SİYASƏT
AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Hörmətli İlham Heydər oğlu,
Azərbaycan Respublikasının Baş naziri təyin olunmağınız münasibətilə səmimi təbriklərimi qəbul edin.
Əminəm ki, Özbəkistanla Azərbaycan arasında dostluq və qarşılıqlı hörmət prinsiplərinə, tariximizin və mənəvi dəyərlərimizin ümumiliyinə əsaslanan ənənəvi mehriban münasibətlər ölkələrimizin və xalqlarımızın mənafeləri naminə bundan sonra da dinamik surətdə inkişaf edəcək və dərinləşəcəkdir.
Möhtərəm İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, ailə səadəti və məsul fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycan xalqına isə sülh və tərəqqi arzulayıram.
Səmimiyyətlə,
Utkir Sultanov
Özbəkistan Respublikasının Baş naziri
Daşkənd, 7 avqust 2003-cü il.