AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ CƏNAB İLHAM ƏLİYEVƏ
AzerTAg.az
Zati-aliləri,
Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin olunmağınız münasibətilə səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) birinci vitse-prezidenti olaraq, Zati-aliləri, Siz bir çox yüksək nailiyyətlər əldə etmiş, Bakı-Tbilisi-Ceyhan ixrac neft kəməri, Bakı-Tbilisi-Ərzurum ixrac qaz kəməri və Azəri-Çıraq-Günəşli dəniz neft yataqlarının istismara verilməsi kimi vacib milli layihələrin həyata keçirilməsinə böyük töhfələr vermisiniz. Əminəm ki, Zati-alilərinizin ARDNŞ-dəki rəhbərlik nümunəsi bundan sonra Azərbaycanın hökumətində nümayiş etdiriləcəkdir.
Sizə çoxlu uğurlar arzulayıram və inanıram ki, Sizin uzaqgörən rəhbərliyiniz altında Azərbaycan sosial və iqtisadi inkişaf sahəsində daha böyük irəliləyişə nail olacaqdır.
Ən xoş arzularla Sizə möhkəm cansağlığı və gələcəkdə daha böyük uğurlar diləyirəm.
Səmimiyyətlə Sizin,
Motoyuki Oka
Sumitomo Korporasiyasının
prezidenti
12 avqust 2003-cü il
Xəbərin mətnində orfoqrafik səhv var