SİYASƏT


AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ CƏNAB İLHAM ƏLİYEVƏ

Zati-aliləri,

Azərbaycanın Baş naziri vəzifəsinə təyin olunmağınız münasibətilə Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) kollektivi adından Sizi təbrik etməkdən şərəf duyur, bu vacib işdə Sizə böyük uğurlar arzulayırıq.

1999-cu ildə maliyyə əməliyyatlarının başladığı ilkin anlardan Qara Dəniz Ticarət və İnkişaf Bankının strategiyasının müəyyənləşdirilməsində fəal iştirak edən Azərbaycan mühüm payçı olmuşdur. Biz Azərbaycanın işgüzar dairələri və bank sektoru, eləcə də hökuməti ilə iqtisadi əməkdaşlıq üçün xoş ənənənin əsasını qoymuşuq. Mən tam əminəm ki, Sizin şəxsi fikir və tövsiyələriniz hamımız üçün böyük əhəmiyyət daşıyacaqdır.

Sizin rəhbərliyiniz altında və regional əməkdaşlıq çərçivəsində Azərbaycan iqtisadi inkişafın yeni mərhələsinə qədəm qoyacaqdır. Zati-alilərinizi əmin edə bilərəm ki, QDTİB böyük Qara dəniz regionundakı üzv ölkələrin inkişafına və rifahına töhfə verən regional Beynəlxalq maliyyə təsisatı kimi öz vəzifəsini yerinə yetirməyi davam edəcəkdir.

Azərbaycan hökumətinin başçısı kimi missiyanızda Sizə uğurlar arzulayıram.

Hörmətlə,

Mustafa Gürtin

Qara Dəniz Ticarət və İnkişaf Bankının

Prezidenti

Tessaloniki, 14 avqust 2003-cü il.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.