AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ CƏNAB İLHAM ƏLİYEVƏ
AzerTAg.az
Zati-aliləri,
İcazə verin, Sizi rəsmi olaraq Azərbaycan Respublikasının Baş naziri təyin olunmağınız münasibətilə səmimi qəlbdən təbrik edim. Mən əminəm ki, Siz hərtərəfli işgüzar təcrübəniz və yüksək nüfuzunuz sayəsində böyük rəhbər olacaqsınız.
Biz inanırıq ki, Sizin bu vəzifəyə təyin edilməyiniz ölkənizin inkişafı üçün çox önəmli olacaqdır. İTOÇU şirkəti, Azərbaycanla daim yaxın münasibətdədir və həmişə olduğu kimi, biz ölkələrimiz arasında əməkdaşlığı möhkəmləndirməyi davam etdirəcəyik.
Bir daha xahiş edirəm, mənim ən səmimi təbriklərimi və Sizin ölkənizin inkişafına dair ən xoş arzularımı qəbul edəsiniz.
Bu fürsətdən istifadə edərək, Sizdən xahiş etmək istərdik ki, bizim adımızdan möhtərəm Prezident, Zati-aliləri cənab Heydər Əliyevə cansağlığı diləyimizi və ən xoş arzularımızı çatdırasınız.
Səmimi qəlbdən,
Uiçiro Niva
İTOÇU Korporeyşn şirkətinin prezidenti
12 avqust 2003-cü il.
Xəbərin mətnində orfoqrafik səhv var