AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ CƏNAB İLHAM ƏLİYEVƏ
AzerTAg.az
Hörmətli cənab Əliyev,
Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin olunmağınız münasibətilə şəxsən öz adımdan və Beynəlxalq Valyuta Fondunun kollektivi adından təbriklərimi qəbul etməyinizi xahiş edirəm.
Baş nazir vəzifəsinə təyin olunduqdan bir az sonra sələfinizin rəhbərliyi altında hökumətin həyata keçirdiyi iqtisadi siyasəti davam etdirəcəyiniz haqqında verdiyiniz bəyanat bizi, BVF-nun nümayəndələrini fərəhləndirdi.
Sizi əmin etmək istəyirəm ki, BVF-nun əməkdaşları Azərbaycan hökuməti ilə Beynəlxalq Valyuta Fondu arasında sıx və faydalı əməkdaşlığın davam etdirilməsi üçün əllərindən gələni əsirgəməyəcəklər. Bu əməkdaşlığa şəxsən Siz böyük töhfələr vermisiniz.
Nəhayət, atanızın - Azərbaycan Prezidentinin cansağlığı üçün ən xoş arzularımızı qəbul etməyinizi xahiş edirəm.
Səmimiyyətlə Sizin,
Con Odlinq-Smi
Beynəlxalq Valyuta Fondunun
İkinci Avropa Departamentinin
direktoru
Xəbərin mətnində orfoqrafik səhv var