RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Əziz və çox hörmətli İlham Heydər oğlu!
Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Şimali Osetiya rəhbərliyi adından hərarətlə və ürəkdən təbrik edirəm. Respublikamızın çoxmillətli xalqı bu xoş xəbəri böyük sevinclə qarşıladı. Xüsusilə xoşdur ki, Siz Heydər Əlirza oğlunun yaradıcı xəttinin ardıcıl tərəfdarısınız, Rusiya ilə strateji əməkdaşlığa və Qafqazda sülhün təmin olunmasına böyük töhfə verəcəksiniz.
Osetin və Azərbaycan xalqlarını bir-birinə dərin dostluq telləri bağlayır. Bu məsul tarixi günlərdə xalqımızın adından təsdiq edirəm ki, biz sülh və xalqlarımızın tərəqqisi naminə ən sıx əməkdaşlığa hazırıq.
Hörmətlə,
Aleksandr Dzasoxov
Şimali Osetiya – Alaniya Respublikasının
Prezidenti
Vladiqafqaz, 25 oktyabr 2003-cü il.