

Birinci Alıbəyli qəsəbəsi Üçoğlan kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin qəsəbə mərkəz olmaqla, Birinci Alıbəyli qəsəbə inzibati ərazi dairəsi yaradılsın.

Birinci Baharlı qəsəbəsi Üçoğlan kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin qəsəbə mərkəz olmaqla, Birinci Baharlı qəsəbə inzibati ərazi dairəsi yaradılsın.

Birinci Dördyol qəsəbəsi Nəmirli kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin qəsəbə mərkəz olmaqla, Birinci Dördyol qəsəbə inzibati ərazi dairəsi yaradılsın.

Birinci Quzanlı qəsəbəsi Quzanlı qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin qəsəbə mərkəz olmaqla, Birinci Quzanlı qəsəbə inzibati ərazi dairəsi yaradılsın.

İkinci Alıbəyli qəsəbəsi Üçoğlan kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin qəsəbə mərkəz olmaqla, İkinci Alıbəyli qəsəbə inzibati ərazi dairəsi yaradılsın.

İkinci Baharlı qəsəbəsi Üçoğlan kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin qəsəbə mərkəz olmaqla, İkinci Baharlı qəsəbə inzibati ərazi dairəsi yaradılsın.

İkinci Dördyol qəsəbəsi Nəmirli kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin qəsəbə mərkəz olmaqla, İkinci Dördyol qəsəbə inzibati ərazi dairəsi yaradılsın.

İmamqulubəyli qəsəbəsi Quzanlı qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin qəsəbə mərkəz olmaqla, İmamqulubəyli qəsəbə inzibati ərazi dairəsi yaradılsın.

Qasımbəyli qəsəbəsi Xındırıstan kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin qəsəbə mərkəz olmaqla, Qasımbəyli qəsəbə inzibati ərazi dairəsi yaradılsın.

Səfərli qəsəbəsi Üçoğlan kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin qəsəbə mərkəz olmaqla, Səfərli qəsəbə inzibati ərazi dairəsi yaradılsın.

Təzəkənd qəsəbəsi Nəmirli kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin qəsəbə mərkəz olmaqla, Təzəkənd qəsəbə inzibati ərazi dairəsi yaradılsın.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 noyabr 2007-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin