SİYASƏT
AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Möhtərəm İlham Heydər oğlu!
Yüksək və məsul vəzifəyə - Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin olunmağınız münasibətilə Bakı və Xəzəryanı yeparxiyanın bütün pravoslav xristianları adından səmimi və ürəkdən gələn təbriklərimizi qəbul edin.
Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti və Milli Olimpiya Komitəsinin prezidenti vəzifələrində fəaliyyətiniz Sizin istedadlı siyasətçi, ünsiyyətcil və xoşrəftar, eyni zamanda, təvazökar və təmkinli insan olduğunuzu göstərmişdir.
Müstəqil Azərbaycanın vətəndaşları olan pravoslav xristianlar Sizə ümidlə baxır və inanırlar ki, dövlətimizin başçısı Heydər Əlirza oğlu Əliyevin uzaqgörən və müdrik qərarı çox tezliklə öz gözəl bəhrələrini verəcəkdir. Ümidvarıq ki, yeni vəzifədə Siz vətəndaşların dini hüquq və azadlıqlarının da qiymətləndirildiyi demokratik və hüquqi dövlət qurulmasına yönəldilmiş xətti davam etdirəcəksiniz.
Ulu Tanrının Sizə xeyir-dua verməsini və əziz Vətənimizin - müstəqil Azərbaycanın rifahı naminə bütün işlərinizdə Sizə yar olmasını arzulayıram.
Daim hörmətlə,
Aleksandr
Bakı və Xəzəryanı bölgənin yepiskopu