SİYASƏT
AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Yüksək vəzifəyə - Azərbaycan hökumətinin başçısı vəzifəsinə təyin olunmağınız münasibətilə Sizi təbrik etməyimə şadam. Sizi şəxsən tanıdığıma, enerjinizə və məqsədyönlülüyünüzə bələd olduğuma görə əminliyimi bildirmək istəyirəm ki, Siz bu vəzifədə öz ölkənizin və onun xalqının rifahı naminə, habelə Azərbaycanın Rusiya ilə əməkdaşlığının inkişafı naminə çox işlər görəcəksiniz. Üzərinizə düşən yüksək vəzifənin həyata keçirilməsində Sizə böyük uğurlar arzulayıram.
Ümidvaram ki, beynəlxalq qurumlarda, xüsusən də, Avropa Şurası kimi mötəbər təşkilatda topladığınız iş təcrübəsi dövlət fəaliyyətinizdə Sizə kömək edəcəkdir. Əminəm ki, milli iqtisadiyyatla bağlı problemlərin və daxili siyasi işlərin çoxluğuna baxmayaraq, Siz ölkələrimizin həyati əhəmiyyətli mənafelərinə xeyli təsir göstərən Avropa qurumlarının fəaliyyəti də daxil olmaqla, beynəlxalq məsələləri diqqət mərkəzində saxlayacaqsınız.
Bu məsələlər barəsində fikir mübadiləsi aparmaq üçün imkanlar olacağına, habelə Sizi yeni vəzifə münasibətilə Avropa Şurasında və ya Avropa parlamentində məmnuniyyətlə təbrik etməyə ümid bəsləyərək,
Dərin hörmətlə,
M.Margelov
Avropa Şurası Parlament Assambleyasının
Komitə sədri, AŞPA sədrinin müavini
Moskva, 4 avqust 2003-cü il.