SİYASƏT
AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin olunmağınız münasibətilə Sizi “LUKoyl” neft şirkətinin rəhbərliyi adından və şəxsən öz adımdan təbrik edirəm.
Əminəm ki, Azərbaycan hökumətinin başçısı vəzifəsində fəaliyyətiniz respublikanın rifahına xidmət edəcək, iqtisadi və demokratik islahatların daha da irəliləməsinə, ölkədə siyasi sabitliyin qorunub saxlanmasına, Azərbaycanın qonşu respublikalarla və digər xarici dövlətlərlə çoxsahəli əməkdaşlığının inkişafına kömək edəcəkdir.
Rusiyanın “LUKoyl” neft şirkəti ilə respublikanın rəhbərliyi və Azərbaycan müəssisələri arasında sabit işgüzar və peşəkar əməkdaşlıq münasibətləri vardır. Biz səmimi qəlbdən inanırıq ki, bu münasibətlər ölkələrimizin xalqlarının rifahının yüksəlməsinə səmərəli təsir göstərir. Biz öz tərəfimizdən bu münasibətlərin daha da inkişaf etməsinə və genişlənməsinə hər vasitə ilə kömək edəcəyik.
Hörmətli İlham Heydər oğlu, Sizə çoxşaxəli fəaliyyətinizdə uğurlar, möhkəm cansağlığı, xoşbəxtlik və əmin-amanlıq arzulayıram.
Hörmətlə,
Vahid Ələkbərov
“LUKoyl” neft şirkətinin prezidenti
Moskva, 5 avqust 2003-cü il.